Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-896/2025 07.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, Ərizəçi2 nümayəndəsi qismində vəkili Nümayəndə iştirakı ilə, Ərizəçilər Qurbanova (Musayeva) Nərgiz Seyfəl qızı və Ərizəçi2 maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Quba rayonu, 2-ci Nügədi bələdiyyəsi cəlb olunmaqla, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçilər Qurbanova (Musayeva) Nərgiz Seyfəl qızı və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş Arxiv çıxarışında qeyd edilmiş Quba şəhəri, 29-cu məhəllə ünvanından fərdi yaşayış evi tikmək məqsədi ilə 400 kv.m torpaq sahəsinin Musayeva Mariyyə (Mariyə) Stepan qızına ayrılmasına dair Quba şəhər X23 İcraiyyə Komitəsinin 30 dekabr 1987-ci il tarixli, 13/126 nömrəli qərarının (13 saylı protokolun 126 saylı qərarının) X22 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Qurbanova (Musayeva) Nərgiz Seyfəl qızı xx.xx.1968ci il də Quba şəhərində anadan olmuşdur. Anası X27, X3 olmuşdur. X3 11 iyun 1987-ci ildə, anası X27 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. O, Ərizəçi2 isə xx xxxx 1984-cü il tarixdə anadan olmuşdur. Miras qoyan X11 nənəsidir. X22 Quba şəhər X23 İcraiyyə Komitəsinin 30 dekabr 1987-ci il tarixli, 13 saylı protokolunun 126 nömrəli qərarı ilə Quba şəhəri, 29-cu məhəllə ünvanında fərdi yaşayış evi tikmək məqsədi ilə 400 kv.m torpaq sahəsi ayrılmışdır. Lakin qeyd edilən qərarda X17 adı səhvən “Musayeva Mariyyə (Mariyə) Stepan qızı” kimi qeyd edilmişdir. Manya Musayevaya aid bütün digər sənədlərdə, nikah haqqında şəhadətnamədə və övladlarının doğum haqqında şəhadətnamələrində, o cümlədən ölüm haqqında şəhadətnaməsində adı X27 kimi qeyd edilmişdir. Manya Musayeva vəfat etməzdən əvvəl, yəni 02 aprel 2013-cü il tarixdə Quba rayon notariat ofisində vəsiyyətnamə tərtib edərək ölən günədək özünə məxsus Quba şəhəri, 29- cu məhəllə ünvanında yerləşən fərdi yaşayış evini və 0,04 ha torpaq sahəsini ona, yəni nəvəsi Ərizəçi2 vəsiyyət etmişdir. Quba Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilən məktubdan da göründüyü kimi o- Ərizəçi2 X17 vərəsələri sırasına daxildir. Eyni zamanda vərəsələrin sırasına dair arayışdan da göründüyü kimi o- Musayeva (Qurbanova) Nərgiz Seyfəl qızı X17 övladıdır. Hal-hazırda qeyd edilən torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ölən şəxsin adına arayış almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət müraciət etmişlər. Həmin qurumdan imtina məktubu ilə cavab verilərək ərizəyə əlavə edilmiş Dövlət arxivinin Quba rayon filialının xx.xx.2023cü il tarixli arxiv çıxarışında qeyd edilən Quba şəhər XDS-nin İcraiyyə Komitəsinin 30 dekabr 1987ci il tarixli, 13/126 nömrəli qərarında hüquq sahibinin adında uyğunsuzluq olduğunu və ad səhvinin aradan qaldırılmasının 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətinə aid olmamasını qeyd etmişlər. Ərizəyə əlavə edilən X22 aid hüquqmüəyyənedici sənədlərdən, o cümlədən müvafiq icra nümayəndəliyi tərəfindən verilən arayışdan da görünür ki, hüquq sahibinin adı X19 deyil, X18. Halhazırda ad səhvi ilə bağlı problemi başqa qaydada aradan qaldıra bilmədikləri üçün məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Qeyd edilən faktın təsdiqi onlara vərəsəliklə bağlı məsələnin həlli üçün vacibdir. Məhkəmə iclasında Ərizəçi2 nümayəndəsi qismində vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdilər. Məhkəmə, iş maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin vəkilini izahatını dinləyib, əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdıraraq və sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan arayışdan görünür ki, X22 Quba şəhər X23 İcraiyyə Komitəsinin 30 dekabr 1987-ci il tarixli, 13 saylı protokolunun 126 nömrəli qərarı ilə Quba şəhəri, 29-cu məhəllə ünvanında fərdi yaşayış evi tikmək məqsədi ilə 400 kv.m torpaq sahəsi ayrılmışdır. Quba rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Qurbanova (Musayeva) Nərgiz Seyfəl qızı xx.xx.1968-ci ildə anadan olmuşdur. Onun X3, anası isə X18. Quba rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X10 ilə X24 arasında nikah xx.xx.1947-ci ildə bağlanmışdır. Nikahdan sonra arvada “Musayeva” soyadı verilmişdir. AZ-İ 755302 saylı “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X27 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2023—cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli V-143 nömrəli vərəsəlik işinə əsasən Ərizəçi2 xx.xx.2015-ci il tarixdə vəfat etmiş X17 vərəsəsi sırasına daxildir. Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mərhumə X17 xx.xx.2015-ci il tarixli, AZ-l-755302 saylı Ölüm haqqında şəhadətnaməsində, "Asan Xidmət” mərkəzindəki notariat ofisinin xx.xx.2023-cü il tapxli, 2596 saylı məktubunda göstərildiyi kimi NK-da təsdiq edilmiş, X17 xx.xx.2013-cü il tarixli, 2V-150 reyestr nömrəli “Asan Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinin arxivində saxlanılan vəsiyyətnaməsində, Quba bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 533 saylı, mərhumənin nəvəsi Ərizəçi2 Nigar qızına həqiqətən nənəsi X17 xx.xx.2015-ci ildə vəfat edərək Quba şəhər ərazisində yerləşən qəbirstanlıqda dəfn olunması barədəki arayışında, Quba rayon qeydiyyat şöbəsini xx.xx.2023-cü il tarixli, 3-16-5/8-10-230/2023 saylı X17 övladları barədəki arayışında, həmçinin Quba rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cu il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli arayışlarında mərhumə X17 övladları X12, X13, X14, X9, X15 anaları X5 qeyd etməsi, həmçinin X7 X27 ilə xx.xx.1947-ci ildə nigah müqaviləsinin bağlanması barədəki Quba rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli çıxarışına və digər sənədlərdə X2 Manya Stepanovnanın eynisi olduğu məlum olur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan məlum olur ki, 0.04 ha torpaq sahəsi üçün ərizənizə əlavə olunmuş sənədlərdə uyğunsuzluqlar mövcuddur. Belə ki, AZ-İ № 755302 nömrəli ölüm haaqında Şəhadətnamədə hüquq sahibinin adı X8 halda 0.04 ha torpaq sahəsi üçün Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv çıxarışında hüquq sahibinin adı fərqli olaraq X6 göstərilmişdir. Bu, səbəbdən də. müraciət etdiyiniz torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Quba şəhər X23 İcraiyyə Komitəsinin 30 dekabr 1987-ci il tarixli, 13/126 nömrəli qərarına (13 saylı protokolun 126 saylı qərarının) əsasən, X22 Quba şəhəri, 29-cu məhəllə ünvanında fərdi yaşayış evi tikmək məqsədi ilə 400 kv.m torpaq sahəsi ayrılmış və qeyd edilən torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət müraciət edilərkən Dövlət arxivinin Quba rayon filialının arxiv arayışında qeyd edilən Aqrar İslahat Komissiyasının qərarında hüquq sahibinin adında uyğunsuzluq olduğu üçün müvafiq çıxarış verilməsindən imtina edilmişdir. Belə ki, hüquqmüəyyənedici sənədlərdə “X22” adı və atasının adı səhvən “Musayeva Mariyyə (Mariyə) Stepan qızı” kimi qeyd edilmişdir. Göründüyü kimi, X27 şəxsin sənəddə göstərilən adı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı ilə düz gəlmir və hüquqmüəyyənedici sənəddə hüquq sahibinin adı ilə onun şəxsiyyətini təsdiq edən sənəddə və digər sənədlərdəki adı arasında fərq aşkardır. Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd edilən Məcələnin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisişəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmim Qərarın 6.3-ü bəndində qeyd edilmişdir ki, Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Beləlilə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Quba şəhəri, 29-cu məhəllə ünvanında fərdi yaşayış evi tikmək məqsədi ilə 400 kv.m torpaq sahəsinin X22 verilməsinə dair Quba şəhər X23 İcraiyyə Komitəsinin 30 dekabr 1987-ci il tarixli, 13/126 nömrəli qərarının (13 saylı protokolun 126 saylı qərarının) X22 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin olunsun. Quba şəhəri, 29-cu məhəllə ünvanında fərdi yaşayış evi tikmək məqsədi ilə 400 kv.m torpaq sahəsinin X22 verilməsinə dair Quba şəhər X23 İcraiyyə Komitəsinin 30 dekabr 1987-ci il tarixli, 13/126 nömrəli qərarının (13 saylı protokolun 126 saylı qərarının) X22 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-896/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-896/2025
07.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver