Məhkəmə qərarları › İş №2(027)-898/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-898/2025

31.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-898/2025 31.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəri qaz” İB -nin X8 İstismar İdarəsinin Quba XS-nin əmdaşlarının tərtib etdiyi 28 fevral 2018-ci il tarixli ******* AKT əsasında hesablandığı 1200 (min iki yüz) manat borcun onun abonent hesabından silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Quba rayon Aşağı Atuc kəndində yaşayır. Yaşadığları ev xx.xx.2003-cü ildə vəfat etmiş atası X1 adınadır. Onların yaşadığları evdə cavabdehə mərhum atası Y.Mirzəyev arasında bağlanmış müqaviləyə əsasən təbii qazdan istifadə edir və abonent kim atası qeydiyyatdadır. Onlar yaşadığları ünvanda sayğac olmadığı üçün odun peçindən istifadə edirlər, hərdən odunları olmayanda kənar xətt çəkib təbii qazdanda istifadə etmişlər. 28 fevral 2018-ci il tarixdə cavabdeh təşkilatın nümayəndələri yaşadığları ünvana gəlib sayğacdan kənar xətti müəyyən edib akt yazdılar, istifadə akt tərtib etdilər. Lakin cavabdehin hesablandığı ziyan məbləği ilə razılaşmır, belə ki, onlar evlərində yalnız iki gözlü qaz peçindən istifadə edirlər, cavabdehin hesabladığı 1200 manat pul reallığı əks etdirmir. Ona görə də əsassız hesablanmış borcun silinməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən aşkar olur ki, bu iddia üzrə atası vəfat etdiyi üçün abonent kimi o çıxış etmiş və 2019-cu ildə evlərinə sayğac quraşdırılanda qazın alqı-satqısına dair müqavilə onunla bağlanmışdır. Beləliklə, hesab edir ki, Xaçmaz RQİİ-nin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi 28 fevral 2018-ci il tarixli ******* saylı AKT əsasında hesablanmış borc əsassızdır və abonent hesabından silinməlidir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 iddianı müdafiə edərək bildirmişdir ki, təmsil etidiyi İddiaçı onun qızıdır, sayğac qızının adına olmuş, Cavabdeh əməkdaşları qaz xəttini kəsdikləri üçün 3 ay müddətinə kənar xətdən istifadə etmişdir. İddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh İB qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİİ. İşin faktiki halları: İş materiallarında olan: -xx.xx.2018-ci il tarixli, AZ-İ seriyalı 349050 №-li atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2003-cü ildə X2 doğulmuş İddiaçı atası hesab edilmişdir. -Xaçmaz RQİİ-nin Quba XS-nin xx.xx.2018-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Yunis Mirzəliyevə məxsus fərdi yaşayış evinə baxış keçirərkən, sayacdan əlavə kənar xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. - Qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasıda qazın alqı-satqısı Müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə qazın istehlak edilməsi üçün İddiaçı ilə Cavabdeh İB arasında müqavilə bağlanmışdır. - Abonentin saldosundan görünür ki, İddiaçı 2018-ci il üzrə 1215,36 manat məbləğində borcu vardır. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). Müəyyən olunmuşdur ki, İddiaçı təbii qaz abonenti kimi qeydiyyatdadır. Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktında qeyd olunmuşdur ki, İddiaçı Quba rayonu, Aşağı-Atuc kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akta əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna ümumilikdə 1215,36 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. İddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında onun tərəfindən sаyğаcа müdаxilə edilməsini və kənar xətt çəkilməsini etiraf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, onun iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar