Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-904/2022 07.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi Almasov Soltanməcid Rafiq oğlunun iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Torpağa Mülkiyyət Hüququna Dair JN-0012 KOD 30313018 saylı Dövlət X1 və X5 ilə yanaşı o Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onlar bir ailə olmaqla, X6, X3 və özü Ərizəçi Quba Rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998- ci il tarixli, 17 saylı qərarı ilə Torpağa Mülkiyyət Hüququna Dair JN-0012 KOD 30313018 saylı Dövlət Aktı əsasında Quba rayonu, Hacıhüseynli kəndi ərazisindən kənd təsərrüfatı məhsulları təyinatlı 1,50 ha torpaq sahəsi verilmişdir. Lakin Torpağa Mülkiyyət Hüququna Dair JN- 0012 KOD 30313018 saylı Dövlət Aktında onun adı səhv yazılmışdır. Belə ki, Torpağa Mülkiyyət Hüququna Dair JN-0012 KOD 30313018 saylı Dövlət Aktında Ərizəçi əvəzinə səhvən X2 yazılmışdır. Hazırda o, Dövlət Aktında yaranmış uyğunsuzluğu aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 27 oktyabr 2021-ci il tarixli, **********39 nömrəli məktubu ilə, yaranmış uyğunsuzluqların aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsinin səlahiyyətlərinə aid olmadığı və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Dövlət Aktında yanlışlığı aradan qaldıra bilmir və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə yazılanlara uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-0012 Kod 30313018 saylı Torpağa Mülkiyyət Hüququna X12 görünür ki, X8, X5 və X4 mülkiyyətinə Quba rayonu Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə 1.50 hektar torpaq sahəsi verilmişdir, həmin dövlət aktında Ərizəçi adı Məcid kimi qeyd olunmuşdur. İş materiallarında olan 15 may 2003-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 333925 № li, doğum haqqında şəhadətnamədən görünür ki, ərizəçi xx.xx.1996-cı il tarixdə anadan olmuş, şəhadətnamədə ərizəçinin soyadı, adı və atasının adı Ərizəçi kimi göstərilmişdir. İş materiallarına əlavə olunmuş AA seriyalı, ******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı, soyadı, atasının adı müvafiq olaraq Ərizəçidur. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 27.10.2021-ci il tarixli, **********39 №li məktubdan görünür ki, JN-0012 KOD 30313018 saylı Torpağa Mülkiyyət Hüququna X14 qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahəiyyətlərinə aid deyildir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, Quba Rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli, 17 nömrəli qərarı ilə JN-0012 Kod 30313018 saylı Torpağa Mülkiyyət Hüququna X17 əsasında X8, X5 və Ərizəçi mülkiyyətinə 1,50 hektar torpaq sahəsinin verilməsi, həmin dövlət aktında Ərizəçi adının Məcid kimi səhv qeyd olunması, hüquq müəyyənedici sənəd olan JN-0012 Kod 30313018 saylı Torpağa Mülkiyyət Hüququna X14 ərizəçinin adının (adının, soyadının və atasının adının) onların şəxsiyyət vəsiqəsində göstərilən adı (adı, soyadı və atasının adı) ilə düz gəlməməsi, Quba rayon Aqrar İslahat Komissiyası və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduğu üçün ərizəçinin bu faktı təsdiq edən sənədi başqa qaydada ala bilməməsi, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etməsi və ona məhkəməyə müraciət etməsinin tövsiyyə olunması və bu faktın müəyyən edilməsinin ərizəçiyə həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüquqlarının qeydiyyatına dair Çıxarış almaq üçün lazım olması sübuta yetirilir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, hüquqmüəyyənedici sənəd olan JN-0012 Kod 30313018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X1 və X5 ilə yanaşı Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. Hüquqmüəyyənedici sənəd olan JN-0012 Kod 30313018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X1 və X5 ilə yanaşı Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-904/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-904/2022
07.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver