Məhkəmə qərarları › İş №2(027)-910/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-910/2023

28.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-910/2023 28.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlu, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdim: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 1962-ci il təvəllüdlü Cavabdeh 30 dekabr 2020-ci il tarixli, QBK538341 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1274 (min iki yüz yetmiş dörd) manat əsas borc, müqavilə üzrə hesablanmış 300 (üç yüz) manat faiz borcu, 01 aprel 2021-ci il tarixli QBK538706 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 435 (dörd yüz otuz beş) manat əsas borc, müqavilə üzrə hesablanmış 100 (yüz) manat faiz borcu, 01 aprel 2021-ci il tarixli QBK538707 sayh nisyə alqı-satqı müqaviləsinə əsasən 435 (dörd yüz otuz beş) manat əsas borc, müqavilə üzrə hesablanmış 100 ( yüz) manat faiz borcu və 45 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2689 (iki min altı yüz səksən doqquz) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh ilə İddiaçı MMC arasında müddəti 20 ay olmaqla 30 dekabr 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılıb. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1829 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 1274 manat borcu qalıb. Qeyd edilən kredit müqaviləsinə əsasən borclu (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% məbləğində faiz borcu ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 2293 (iki min iki yüz doxsan üç) manat faiz borcu yaranmışdır (1274 manatx 180 gün x l°/o-2293 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 300 (üç yüz ) manat məbləğində tələb edir. Bundan başqa, Cavabdeh ilə İddiaçı MMC arasında müddəti 12 ay olmaqla 01 aprel 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılıb. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 644 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 435 manat borcu qalıb. Qeyd edilən kredit müqaviləsinə əsasən borclu (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% məbləğində faiz borcu ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 1305 (min üç yüz beş) manat faiz borcu yaranmışdır (435 manat x 300 gün x l%=1305 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 100 (yüz ) manat məbləğində tələb edir. Bundan başqa, Cavabdeh ilə İddiaçı MMC arasında müddəti 12 ay olmaqla 01 aprel 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılıb. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 644 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 435 manat borcu qalıb. Qeyd edilən kredit müqaviləsinə əsasən borclu (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% məbləğində faiz borcu ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 1305 (min üç yüz beş) manat faiz borcu yaranmışdır (435 manat x 300 gün x l%=1305 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 100 (yüz ) manat məbləğində tələb edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 30 dekabr 2020-ci il tarixli, QBK538341 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1274 (min iki yüz yetmiş dörd) manat əsas borc, müqavilə üzrə hesablanmış 300 (üç yüz) manat faiz borcu, 01 aprel 2021-ci il tarixli QBK538706 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 435 (dörd yüz otuz beş) manat əsas borc, müqavilə üzrə hesablanmış 100 (yüz) manat faiz borcu, 01 aprel 2021-ci il tarixli QBK538707 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 435 (dörd yüz otuz beş) manat əsas borc, müqavilə üzrə hesablanmış 100 ( yüz) manat faiz borcu və 45 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2689 (iki min altı yüz səksən doqquz) manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş sənədlərini hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, mülki işin sənədlərində olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-cİ il tarixli, QBK538341 saylı müqavilədən görünür ki, Cavabdeh 1829 manat məbləğində məişət avadanlığı əldə etmiş, ondan 49 manat ilkin ödəniş etmiş, qalan 1780 manat məbləği 20 ay müddətinə aylıq 89 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin sənədlərində olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış digər xx.xx.2021-ci il tarixli, QBK538706 saylı müqavilədən görünür ki, Cavabdeh 644 manat məbləğində məişət avadanlığı əldə etmiş, ondan 44 manat ilkin ödəniş etmiş, qalan 600 manat məbləği 12 ay müddətinə aylıq 50 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin sənədlərində olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış digər xx.xx.2021-ci il tarixli, QBK538707 saylı müqavilədən görünür ki, Cavabdeh 644 manat məbləğində məişət avadanlığı əldə etmiş, ondan 44 manat ilkin ödəniş etmiş, qalan 600 manat məbləği 12 ay müddətinə aylıq 50 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə xx.xx.2020-ci il tarixində bağlanmış QBK538341 saylı müqavilə üzrə ödənilməmiş 1274,00 AZN, xx.xx.2021-ci il tarixində bağlanmış QBK538706 saylı müqavilə üzrə ödənilməmiş 435,00 AZN. xx.xx.2021-ci il tarixində bağlanmış QBK538707 saylı müqavilə üzrə ödənilməmiş 435,00 AZN olmaqla ümumilikdə 2144,00 AZN əsas (qalıq) borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC hazırki iddianın qaldırılması ilə əlaqədar 45 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinə görə kreditorun qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 449.4-cü maddəsinə əsasən özgə vasitədən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cəmi 2689 manat borcun Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilməsi barədə tələb əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia təmin edilsin. Cavabdeh 30 dekabr 2020-ci il tarixli, QBK538341 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1274 (min iki yüz yetmiş dörd) manat əsas borc, müqavilə üzrə hesablanmış 300 (üç yüz) manat faiz borcu, 01 aprel 2021-ci il tarixli QBK538706 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 435 (dörd yüz otuz beş) manat əsas borc, müqavilə üzrə hesablanmış 100 (yüz) manat faiz borcu və 01 aprel 2021-ci il tarixli QBK538707 sayı nisyə alqı-satqı müqaviləsinə əsasən 435 (dörd yüz otuz beş) manat əsas borc, müqavilə üzrə hesablanmış 100 ( yüz) manat faiz borcu və 45 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2689 (iki min altı yüz səksən doqquz) manat pulun alınaraq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə (elektron qaydada) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar