Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-920/2021 08.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və cavabdeh X8 iştirakı ilə İddiaçı X12 və üçüncü şəxs Quba Regional ASAN Xidmət Mərkəzi Notariat Ofisinə qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması və miras əmlakdan tam payının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, 31.08.2017-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Quba rayon 1-ci Nügədi kəndində yerləşən 0,08 ha torpaq sahəsindən ibarət miras əmlaka onun vərəsəlik hüququnun tanınması və həmin miras əmlaka vərəsəlik üzrə tam payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə edib, onunla əsaslandırmışdır ki, atası X13 ilə anası Tacıyeva (İskəndərova) Məfruzə Paşa qızının birgə nikalarından o, X5 və qardaşı Cavabdeh doğulmuşlar. X10 12 noyabr 1988-ci ildə, atası X13 isə 02 noyabr 2007-ci ildə vəfat etmişlər. X2 Quba rayon Aqrar İslahat Komissiyasının qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə 0,08 ha torpaq sahəsi verilmişdir. X5 21 sentyabr 1996-cı ildə X28 ilə ailə qurmuşdur. X3 15 sentyabr 2015-ci il tarixdə, əri X28 isə 01 noyabr 2017ci il tarixdə vəfat etmişdir. Birgə yaşadıqları müddətdə övladları olmamışdır. Bacısına verilmiş 0,08 ha torpaq sahəsi əslində onun olmuş, sadəcə olaraq o vaxt həyat yoldaşı tərəfindən bacısının adına verilmişdir. Həmin torpaq sahəsi bacısına verildiyi vaxtdan onlar baxmışlar, onlar idarə etmişlər, vergilərini ödəmişlər. Bacısının əri vəfat etdiyindən onunla nikahlarından uşaqları olmadığından, bacısının ikinci növbəli vərəsəsi kimi o və qardaşı Cavabdeh qalmışlar. Qardaşı Cavabdeh Nurəddin oğlunun ayrıca torpaq sahəsi və evi vardır. Bacısının adına olan faktiki olaraq ona məxsus torpaq sahəsini vərəsəlik qaydasında öz adına rəsmiləşdirmək istəyir. Lakin qardaşı bacısına məxsus torpaq sahəsindən pay istəyir. Qardaşı miras əmlakdan pay istəsə də ona faktiki olaraq heç bir pay düşmür. Ona görə də bacısından qalmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyesrtrindən verilmiş RX seriyalı ******* nömərli Çıxarışa əsasən Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,08 ha torpaq sahəsindən ibarət miras əmlaka onun vərəsəlik hüququnun tanınması və həmin miras əmlakdan tam payının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq, ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh X19 iddianın qəbul edərək göstərmişdir ki, İddiaçı doğma bacısıdır. Ata-anasının vərəsəsi kimi o, bacıları Nabat və Qərinə qalmışlar. X2 Quba rayon Aqrar İslahat Komissiyasının qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. X5 21 sentyabr 1996-cı ildə X28 ilə ailə qurmuş, bacısı Qərinə 15 sentyabr 2015-ci ildə, əri Şahin 01 noyabr 2017-ci ildə vəfat etmişlər. Onların birgə nikahlarından övladları olmamışdır. Bacısı Qərinəyə verilmiş 0,08 ha topaq sahəsi faktiki olaraq bacısı Nabatın olmuşdur. Həmin torpaq sahəsi verildiyi vaxtdan bacısı Nabatın istifadəsində olmuş, torpaq sahəsinə o baxmış, vergilərini də o, ödəmişdir. O, həmin torpaq sahəsinə dair nə qanuni, nə də faktiki olaraq mirası qəbul etməmişdir. Ona görə də hazırda bacısı Qərinədən miras qalmış həmin torpaq sahəsinə bacısı İddiaçı Nurəddin qızının vərəsəlik üzrə tam mülkiyyət hüququnun müəyyən olunmasına heç bir etirazı yoxdur. Göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin olunmasını xahiş edir. İş üzrə üçüncü şəxs Quba Regioanl “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə üçüncü şəxs Quba Regioanl “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Quba RİHB-nın 1-ci Nügədi kənd İƏD üzrə nümayəndəsinin 11.11.2020-ci il tarixli, 895 №li arayışından görünür ki, Quba rayon 1-ci Nügədi kənd sakini olmuş mərhum X7 birinci dərəcəli vərəsəsi yoxdur, yəni övladı olmamışdır. İş materiallarında olan Quba RİHB-nın 1-ci Nügədi kənd İƏD üzrə nümayəndəsinin 11.11.2020-ci il tarixli, 896 saylı arayışdan görünür ki, X17 02.08.1958-ci il tarixdən 2015-ci ilədək Quba rayon 1-ci Nügədi kəndində yaşamış və orada da 15.09.2015-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra vərəsələri qardaşı Cavabdeh və bacısı Tacıyeva (Şükürova) Nabat Nurəddin qızı qalmışlar. İş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin 02.10.2019-cu il tarixli, arayışından görünür ki, X20 02.08.1958-ci ildə Quba rayon 1-ci Nügədi kəndində anadan olmuşdur. X4 və anası X23r. İş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin 16 noyabr 2020-ci il tarixli çıxarışından görünür ki, X28 ilə X18 arasında nikah 21.09.1996-cı il tarixdə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 131350 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X26 12.11.1998-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İ seriyalı 276430 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X16 02.11.2007-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İİ seriyalı 019815 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X17 15.09.2015-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin 10.07.2020-ci il tarixli çıxarışından görünür ki, X28 01.11.2017-ci il tarixdə ölmüşdür. İş matriallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin 27.11.2020-ci il tarixli 708 saylı məktubundan görünür ki, elektron informasiya sisteminə əsasən 02.08.1958-ci il təvəllüdlü X7 övladları barədə heç bir məlumat aşkar edilmədi. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li, qeydiyyat nömrəsi ********** olan 31.08.2017ci il tarixli Çıxarışdan görünür ki, Quba rayonu Birinci Nügədi kəndində 0,08 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X7 adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan X9 Notariat ofisində təsdiqlənmiş ərizəsindən görünür ki, 15.09.2015-ci il tarixdə vəfat etmiş X3nın ölümündən sonra nə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə nə ərizə verməklə nə də sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etməmiş, etmək fikrində deyildir. İş materiallarında olan iş üzrə cavabdeh X9 yazılı ərizəsindən görünür ki, o, iddianı qəbul və etiraf edir və bildirir ki, mərhum bacısı Taciyeva (Məmmədoava) Qərinə Nurəddin qızından miras qalmış torpaq sahəsinə dair mirası faktiki olaraq bacısı İddiaçı qəbul etmiş, həmin torpaq sahəsi hal-hazıra kimi onun istifadəsindədir. O, həmin torpaq sahəsinə dair mirası nə qannuni nə də faktiki qəbul etməmişdir. Ona görə də həmin torpaq sahəsinə bacısı İddiaçı Nurəddin qızının mülkiyyət hüququnun müəyyən edilməsinə dair heç bir etirazı yoxdur. Məhkəmə iş üzrə müəyən olunmuş hallara hüquqi qiymət verərək, hesab edir ki, məhkəmə təhqiqatı zamanı X6 miras qalan RX seriyalı, ******* №li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, 31.08.2017-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Quba rayon 1-ci Nügədi kəndində yerləşən 0,08 ha torpaq sahəsindən ibarət mirasın X21 tərəfindən qəbul edilməsi sübuta yetirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanın əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin, həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər fakt məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 245-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, təbiətin və mədəni irsin mühafizəsi haqqında və digər normativ hüquqi aktlara uyğun olaraq torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. «Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında belə bir hüquqi mövqe ifadə edilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2004-cü il tarixli qərarında göstərilir ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. X29 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 02 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2006-cı il tarixli qərarında göstərilir ki, özəlləşdirmə hüququnun faktiki olaraq onun reallaşdırılması mərhələsindən çıxmaqla subyektiv hüquqa transformasiya etməsinə (mənzilə (evə) mülkiyyət hüququ barədə qeydiyyat vəsiqəsinin alınmaması) iradədən asılı olmayan bioloji faktor kimi ölümün maneə törətməsi, digər tərəfdən isə ölən şəxs barəsində mənzilin (evin) özəlləşdirilməsindən imtina edilməsinə dair qanunvericilikdə nəzərdə tutulan əsasların mövcud olmaması xüsusi mülkiyyət hüququnun artıq formalaşması kimi dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi sahiblik və istifadə hüquqlarını mülkiyyət hüquqlarının elementləri saymış, Mülki Məcəllənin 157.8-ci maddəsi əmlaka sahiblik hüququnu mülkiyyət hüququna bərabər saymışdır. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu torpağa sahiblik və istifadə hüquqlarını mülkiyyət hüququnun elementləri saymaqla, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olmasının əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini qeyd etmişdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən o cümlədən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin və həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanılması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa və ya fiziki şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinin tələbinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqlar ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəssinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları qanun üzrə vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Məhkəmə işdəki sübutlarla müəyyən etmişdir ki, X6 miras qalan Quba rayonu, 1-ci Nügədi kəndində yerləşlən 0,08 ha torpaq sahəsi üzrə mirası İddiaçı faktiki idarə etməklə qəbul etmiş, bununla da o, həmin torpaq sahəsinə vərəsəlik üzrə mülkiyyət hüquqları əldə etmişdir. Digər vərəsə X1 Qərinə Nurəddin qızından qalmış mirası qəbul etməmiş, bacısı Qərinə Məmmədovadan qalmış miras payından digər bacısı İddiaçı xeyrinə imtina etmişdir. Məhkəmə, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X6 miras qalan, dövlət reyestrindən verilmiş RX seriyalı, ********** qeydiyyat nömrəli, 31.08.2017-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Quba rayon 1-ci Nügədi kəndində yerləşən 0,08 ha torpaq sahəsindən ibarət miras əmlaka vərəsəlik üzrə İddiaçı mülkiyyət hüquqları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e tdi: İddia təmin edilsin. X6 miras qalan, dövlət reyestrindən verilmiş RX seriyalı, ********** qeydiyyat nömrəli, 31.08.2017-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Quba rayon 1-ci Nügədi kəndində yerləşən 0,08 ha torpaq sahəsindən ibarət miras əmlaka İddiaçı vərəsəlik hüququ tanınsın və miras əmlaka tam pay üzrə mülkiyyət hüquqları müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-920/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-920/2021
08.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver