Məhkəmə qərarları › İş №2(027)-930/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-930/2021

29.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-930/2021 29.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X22 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN - 537, KOD 30311018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ailə üzvləri ilə yanaşı mərhum anası X13 və oğlu X4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərzəçi Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə Quba rayonu, Vladimirovka kəndi ərazisindən Quba rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci ıl tarixli, 03 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmiş və bu barədə JN - 537, KOD 30311018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Dövlət Aktını aldıqdan sonra məlum olmuşdur ki, Dövlət Aktında mərhum anasının atasının adı Əskər əvəzinə səhvən Qiyasəddin, oğlunun adı isə Həzrət əvəzinə səhvən Həsrət yazılmışdır. Lakin doğum şəhadətnaməsində, şəxsiyyət vəsiqəsində və digər sənədlərdə mərhum anasının atasının adı Əskər, oğlunun adı isə Həzrət yazılmışdır. Torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq məqsədi ilə müraciət etsə də, atasının adı düzgün yazılmadığından ərizənin qeydiyyatına imtina verilmişdir. Dövlət Aktını verən orqan - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən Dövlət Aktında yanlışlığı aradan qaldıra bilmir və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X17 24.04.2002-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş JN:537 KOD 30311018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Ərizəçi, X12, X10, X5, X6, X7, X8 və X3 Quba rayon AİK-nın 09.02.1998-ci il tarixli 03 saylı qərarına əsasən 2.56 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 01.02.1992-ci il tarixində doğulmuşdur. İş materiallarına əlavə edilmiş olan QRİHB-nın Vladimirovka İƏD üzrə nümayəndəliyinin 18.03.2021-ci il tarixli, 332 nömrəli arayışından görünür ki, JN:537 KOD 30311018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət X1 adı səhvən “X6” kimi yazılaraq ata adı səhv qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X13, X4 və onların ailə üzvlərinə Quba rayon AİK-nın 09.02.1998-ci il tarixli 03 saylı qərarına əsasən 2.56 ha torpaq sahəsi verilərək torpağa mülkiyyət hüququna dair JN:537 KOD 30311018 saylı Dövlət Aktı tərtib edilmişdir. Torpağa Mülkiyyət Hüququna dair JN:537 KOD 30311018 saylı Dövlət Aktında “X17” əvəzinə səhvən “X6”, “X9” əvəzinə səhvən “X8” kimi qeyd olunmuşdur. X8 məhkəmədən JN - 537, KOD 30311018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ailə üzvləri ilə yanaşı mərhum anası X13 və oğlu X4 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hal, yəni Torpağa Mülkiyyət Hüququna dair JN:537 KOD 30311018 saylı Dövlət X2 və X4 məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. Torpağa Mülkiyyət Hüququna dair JN:537 KOD 30311018 saylı Dövlət X2 və X4 münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar