Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-937/2024 19.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba RİHB-sı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Quba RİHB-sı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə təqdim edərək, ərizənin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının (ərizəçinin) vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iddia ərizəsi geri qayatrılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi maraqlı şəxs Quba RİHB-sı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qəraradad iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun (təyinatı: Quba Rayon Məhkəməsi, mədaxil qəbzinin nömrəsi: **********, ödəniş tarixi: xx.xx.2024, Büdcə səviyyə kodu: 14213 iddiaçı Ərizəçi geri qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-937/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-937/2024
19.07.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver