Məhkəmə qərarları › İş №2(027)-94/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-94/2024

13.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-94/2024 13.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürən X11, Müstəqil tələb irəli sürməyən X13 iştirakı ilə, İddiaçı, müstəqil tələb irəli sürən X17, müstəqil tələb irəli sürməyən Yarəhmədova (Babayeva) Qəribə Mövsüm qızı, X18, X19 və X20 cəlb olunmaqla, cavabdeh Quba Regional “Asan xidmət” mərkəzindəki notariat ofisinə qarşı miras əmlaka vərəsəlik hüququnun və payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı, məhkəməyə ərizə ilə müraciət edərək, miras qoyan X2nın və X3nun mövcud miras əmlakı olan ünvan 4indəki 0,15 ha torpaq sahəsi (bağ), ünvan 4indəki 0,15 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 151.5 m2, yaşayış sahəsi 61 m2 olan fərdi yaşayış evi və ünvan 4i ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün ayrılmış 1,61 ha torpaq sahəsi üzərində İddiaçı vərəsəlik hüququnun tanınması və miras əmlaklara tam payın müəyyən edilməsi və vərəsəlik hüququ haqda şəhədətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1972-ci il tarixdə Quba rayonunda anadan olmuşdur. X3, X2dır. Müvafiq olaraq AZ-İ № 507822 və AZ-İ № 556431 saylı ölüm haqqında şəhadətnamələrə əsasən X2 xx.xx.2012-ci il tarixdə, X3 isə xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Mərhum valideynlərindən ünvan 4indəki 0,15 ha torpaq sahəsi (bağ), ünvan 4indəki 0,15 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 151.5 m2, yaşayış sahəsi 61 m2 olan fərdi yaşayış evi və ünvan 4i ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün ayrılmış 1,61 ha torpaq sahəsi miras qalmışdır. X2 xx.xx.2012-ci il tarixdə vəfat etdikdən sonra ünvan 4indəki 0,15 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 151.5 m2, yaşayış sahəsi 61 m2 olan evin X10 düşən hissəsi vərəsəlik hüququ üzrə atası və onun tərəfindən faktiki qəbul edilmişdir. X3 da xx.xx.2012-ci il tarixdə vəfat etdikdən sonra ondan qalan miras əmlak vərəsə kimi istərsə rəsmi, istərsə faktiki olaraq tərəfindən qəbul edilmişdir. Belə ki, X3 da xx.xx.2012-ci il tarixdə vəfat etdikdən sonra atasının adına depozitdə olan pul məbləğləri ilə əlaqədar vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciəti əsasında Quba rayon notariusu Z.N.Dəmirov tərəfindən ona Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2012-ci il tarixli Şəhadətnamə verilmişdir. Beləliklə, tərəfindən qanunla müəyyən olunmuş qaydada miras əmlak kütləsinə daxil olan əmlakların bir hissəsi ilə bağlı rəsmi qaydada notariat orqanına müraciət edilmiş və müraciətin əsasında ona Şəhadətnamələr verilmişdir. Lakin xx.xx.2023-cü il tarixdə digər əmlaklarla bağlı Quba regional “Asan xidmət” mərkəzindəki notariat ofisinə ərizə ünvanlasa da, Cavabdeh sözügedən məsələ üzrə ünvanladığı ərizəni təmin etməyərək, məsələ ilə əlaqədar məhkəməyə müraciət etməyini məqsədə uyğun saymışdır. Cavabdeh tərəfindən, ünvanladığı ərizənin təmin olunmaması ilə bağlı yuxarıda göstərilən məzmunda əsaslandırmaları kifayət qədər əsassızdır. Belə ki, valideynləri vəfat etdikdən sonra yuxarıda qeyd etdiyi kimi xx.xx.2012-ci il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə faktiki yeganə vərəsə kimi onun adı qeyd edilmişdir. Bu hal onu təsdiq edir ki, o mirası qəbul etmişdir, yalnız digər əmlaklarla bağlı rəsmiləşdirmə işləri aparmamışdır. Bundan əlavə olaraq valideynləri vəfat etdikdən sonra onlardan miras qalan ünvan 4ində 0,15 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 151.5 m2 olan evdə valideynləri vəfat etməmişdən əvvəl də yaşamış, o cümlədən, onlar vəfat etdikdən sonra keçirilmişdir. Vərəslər arasında mübahisə məsələsinə gəldikdə isə hər hansı digər vərəsə tərəfindən mirasın qəbul olunması ilə bağlı heç bir notariat orqanına müraciət edilməmiş, habelə miras əmlak hər hansı digər şəxs tərəfindən faktiki də qəbul olunmamışdır. Məhkəmə iclasında İddiaçı ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmiş və notarial qaydada təsdiq edilmiş sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürən X17 xx.xx.2023-cü il tarixində məhkəməyə təqdim etdiyi ərizənin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, Paşaoba kəndindəki 0,15 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 151.5 m2 olan evdə valideynlərindən miras qalmışdır. Həmin evin tikintisində onun həddən çox zəhməti vardır. Onlar 5 qardaş, 2 bacıdırlar. Qardaşı Paşaoba kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün ayrılmış 1,61 ha torpaq sahəsindən ona çatan hissəsindən bu günə kimi 42 000 gəlir əldə edib, həmin yerin 1/6 hissəsi ona çatır. Paşaoba kəndindəki 0,15 ha torpaq sahəsindən 1/6 hissəsilə birlikdə qardaşı ona 10 000 manat məbləği verəcəyi halda, miras payından imtina edə bilər. Həmin məbləğlə o ata evinin damını düzəltdirəcək. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən X19 məhkəməyə ərizə təqdim edərək, ona düşən miras payından qardaşı Cümşüdün xeyrinə imtina etdiyini bildirmişdir. İş üzrə cavabdeh Quba Regional “Asan xidmət” mərkəzindəki notariat ofisinin notariusu Süleyman Məmmədov məhkəməyə ərizə ilə müraciət edərək, iş rejimi və vətəndaş müraciətlərinin çoxluğu ilə əlaqədar keçiriləcək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən Yarəhmədova (Babayeva) Qəribə Mövsüm qızı məhkəməyə ərizə təqdim edərək, özünə düşən miras paydan qardaşı Cümşüdün xeyrinə imtina etdiyini bildirmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən X18 və X20 məhkəmə iclaslarının yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, habelə nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, müstəqil tələb irəli sürən şəxsin və müstəqil tələb irəli sürməyən şəxslərin izahatlarını dinləyib, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-143F KOD 30310038 saylı şəhadətnamənin surətindən görünür ki, Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli 03 saylı qərarı ilə ünvan 4i ərazisindən fərdi ev tikintisi məqsədilə 0.15 ha torpaq sahəsi ünvan 4 sakini X16 və X6 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair JN-286 KOD 30310038 saylı Dövlət Aktının surətindən görünür ki, Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli 03 saylı qərarı ilə ünvan 4i ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1.61 ha torpaq sahəsi ünvan 4 sakini X16 və X6 və X15 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 4i ərazisində yerləşən 2 mərtəbəli, 3 otaqlı yaşayış evi, (ümumi sahəsi 151 m2, o cümlədən yaşayış sahəsi 46.3 m2 ) Vəl-Vələ İƏV-nin təsərrüfat başı kitabına əsasən X8 adına 09 noyabr 2000-ci il tarixdə 2 nömrəli reyestr kitabının 453 reyestr nömrəsi ilə qeydiyyata alınıb. İş materiallarında olan AZ-İ 507822 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2012-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci ildə 01 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 556431 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2012-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci ildə 23 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Quba Rayon Notariusu tərəfindən İddiaçı adına verilmiş xx.xx.2012-ci il tarixli, 2V/04-3578 və 2V/04-3579 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lərinin surətindən göründüyü kümi, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X8 vərəsələri oğlu- İddiaçı Vəl-Vələ 025 nömrəli filalda 0576 saylı hesab üzrə qoyulmuş əmanət pulundan və Sumqayıt filalında 2798 saylı hesab üzrə qoyulmuş əmanət pulundan ibarətdir. Yarəhmədova (Babayeva) Qəribə Mövsüm qızı və X19 tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, onlar valideynlərinin miras əmlakından özlərinə düşən paydan qardaşları İddiaçı xeyrinə imtina etmişlər. Quba Regional “Asan xidmət” mərkəzi notariat ofisi tərəfindən təsdiq edilmiş, xx.xx.2023-cü il tarixli, 8İ-22336 reyestr nömrəli Azərbaycan dilinə tərcümə olunmuş ərizədən görünür ki, 12 mart 1968-ci il təvəllüdlü Rusiya Federasiyası, Saratov vilayəti, Engels şəhəri, Voskresenka k, Zareçnaya küçəsi, ev 37 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan X20 xx.xx.2012-ci il tarixdə vəfat etmiş X3nun və xx.xx.2012-ci il tarixdə vəfat etmiş X2nın ölümündən sonra vərəsəliyin açılması haqqında xəbərdardır. Hər iki valideynləriin ölümündən sonra mirasın qəbul edilməsi üçün məhkəməyə müraciət etməyəcək. Faktiki olaraq miras əmlakı vəfat etmiş valideynlərdən sonra xx xxxxxxx 1972-ci il təvəllüdlü İddiaçı vərəsəlik işlərində qalan istənilən əmlaka vərəsəlik haqqında şəhadətnamənin alınmasına etiraz etmir. Quba Regional “Asan xidmət” mərkəzi notariat ofisi tərəfindən təsdiq edilmiş, xx.xx.2023-cü il tarixli, 8İ-22338 reyestr nömrəli Azərbaycan dilinə tərcümə olunmuş ərizədən görünür ki, 08 dekabr 1969-cu il təvəllüdlü Rusiya Federasiyası, Saratov vilayəti, Engels şəhəri, Voskresenka k, Tsentralnaya küçəsi, ev 61 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan X21 xx.xx.2012-ci il tarixdə vəfat etmiş X3nun və xx.xx.2012-ci il tarixdə vəfat etmiş X2nın ölümündən sonra vərəsəliyi qəbul etməyib. Azərbaycan Respublikası ünvan 4i ünvanında yerləşən bütün təsərrüfat və məişət tikintiləri və tikililəri olan yaşayış binası və torpaq sahəsi üçün vərəsəlik haqqında şəhadətnamələrin X8 və X6 digər vərəsələri tərəfindən alınmasına etiraz etmir. Mirasın nə olmasından, harada yerləşməsindən asılı olmayaraq ona iddia etmr və öz vərəsəlik hüquqlarını rəsmləşdirmək, məhkəməyə müraciət etmək fikirində deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə görə miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfındən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 4ində yerləşən fərdi ev tikintisi məqsədilə 0.15 ha torpaq sahəsi və üzərində yeləşən fərdi yaşayış evi və kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1.61 ha torpaq sahəsi əmlakın mülkiyyətçisi X16 və X14 vəfat etdikdən sonra miras aktivinin bir hissəsinə İddiaçı Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Digər miras əmlak vərəsələr tərəfindən faktiki qəbul edilməklə müvafiq şəhadətnamə alınmamışdır. Vərəsələr İddiaçı və X17 arasında miras əmlakın bölgüsü ilə bağlı mübahisə mövcuddur. Məhkəmə hesab edir ki, əvvəlcə miras əmlaka faktiki sahiblik etməklə və idarə etməklə miras əmlakın faktiki qəbul edilib-edilməməsi müəyyən olunmalıdır. Bu zaman AR Konstitusiyasının 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat, habelə sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yükqoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü tarixli Qərarına əsasən vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Həmin Qərara əsasən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Hazırda vərəsələr Yarəhmədova (Babayeva) Qəribə Mövsüm qızı, X19 və X20 miras əmlakdan onlara düşən paydan qardaşları İddiaçı xeyrinə imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər X5 miras əmlakdan kimin xeyrinə imtina etdiyini bildirməmiş, digər vərəsələr tərəfindən mirasın alınmasına etiraz etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1261-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə araşdırması zamanı miras aktivinin ünvan 4indəki 0,15 ha torpaq sahəsi (bağ), həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 151.5 m2, yaşayış sahəsi 61 m2 olan fərdi yaşayış evi və ünvan 4i ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün ayrılmış 1,61 ha torpaq sahəsindən ibarət olması mübahisələndirilməmişdir. Beləliklə, X1 və X7 miras əmlakı ünvan 4indəki 0,15 ha torpaq sahəsi (bağ) və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 151.5 m2, yaşayış sahəsi 61 m2 olan fərdi yaşayış evinə X5nun ümumi imtinası və digər vərəsələr Yarəhmədova (Babayeva) Qəribə Mövsüm qızı, X19 və X20 miras əmlakdan onlara düşən paydan qardaşları İddiaçı xeyrinə imtinası nəzərə alınmaqla ünvan 4indəki 0,15 ha torpaq sahəsi (bağ) və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 151.5 m2, yaşayış sahəsi 61 m2 olan fərdi yaşayış evinə 4/5 hissədə İddiaçı və 1/5 hissədə X8 payı müəyyən edilməklə vərəsəlik hüququ tanınmalıdır. Bununla belə, müəyyən edilmişdir ki, mirasın ünvan 4i ərazisində 1.61 ha torpaq sahəsindən ibarət hissəsi birgə mülkiyyət hüququ ilə X16 və X6 və X15 mülkiyyətinə verilmişdir və həmin əmlaka dair paylar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Beləliklə də, mirasın ünvan 4i ərazisində 1.61 ha torpaq sahəsindən ibarət hissəsinə X8, X6 və X15 payları bərabər sayılmaqla əmlakın 2/3 hissəsi miras aktivi kimi qəbul edilməklə vərəsələr arasında bölünməlidir. Eyni şərtlərlə X15 ümumi imtinası və digər vərəsələr Yarəhmədova (Babayeva) Qəribə Mövsüm qızı, X19 və X20 miras əmlakdan onlara düşən paydan qardaşları İddiaçı xeyrinə imtinaları nəzərə alınmaqla ünvan 4i ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış 1,61 ha torpaq sahəsindən ibarət mirasdan İddiaçı 24/ 45 hissəsində payı müəyyən edilməklə vərəsəlik hüququ tanınmalı, X12 6/45 hissəsində pay hüququ müəyyən edilməlidir. İddia həmçinin vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində də təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Müstəqil tələb irəli sürən X12 iddiası qismən təmin olunsun. X6 və X7 miras qalmış ünvan 4indəki 0,15 ha torpaq sahəsinə (bağ) və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 151.5 m2, yaşayış sahəsi 61 m2 olan fərdi yaşayış evinə 4/5 hissədə İddiaçı və 1/5 hissədə X8 payı müəyyən edilməklə vərəsəlik hüquqları tanınsın. X4 və X7 miras qalmış ünvan 4i ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış 1,61 ha torpaq sahəsinə İddiaçı 24/45 hissəsində payı və X12 6/45 hissəsində payı müəyyən edilməklə vərəsəlik hüquqları tanınsın. İddia qalan hissədə təmin edilməsin. Müstəqil tələb irəli sürən X12 iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar