Məhkəmə qərarları › İş №2(027)-945/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-945/2025

03.02.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-945/2025 03.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlu, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, ƏMDK yanında DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Quba “Asan Xidmət” mərkəzində notariat kontoruna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və dövlət reyestrindən çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, ƏMDK yanında DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Quba “Asan Xidmət” mərkəzində notariat kontoruna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və dövlət reyestrindən çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş və müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki , Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. İş materiallarından məlum olmuşdir ki, Cavabdeh2 rəsmi qeydiyyatda olduğu ünvan ünvan 1n olunmuş, digər cavabdeh ƏMDK yanında DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin ünvanı Xaçmaz şəhəri, H.Əliyev pr. 9A kimi müəyyən olunmuşdur. Habelə Quba “Asan Xidmət” mərkəzində notariat kontoruna qarşı yönələn tələb qeyd edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbi ərazi aidiyyətinə görə Quba Rayon Məhkəməsinin səlahiyyətinə aid olmadığından, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya izah olunsun ki, hazırki mülki iş üzrə iddia tələbi ərazi adiyyətinə görə cavabdehlərin birinin rəsmi qeydiyyatda olduqları ünvanlar üzrə, yəni Bakı şəhəri, Binəqədi və ya Xaçmaz rayon məhkəməsinə aid olduğundan, iddiaçı iddia tələbi ilə həmin məhkəmələrdən birinə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1 və 152.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, ƏMDK yanında DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Quba “Asan Xidmət” mərkəzində notariat kontoruna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və dövlət reyestrindən çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun (GPP qəbz nömrəsi:**********, ödənişin təyinatı: Quba Rayon Məhkəməsi, ödəyicinin adı: İddiaçı1”,) geri qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar