Məhkəmə qərarları › İş №2(027)-946/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-946/2022

06.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-946/2022 06.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz X7 İdarəsinin Quba XS-nin əməkdaşları tərəfindən qanunsuz olaraq tərtib olunmuş 27.09.2021- ci il tarixli, ******* saylı “ təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın etibarsız hesab edilməsinə və həmin akt əsasında hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borcun onun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Quba rayonu Amsar kəndində atasına məxsus evdə yaşayır. X1 19.04.2011-ci il tarixində vəfat etmişdir. Atası vəfat etdikdən sonra atasına məxsus evi və təsərrüfatı o idarə edir. 16 mart 2018- ci il tarixində tərtib olunmuş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında № ******* saylı AKT- a əsasən evinə qazın verilməsinə dair sərfıyyat hesablanması üçün quraşdırılmış qaz sayğacı çıxarılaraq götürülmüşdür. Həmin tarixdə küçədə olan qaz xəttində qəza baş vermiş, qəza nəticəsində ona məxsus qaz sayğacında yanğın əmələ gəlmişdir. Yanğın qısa müddətdə aradan qaldırılmışdır. O, hadisə barəsində qaz idarəsinə məlum vermişdir. Yanğın nəticəsində sayğacın hesablayıcı mexanizmi üzərindəki plastmas qapağı ərimişdir. Həmin hadisədən sonra yuxarıda qeyd olunmuş akt tərtib edilərək sayğac aparılmışdır. Xeyli müddət keçdikdən sonra sistem üzrə borcunun 216 manat çox olduğunu görmüşdür. Bundan sonra qaz idarəsinə gedib yaranmış borcun haradan əmələ gəlməsi barədə maraqlanmış, ona sayğaca müdaxilə etdiyinə görə cərimə yazıldığını demişlər. Sonradan məlum olmuş ki, onun xəbəri olmadan, ünvanına gəlmədən ona qarşı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt tərtib olunmuş və istifadəmdə olan qaz cihazlarının sayına görə ona 216 (iki yüz on altı) manat məbləğində dəymiş ziyan hesablanmışdır. Guya o da, həmin akta imza etməkdən imtina etmişdir. Lakin, akt onun ünvanında tərtib olunmayıb, onun aktdan xəbəri olmayıb. Sayğac küçədə quraşdırıldığına görə o, sayğacın təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyət daşımır. Ona əsassız və qanunsuz hesablanmış 216 (iki yüz on altı) manat borcla qətiyyən razı deyil və bununla əlaqədar olaraq mübahisəni Məhkəmə qaydasında həll etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh İB-nin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında ******* saylı aktdan görünür ki, 10272304 nömrəli sayğaca ümumi baxış keçirilən zaman sayğacın plastmas qapağının, şüşəsinin və hesablama mexanizminin əridiyi aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* saylı akt əsasında dəymiş ziyanın həcmi hesablanarkən 2160 m3 sərfiyyat müəyyən edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, X3 2021-ci il üzrə 216 manat məbləğində qalıq borcu vardır. İş materiallarında olan Quba RİHB-nın Amsar İƏD üzrə nümayəndəliyinin 14.04.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı 19.04.2011-ci il tarixdə vəfat etmiş X3 vərəsələri sırasına daxildir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci ildə anadan olmuşdur. Onun X1dur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 19.04.2011-ci il tarixdə vəfat etmişdir. Müəyyən olunmuşdur ki, İddiaçı mərhum atası İddiaçı Mahmud oğlu təbii qaz abonenti kimi qeydiyyatdadır. İddiaçı 19.04.2011-ci il tarixdə vəfat etmiş X3 vərəsəsidir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən 27.09.2021-ci il tarixdə onun yaşadığı Quba rayonu, Amsar kəndində yerləşən mənzilində quraşdırılmış sayğacın sayğacın plastmas qapağının, şüşəsinin və hesablama mexanizminin əridiyi aşkar edilmiş və bu barədə ******* nömrəli akt tərtib olunmuşdur. Həmin akt əsasında Cavabdeh İB tərəfindən 27.09.2021-ci il tarixli tələbnamə tərtib olunmuşdur. Həmin akta əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna 216 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Həmçinin, müəyyən olunmuşdur ki, iddiaçının yaşayış sahəsinə qoyulmuş qaz sayğacı onun həyətindən kənarda küçə tərəfdə quraşdırılmışdır. Yaşayış sahəsi üçün küçədə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşıya bilməzdi. Cavabdeh tərəf aktda qaz sayğacına şəxsən iddiaçı tərəfindən müdaxilə edilməsini göstərsə də, həmin faktı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, qaz sаyğаcı iddiаçının cаvаbdehliyi sərhəddində qurаşdırılmаmışdır. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq 216 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. İddiaçı aktın etibarsız edilməsi tələbini qoysa da mahiyyətcə borcun silinməsi barədə tələb irəli sürür. Göründüyü kimi iddiaçının prosessual məqsədi onun hesabında sayğacdan kənar hesablanmış borcun qanunsuz sayılması olduğundan borcun silinməsidir. Yəni iddiaçı aktın ləğv edilməsi barədə iddia versə də (akt özlüyündə mövcuddur), məhkəmə iddianı akt üzrə nəzərdə tutulan ödəmənin silinməsi barədə iddia kimi qəbul edir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsassız hesablanmış 216 manat məbləğində borc iddiaçının **********001550 saylı abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı X3 **********001550 saylı abonent hesabına hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc pul onun abonent hesabından silinsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar