Məhkəmə qərarları › İş №2(027)-948/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-948/2022

14.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-948/2022 14.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı oğlunun nümayəndəsi və vəkili Vəkil, İddiaçı oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 və maraqlı şəxslər ƏMDK yanında DƏDRX-nın 5 saylı ərazi İdarəsinə və Quba regional “ASAN”Xidmət mərkəzi Notarat Kontoruna qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və ailə üzvlərinin adına verilmiş, Quba şəhəri ünvanında yerləşən, kənd təsərrüfatı təyinatlı 1.80 ha torpaq sahəsinə dair 09.12.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini və bu əməli törətmiş torpağın keçmiş mülkiyyətçiləri Cavabdeh1 və ailə üzvlərinin, bu əməli törətmiş vəzifəli şəxslər barəsində cinayət işi başlanması barədə xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın AN ******* saylı, 01 fevral 2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 ona ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən 08.09.2017 tarixdə onlara verilmiş **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrdən çıxarışa əsasən onlara məxsus, Quba şəhərində yerləşən 1.80 ha torpaq sahəsini satmışdır. Qeyd olunan alğı-satqı müqaviləsinin bir nüsxəsi DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə notarius tərəfindən göndərilmişdir. 2022-ci ilin yanvar ayında ona məlum olmuşdur ki, cavabdehlər ona məxsus yeri başqa şəxslər satmaq istəyirlər. Bu barədə DƏDRX-nin 5 saylı ərazi İdarəsinə sorğu verdikdən sonra aydın olmuşdur ki, Quba rayon Notariat Kontorunun 21.08.2017-ci il tarixli, 2V-890, 2 V-889, 2V-888 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə və JN-648 kod 30301004 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”-na əsasən Cavabdeh1 və ailə üzvlərinin adına 08.09.201 7-ci il tarixi il, ********** qeydiyyat nömrəli, **********8 reyestr nörməli çıxarış işlənmiş və sonradan həmin torpaq sahəsinə Cavabdeh1 və ailə üzvlərinin adına 09.12.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarış (dublikat) verilmişdir. Həmçinin məktubda qeyd olunmuşdur ki, guya torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair 5 saylı Xaçmaz Ərazi İdarəsində heç bir məlumat qeydə alınmamışdır. İddiaçı oğlunun nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəməyə notariat qaydasında təsdiq edilmiş ərizə ilə müraciət edərək, iddianı tam şəkildə qəbul etdiklərini və etiraf edərək, iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirmişlər. Bundan başqa, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6, maraqlı şəxslər ƏMDK yanında DƏDRX-i və Quba regional “ASAN”Xidmət mərkəzi Notarat Kontoru lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AN-İ ******* saylı Daşınmaz Əmlakın Alğı-Satqı Müqaviləsindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 mülkiyyətlərində olan 1.8 ha torpaq sahəsini 9000 manata İddiaçı satmışlar. İş materiallarında olan RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Quba şəhərində yerləşən 1.8 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nın 5 saylı ərazi İdarəsinin 08.02.2022-ci il tarixli məktubundan Quba rayon notariat kontorunun 21 08 2017-ci il tarixli, 2V-890, 2V-889, 2V 888 reyestr nömrəli qarnın üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə və JN-648 KOD 30301004 nömrəli "Torpağa mülkiyyət hüququ dair dövlət aktı” na əsasən Cavabdeh1 və ailə üzvlərinin adına 08.09.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, 30301304 8168 reyestr nömrəli çıxarış işlənmiş və sonradan həmin torpaq sahəsinə Cavabdeh1 və ailə üzvlərinin adma 09.12.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarış (dublikat) verilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Daşınmaz Əmlakın AN ******* saylı, 01 fevral 2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən 08.09.2017 tarixdə onlara verilmiş **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrdən çıxarışa əsasən onlara məxsus, Quba şəhərində yerləşən 1.80 ha torpaq sahəsini iddiaçıya satmışlar. Quba rayon Notariat Kontorunun 21.08.2017-ci il tarixli, 2V-890, 2 V-889, 2V- 888 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə və JN-648 kod 30301004 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”-na əsasən Cavabdeh1 və ailə üzvlərinin adına 08.09.201 7-ci il tarixi il, ********** qeydiyyat nömrəli, **********8 reyestr nömrəli çıxarış işlənmiş və sonradan həmin torpaq sahəsinə Cavabdeh1 və ailə üzvlərinin adına 09.12.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarış (dublikat) verilmişdir. Ona görə də, iddiaçı Quba şəhəri ünvanında yerləşən, kənd təsərrüfatı təyinatlı, 1.80 ha torpaq sahəsinə dair, 09.12.2021-ci il tarixli,********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 isə məhkəməyə notariat qaydasında təsdiq edilmiş ərizə ilə müraciət edərək, iddianı tam şəkildə qəbul etdiklərini və etiraf edərək, iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirmişlər. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə qeyd olunan iddia üzrə cavabdehin iddianı etiraf etməsini, yuxarıda göstərilən Qanunun maddəsinə əsasən, qanuna zidd olmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqların və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarında qeyd edir ki, “Torpaq İslahatı haqqında” Qanunda təsbit olunmuş vəzifələrin yerinə yetirilməsi daimi istifadəyə verilmiş həyətyanı torpaq sahələri üzərində vətəndaşların xüsusi mülkiyyət hüququnun təmin edilməsini və səlahiyyətli dövlət orqanları tərəfindən vətəndaşların torpaq sahələrinə xüsusi mülkiyyət hüququnun maneəsiz əldə olunması üçün bütün lazımı tədbirlərin görülməsini tələb edir. Bu mənada, həmin dövlət orqanları tərəfindən həyətyanı torpaq sahəsinin orada qeydiyyatda olan şəxslərin mülkiyyətinə verilməsi torpaq islahatlarının səmərəli həyata keçirilməsinə yönələn tədbirlərdən biri hesab oluna bilər. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin əvəzsiz olaraq xüsusi mülkiyyətə verilməsi qaydası, bu hüququn əmələ gəlməsində maraqlı olan və həmin sahədən vicdanla, fasiləsiz istifadə etmiş şəxslərə məhdudiyyətlər yaratmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 19-cu maddəsinə əsasən Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6nın adına verilmiş, Quba şəhəri ünvanında yerləşən, kənd təsərrüfatı təyinatlı 1.80 ha torpaq sahəsinə dair 09.12.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6nın adına verilmiş, Quba şəhəri ünvanında yerləşən, kənd təsərrüfatı təyinatlı 1.80 ha torpaq sahəsinə dair 09.12.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar