Məhkəmə qərarları › İş №2(027)-948/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-948/2023

03.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-948/2023 03.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh «Azəriqaz” İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Quba Rayon Şöbəsinin əməkdaşları tərəfindən əsassız tərtib olunmuş 26 avqust 2020-ci il tarixli, ******* saylı və 30 dekabr 2022-ci il tarixli, ******* saylı aktların və həmin aktlara əsasən tərtib olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamələrin ləğv edilməsi və hesablanmış 216 və 1036,80 manat məbləğində borcun onun **********01660 saylı abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu, Qəcər-zeyid kəndində 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən yaşayış evi ona məxsusdur. O, ailəsi ilə birlikdə həmin yaşayış evində yaşayır. Azəriqaz ASC ilə bağlanmış 25 noyabr 2015-ci il tarixli, 3108-11-15 saylı qazın alqı-satqısına dair müqaviləyə əsasən təbii qazdan istifadə edirlər və istifadə etdikləri qazın dəyərini vaxtlı-vaxtında ödəyir. 12 noyabr 2015-ci il tarixdə Azəriqaz İB-nin əməkdaşları Quba rayonu, Qəcər-zeyid kəndində yerləşən yaşayış evinə Elster tipli qaz sayğacı quraşdırmış, 04 avqust 2020-ci il tarixdə həmin sayğacı çıxararaq Zenner tipli sayğacla əvəzləşdirmişlər. Sayğacı əvəzləşdirərəkən çıxarılmış sayğacda heç bir qüsurun olmadığı bildirilmişdir. Quba rayonu, Qəcər-zeyid kəndində yerləşən yaşayış evinə quraşdırılmış və istifadə etdiyi Elster tipli qaz sayğacını çıxararaq Zenner tipli qaz sayğacı ilə əvəzləşdirmişlər. xx.xx.2021-ci il tarixdə Azəriqaz İBnin əməkdaşları yaşayış evinə quraşdırılmış sayğacı çıxaraq başqa sayğac ilə əvəzləşdirdilər. Həmin sayğac qüsurlu olduğundan və işləmədiyindən Quba Qaz İİ-yə müraciət etmiş, müraciəti əsasında 17 avqust 2022-ci il tarixdə yenidən Azərqaz İB-nin əməkdaşları yaşayış evinə quraşdırılmış və istifadə etdiyi qaz sayğacını çıxaraq Zenner tipli qaz sayğacı ilə əvəzləşdirmişlər. 2022-ci ilin sonlarında qaz borcu qəbzi gələrkən 1252,80 manat məbləğində cərimənin olduğunu görmüşdür. Quba Qaz İİ-yə müraciət edərək, həmin borcun hansı səbəbə əsasən qeyd olunduğunu soruşduqda ona qeyd olunan borcun 26 avqust 2020-ci il tarixli, ******* saylı və 30 dekabr 2022-ci il tarixli, ******* saylı aktlara əsasən hesablandığını bildirərək aktları və tələbnamələri ona təqdim etmişlər. Həmin aktlarla tanış olduqda ona məlum olmuşdur ki, Azəriqaz İB-nin əməkdaşlarının çıxardıqları qaz sayğaclarına baxış keçirilmiş, 26 avqust 2020-ci il tarixli, ******* saylı aktda guya qaz sayğacının hesablama mexanizminin qapağı yan tərəfdən əzilmiş və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması qeyd olunmuş və xx.xx.2020-ci il tarixli tələbanmə tərtib olunaraq 216 manat, xx.xx.2022-ci il tarixli ******* saylı aktda çıxarılmış qaz sayğacının hesablama mexanizminin qoruyucusu qapağının gövdədən tamamilə aralı vəziyyətdə olunması qeyd olunmuş və həmin akta əsasən də xx.xx.2022-ci il tarixli tələbnamə tərtib olunaraq 1036,80 manat cərimə borcu hesablanmışdır. Aktlarda onun imza etməkdən imtina etməsi qeyd olunmuşdur. Hansı ki onun həmin aktların mövcudluğundan xəbəri belə olmamışdır. 26 avqust 2020-ci il tarixli, ******* saylı və 30 dekabr 2022-ci il tarixli, ******* saylı aktlara və həmin aktlar əsasında tərtib olunmuş tələbnamələrə əsasən hesablanmış borcla razılaşmır. Qeyd etmək istəyir ki, sayğac küçədə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Bəlkə də qaz sayğacı müvafiq qutuya yerləşdirilmiş olsa idi, sayğaca zərər dəyməzdi. Ona görə də, hesab edir ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalrının pozulması haqqında 26 avqust 2020-ci il tarixli, ******* saylı və 30 dekabr 2022-ci il tarixli, ******* saylı aktlar və həmin aktlar əsasında tərtib olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamələr ləğv edilməli, hesablanmış 216 və 1036,80 manat cərimə onun **********01660 saylı abonent hesabından silinməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddianı müdafiə edərək, bildirdi ki, onlar sayğaca heç bir müdaxilə etməmişdir. Həmin akt üzrə hesablanmış borc əsassızdır. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh «Azəriqaz” İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh İB-nin X6 İstismarı İdarəsi ilə İddiaçı arasında bağlanmış Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı barədə müqavilədən görünür ki, paylayıcı istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Quba rayonu, Qəcər-zeyid kəndində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində **********76 nömrəli sayğac çıxarılmış və əvəzində **********614525 nömrəli sayğac quraşdırılmışdır; “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Quba rayonu, Qəcər-zeyid kəndində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində **********5 nömrəli sayğac çıxarılmış və əvəzində **********6 nömrəli sayğac quraşdırılmışdır; “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Quba rayonu, Qəcər-zeyid kəndində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində 10014745 nömrəli sayğac çıxarılmış və əvəzində **********5 nömrəli sayğac quraşdırılmışdır; Xaçmaz RQİİ-nin xx.xx.2020-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Quba rayonu, Qəcər-zeyid kəndində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına AR DNŞ-nin İT və Rİ-nin «Azəriqaz” İB-nin X6 İstismarı İdarəsi qaz sayğacının yoxlanılması: 29/1710-02561-1 saylı rəyinə əsasən 10014745 nömrəli sayğaca ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi, daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması, dəymiş ziyanın hesablanması və ödənilməsi qeyd olunmuşdur. -X2 31 avqust 2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamənin” surətindən müəyyən olunur ki, İddiaçı məxsus Quba rayonu, Qəcər-zeyid kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacda hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin cəmi 2160 m3 (2160 m3 x 0,10=216 manat) olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas xx.xx.2020-ci il tarixli, ******* saylı akt olmuşdur; Xaçmaz RQİİ-nin xx.xx.2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Quba rayonu, Qəcər-zeyid kəndində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına AR DNŞ-nin İT və Rİ-nin «Azəriqaz” İB-nin X6 İstismarı İdarəsi qaz sayğacının yoxlanılması: 29/1710-04741-1 saylı rəyinə əsasən **********6 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanması, hesablama mexanizminin iş prinsipinə maneə törədilməsi, istisamara yararsız olması qeyd olunmuşdur. -X2 30 dekabr 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamənin” surətindən müəyyən olunur ki, İddiaçı məxsus Quba rayonu, Qəcər-zeyid kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacda hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin cəmi 4 x 24 x 90=8640 m3 olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas xx.xx.2022-ci il tarixli, ******* saylı akt olmuşdur; **********01660 kodlu abonentin saldosundan görünür ki, abonent İddiaçı müdəmadi olaraq aktiv şəkildə qazdan istifadə etmiş və istifadə etdiyi qaza görə ödəniş etmiş, həmin 216 manat və 1036,80 manat borc kimi qalıq və akt əsasında hesablanmış cərimə borcudur. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Sayğacın dəyişidirməsi zamanı tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli və ******* nömrəli aktlarda sayğacın dəyişdirilməsinin səbəbi kimi “növbədənkənar dövlət yoxlamasına göndərilmə” göstərilmiş, əvəzetmə qeyd olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin aktlara əsasən hesablanmış 216 (iki yüz on altı) manat və 1036,80 (min otuz altı manat, 80 qəpik) məbləğində pulun iddiaçıdan alınması da əsassız olmuşdur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qaz sayğacı iddiaçının cavabdehliyi sərhəddində quraşdırılmamışdır. Bilavasitə iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əsassız olaraq 216 (iki yüz on altı) manat və 1036,80 (min otuz altı manat, 80 qəpik) məbləğində əlavə sərfiyyat hesablanmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2020-ci il tarixli və xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamələr ləğv edilməli və həmin tələbnamələrə əsasən hesablanmış 216 (iki yüz on altı) manat və 1036,80 (min otuz altı manat, 80 qəpik) məbləğində borclar İddiaçı **********01660 saylı abonent hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 (bir min) manatadək olduqda 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulur; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 32,53 (otuz iki manat əlli üç) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2020-ci il tarixli və xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamələr ləğv edilsin və həmin tələbnamələrə əsasən hesablanmış 216 (iki yüz on altı) manat və 1036,80 (min otuz altı manat, 80 qəpik) məbləğində borclar İddiaçı **********01660 saylı abonent hesabından silinsin. 32,53 (otuz iki manat əlli üç) manat məbləğində dövlət rüsumu «Azəriqaz” İB-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar