Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-949/2022 26.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Torpağın Mülkiyyət hüququna dair JN- 2711A, 30301004 nömrəli Şəhadətnamənin Ərizəçi və X2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayon AİK-nın 05 may 2000-ci il tarixli 5 saylı qərarı ilə Torpağa mülkiyyət hüququna dair JN-2711A KOD 30301004 nömrəli Şəhadətnaməyə əsasən ona və mərhum yoldaşı X2 fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0.06 ha torpaq sahəsi verilmişdir. Lakin Torpağın mülkiyyətə Verilməsinə dair JN-2711A KOD 30301004 nömrəli Şəhadətnamədə mənim adı “Ərizəçi” əvəzinə səhvən “X7” kimi, mərhum yoldaşının adı isə “X5” əvəzinə səhvən “X6” kimi yazılmışdır. O, Şəhadətnamədə qeyd olunmuş soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət müraciət etsə də, onların səlahiyyətlərinə aid olmadığı ilə bağlı imtina məktubu almışdır. X5 22 avqust 201 7-ci il tarixində ölmüşdür. Quba regional Asan xidmət mərkəzinin notariat ofisi tərəfindən verilən 11 yanvar 2022-ci il tarixli məktuba əsasən Ərizəçi 22 avqust 2017-ci il tarixində vəfat etmiş əri X1 vərəsələri sırasına daxildir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, digər ərizəçilər və maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər ərizəçilərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. Onun şəxsiyyətini təsdiq edən sənəddə soyadı ” Gerekova” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X3 arasında nikah 24.07.1984-cü il tarixdə bağlanmışdır. Nikahdan sonra Nərminə Əmirxanovaya “Gerekova” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 22.08.2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin 21.11.2022-ci il tarixli arayışından görünür ki, Quba şəhərində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN-2711A, kod 30301004 olan şəhadətnamədə X6 yox, X5, X7 yox, Ərizəçi kimi tanınmalıdırlar. İş materiallarına əlavə edilmiş Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin 11.01.2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi 22.08.2017-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi sırasına daxildir. İş materiallarına əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi və X2 Quba rayon AİK-nın 05.05.2000-ci il tarixli 05 saylı qərarına əsasən JN-2711A KOD 30301004 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edilərək 0.06 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi və X2 Quba rayon AİK-nın 05.05.2000-ci il tarixli 05 saylı qərarına əsasən 0.06 ha torpaq sahəsi verilərək JN-2711A KOD 30301004 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. JN-2711A KOD 30301004 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə “Ərizəçi” əvəzinə səhvən “X7” kimi, “X5” əvəzinə səhvən “X6” kimi qeyd olunmuşdur. Ərizəçi məhkəmədən JN-2711A KOD 30301004 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni JN-2711A KOD 30301004 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi və mərhum X4 məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. JN-2711A KOD 30301004 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə Ərizəçi və X2 münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-949/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-949/2022
26.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver