Məhkəmə qərarları › İş №2(027)-95/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-95/2021

07.10.2021 · Müqavilələrin ləğv edilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-95/2021 07.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı X2 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, vəkili Vəkil2 iştirakı ilə İddiaçı X2 cavabdehlər Cavabdeh1, Quba şəhər Bələdiyyəsinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Quba Regional “Asan Xidmət” mərkəzinə qarşı çıxarışların ləğv olunması və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi mülki işə baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 15 avqust 2018-ci il tarixli ********** saylı **********72 reyestr nömrəli çıxarışın ləğv olunması, cavabdeh Quba Şəhər Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 04 sentyabr 2018-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və Cavabdeh1 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı, **********23 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı X2 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X5 iddia ərizəsində göstərmişdir ki, həyat yoldaşı X4 21 dekabr 2017-ci ildə vəfat etmişdir. Mərhum həyat yoldaşının mülkiyyətində JN-1097 (kod ********) saylı “Torpağın mülkiyyət hüququna dair Dövlət aktı “ ilə Quba şəhərində 0.62 ha torpaq sahəsi mövcud olmuşdur. Həmin torpaq sahəsinə onlar 2006-cı ildən hec bir etiraz olmadan sahiblik etmişlər və qeyd edilən torpaq istifadələrində olmuşdur. Ancaq 2018-ci ildə həmin torpaq sahəsində yeni bir tikilinin tikildiyinin şahidi olub. Bununla bağlı araşdırdıqda həmin torpaq sahəsinin bələdiyyə tərəfindən satılğını öyrənmişlər. Bundan sonra müvafiq qurumlara sorğu ünvanlanmış və mübahisə predmeti olan torpaq sahəsinə dair həm Quba Şəhər Bələdiyyəsindən, həm də Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən aldığları cavablara əsasən Cavabdeh1 adına hüquqların dövlət reyestrindən çıxarış olduğunu öyrənmişlər. Belə ki, Quba Şəhər Bələdiyyəsinin 31 avqust 2018-ci il tarixli iclasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 15 avqust 2018-ci il tarixli ********** saylı **********72 reyestr nömrəli çıxarışa əsasən Quba Şəhər Bələdiyyəsinə məxsus olan 0.04 ha torpaq sahəsi Cavabdeh1 satılması qərarlaşdırılmışdır. Bundan sonra 04 sentyabr 2018-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 15 avqust 2018-ci il tarixli ********** saylı **********72 reyestr nömrəli çıxarışa əsasən Quba Şəhər Bələdiyyəsinə məxsus olan 0.04 ha torpaq sahəsi Cavabdeh1 satılmışdır. Qeyd edilən alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən RX seriyalı ******* saylı, **********23 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd edilən torpaq sahəsi əslində onlara aiddir və bununla bağlı dövlət aktları vardır. Ancaq cavabdehlərdən Quba şəhər bələdiyyəsi Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərini pozaraq onların mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq Cavabdeh1 sataraq onun mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 15 avqust 2018-ci il tarixli ********** saylı **********72 reyestr nömrəli çıxarışın ləğv olunması, cavabdeh Quba Şəhər Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 04 sentyabr 2018-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və Cavabdeh1 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı, **********23 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh1 iddianı qəbul etməyərək, bildirdi ki, İddiaçı mərhum həyat yoldaşı mübahisəli torpaq sahəsini 2005-ci ildə alıb, lakin həmin torpaqdan istifadə etməmişdilər, həmçinin ƏMDX-nin baza və arxiv materiallarında bu torpaq sahəsinin onların adında olmağı barədə heç bir məlumat yoxdur. O, 2018-ci ildə Quba Şəhər Bələdiyyəsinə müraciət edərək, Quba şəhər bələdiyyəsinə məxsus olan yaşayış məntəqələrinin torpaqlarından 0.04 ha torpaq sahəsini alıb və həmin torpaq sahəsinə hüquqların rəsmləşdirilməsi məqsədilə adına Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 15 avqust 2018-ci il tarixli ********** saylı **********72 reyestr nömrəli çıxarış Çıxarışın çıxartdırib. Bu illər ərzində iddiaçı o torpaqdan istifadə etməyib, sahiblik hüququ əldə etməyib və hətta bələdiyyəyə torpaq vergisini də ödəməyib. N. Cəfərov iddiaçının tələblə bağlı iddia müddətini nəzərə almamasını qeyd etmiş və məhkəməyə bu barədə vəsatətini təqdim etmişdir. Göstərilənləri nəzərə alaraq ona qarşı verilmiş iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı X2 nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh1 dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan JN-1097 kod 30301004 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Quba bələdiyyəsinin 30.12.2005-ci il tarixli 68/4 saylı qərarı ilə Quba Y.T.T ərazisindən istehsal müəsissəsi yaradılması məqsədilə Quba şəhər sakini X3 0.62 ha torpaq sahəsi satılmışdır. İş materiallarında olan V-ЖГ 291191 seriya və nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki X4 ilə İddiaçı arasında nikah 17.11.1989-cu il tarixdə Quba rayon Qeydiyyat şöbəsində bağlanmış və 230 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 919502 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki X4 27.12.2017-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında 11.01.2018-ci il tarixində 0006 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin 15.08.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, yaşayış məntəqələri torpaqlarına aid olan 0.04 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə Quba bələdiyyəsinin xüsusi mülkiyyətinə verilib. İş materiallarında olan 04.09.2018-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən məlum olur ki, Quba bələdiyyəsi mülkiyyətinə məxsus olan 0.04 ha torpaq sahəsi Cavabdeh1 satılıb və müqavilə Quba Regional “Asan Xidmət” mərkəzinin notariat ofisin tərəfindən təsdiq olunaraq qeydə alınıb. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin RX seriyalı ******* saylı 19.09.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışının surətindən görünür ki, yaşayış məntəqələri torpaqlarına aid olan 0.04 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh1 xüsusi mülkiyyətinə verilib. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti mütəxəssis rəyinin təqdim edilməsi barədə təkrar məlumatından görünür ki,` X1 JN-1097 kod 30301004 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında 0.62 ha torpaq sahəsinin məlumatları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləsi Dövlət Xidmətinin elektron baza və arxiv materiallarında aşkar olunmadığından Azərbaycan Respublikasının Əmlak Məsələləsi Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı, **********23 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 məxsus Quba şəhərində yerləşən 0.04 ha torpaq sahəsinin üst- üstə düşüb-düşməməsi barədə mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. İş materiallarında olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Quba rayonu İspik kəndində qeydiyyatdadır. İş materiallarında olan MAPS arayışdan görünür ki, Cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Belə ki, sübuetmə yükü baxımından İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz İdarəsi tərəfindən 15 avqust 2018-ci il tarixli ********** saylı **********72 reyestr nömrəli çıxarışın ləğv olunması, cavabdeh Quba şəhər Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 4 sentyabr 2018-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və Cavabdeh1 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı, **********23 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunmasını tələb etsə də, istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, cavabdeh məhkəməyə vəsatət təqdim edərək iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən iddia müddətinin tədbiq edilməsini xahiş etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.12.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. Məhkəmə iddiaçı X5 tərəfindən müqavilənin etibarsızlığının mübahisələndirilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş 1 (bir) illik müddətin ötürüldüyünü və Cavabdeh1 tərəfindən iddia müddətinin tədbiq edilməsi barədə ərizə verməsini nəzərə alıb, belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə iddia ərizəsinə iddia müddəti tədbiq edilməli və iddiaçı X2 cavabdehlər Cavabdeh1, Quba şəhər Bələdiyyəsinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Quba Regional “Asan Xidmət” mərkəzinə qarşı çıxarışların ləğv olunması və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı X2 cavabdehlər Cavabdeh1, Quba şəhər Bələdiyyəsinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışların ləğv olunması və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar