Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-951/2023 18.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X16 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, nənəsi X2 miras qalmış ünvan 1 ünvanda yerləşən yaşayış evinə dair texniki pasportun X5 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, nənəsi X8 xx.xx.1979-cu il tarixdə Quba şəhərində vəfat etmiş və ünvan 2 ünvanda yerləşən yaşayış evi miras qalmışdır. X4 xx.xx.2022-ci il tarixdə X26 Xidmət mərkəzində notariat ofisinə müraciət edərək, xx.xx.1979-cu il tarixdə vəfat etmiş X3 vərəsələri sırasına daxil edilmişdir. Atası M.Məmmədov xx.xx.2023-cü il tarixdə vəfat etmiş, mirası öz adına rəsmiləşdirə bilməmişdir. Atasının ölümündən sonra o, X26 xidmət mərkəzində notariat ofisinə müraciət etmiş, xx.xx.2023-cü il tarixdə vəfat etmiş atası X7 vərəsələri sırasına daxil edilmişdir. O, hal-hazırda nənəsi X2 miras qalmış-ünvan 1 ünvanda yerləşən evə Çıxarış almaq istəyir. Lakin həmin evə dair nənəsinin adına tərtib olunmuş texniki pasportda nənəsinin atasının adı səhvən olaraq Əliəskər əvəzinə Əskər kimi, nənəsinin adı Xəticə əvəzinə Xədicə kimi qeyd edilmişdir. Atası M.Məmmədov nənəsinin vərəsələri sırasına daxil edildikdən sonra onun adına miras əmlakı Quba şəhəri Əzizbəyov küçəsi 27 saylı evin texniki pasportunun DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim edərək nənəm X.Məmmədovanın adı və ata adında olan səhvlərin düzəliş edilməsi üçün müraciət etmiş, qeyd olunan təşkilatın xx.xx.2022-ci il tarixli məktubu ilə mübahisə predmeti olan sənəddə hüquq sahibinin ata adında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığını bildirərək, məhkəməyə müraciət etməyi tövsiyyə ediblər. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur.. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 xx.xx.1979-cu il tarixdə vəfat etmişdir. Həmin şəhadətnamədə onun adı, soyadı və atasının adı ”X8” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X12 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş texniki pasportun surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən yaşayış evi X3 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Quba Regional “ASAN” xidmət mərkəzinin Notariat Ofisinin xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, xx.xx.2022-ci il tarixli, V-511 nömrəli vərəsəlik işinə əsasən X12 xx.xx.1979-cu il tarixdə vəfat etmiş X6 vərəsələri sırasına daxildir. İş materiallarına əlavə edilmiş Quba Regional “ASAN” xidmət mərkəzinin Notariat Ofisinin 27xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, xx.xx.2023-cü il tarixli, V-118 nömrəli vərəsəlik işinə əsasən X11 xx.xx.2023-cü il tarixdə vəfat etmiş X9 vərəsələri sırasına daxildir. İş materiallarına əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X11 arasında nikah xx.xx.1997-ci il tarixdə bağlanmışdır. Nikahdan sonra Səbinə Məmmədova “Əliyeva” soyadını almışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu il tarixdə anadan olmuşdur. Onun X4 və anası isə X1r. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1946-cı il tarixdə anadan olmuşdur. Onun atası X14, anası isə X8 olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, ünvan 1 ünvanda yerləşən yaşayış evi texniki pasport əsasında X5 məxsusdur. Həmin texniki pasportda “X8” əvəzinə səhvən “X13” kimi qeyd olunmuşdur. Ərizəçi məhkəmədən ünvan 1 ünvanda yerləşən yaşayış evinə dair texniki pasportun X5 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni ünvan 1 ünvanda yerləşən yaşayış evinə dair texniki pasportun X5 məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. ünvan 1 ünvanda yerləşən yaşayış evinə dair texniki pasportun X5 məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-951/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-951/2023
18.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver