Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-97/2021 26.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X4rşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh və maraqlı şəxs DƏDRX-nin 5 saylı X4rşı iddia ərizəsi ilə müraciət edərək, Quba rayonu, Əski-lqriq kəndində yerləşən 0,70 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dan Cavabdeh adına verilmiş **********21 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, onun torpaq islahatı aparılmasına başlanmazdan uzun illər əvvəl Quba rayonu Əski-tqriq kəndində ata evilərinin qonşuluğunda istifadəsində 0,40 ha torpaq sahəsi olmuşdur, həmin torpaq sahəsini ailəsilə birlikdə kol-kosdan və daşdan təmizləyərək yararlı vəziyyətə gətirmişdir. Bələdiyyələr yarandıqdan sonra da həmin torpaq sahəsi onun istifadəsində olmuşdur. Həmin torpaq sahəsindən 0,12 ha yaşayış evi tikmək məqsədilə ona satılması barədə xx xxx 2005-ci il tarixdə ərizə ilə Əski-lqriq bələdiyyəsinə müraciət etmişdir. Həmin ərizəsinə Əski-İqriq bələdiyyəsinin iclasında baxılaraq, xx xxx 2005-ci il tarixli, 09 saylı qərarı ilə ona 0,12 ha torpaq sahəsinin alqı-satqı qaydasında satılması qərara alınmışdır. O, bələdiyyənin hesabına həmin torpaq sahəsinə görə o vaxtki pul ilə 780.000 (yeddi yüz səksən min) manat ödəyərək həmin torpaq sahəsini xx xxxx 2005-ci il tarixdə bələdiyyədən alqı-satqı aktı əsasında almışdır. Sonradan qızı ağır xəstəliyə tutulduğundan onun müalicəsi ilə əlaqədar Sumqayıt, Bakı xəstəxanalarında olmuş, sonda da İran Respublikasına aparmışdır. Bu səbəbdən də həmin torpaq sahəsinə dair adına çıxarış ala bilməmişdir. Sonra həmin torpaq sahəsinə çıxarış almaq üçün və qalan torpağı da bələdiyyədən uşaqlarının adına almaq istədikdə məlum olmuşdur ki, istifadəsində olan 0,40 ha torpaq sahəsi Cavabdeh adına verilmiş 0,70 ha torpaq sahəsi ilə üst-üstə düşür. Bu səbəbdən də həmin 0,12 ha torpaq sahəsinə çıxarış ala bilmir, eləcə də, istifadəsində olan 0,28 ha torpaq sahəsinə səhvən Cavabdeh adına çıxarış vurulduğundan bələdiyyə alqı-satqı aktı verə bilmir. Onu da qeyd etmişdir ki, cavabdehə aid torpaq sahəsi onunla qonşuluqda yerləşir. Cavabdeh özü də bilir ki, onun bələdiyyədən alqı-satqı qaydasında aldığı 0,12 ha və istifadəmdə qalmış 0,28 ha torpaq sahəsi onun adına olan 0,70 ha torpaq sahəsinə dair verilmiş çıxarış üzrə onun yerinə düşür. Cavabdehin öz yeri isə onun istifadəsində və aldığı cəmi 0,40 ha torpaq sahəsi ilə qonşuluqdadır. Bu faktı DƏDRX-nin mütəxəssisləri də onun ərizələri əsasında həmin ərazidə baxış keçirib müayinə apararkən aşkar etmişlər və ona izah etmişlər ki, ya vətəndaş özü gələrək bizə müraciət etməli, yada ki, o məhkəməyə ərizə ilə müraciət edərək həmin çıxanşı ləğv etməlidir. Hətta ona Çıxarışın surətini cavabdeh özü göndərmişdir. Çıxarışın təsdiqi olunmuş surətini DƏDRX-dən istəsə də, ona izah olunmuşdur ki, həmin çıxarışın əsli yalnız məhkəmə sorğusu əsasında verilə bilər. Göstərilənləri nəzərə alaraq, iddiaçı məhkəmədən Quba rayonu, Əski-lqriq kəndində yerləşən 0, 70 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dan Cavabdeh adına verilmiş **********21 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. İş materiallarında olan torpaqların alqı-satqısına dair aktdan görünür ki, Quba rayonu, Əski- İqriq kəndində yaşayan İddiaçı tərəfindən Quba rayon Əski-İqriq bələdiyyəsinə xx.xx.2005-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış, Quba rayon Əski-İqriq bələdiyyə ərazisində 0,12 ha torpaq sahəsinin satılması barədə xx xxx 2015-ci il tarixli, 09 nömrəli qərar qəbul edilmiş, bunun müqabilində İddiaçı tərəfindən “Rabitəbank”ın hesabına 780000 manat ödənilmişdir. Həmin akt Quba rayon Əski-İqriq bələdiyyəsinin sədri X3, torpaq alan İddiaçı və torpaq şöbəsinin müdiri X1 iştirakı ilə xx xxxx 2005ci il tarixdə imza və möhürlə təsdiq edilmişdir. İş materiallarında olan MH seriyalı, **********21 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Cavabdeh mülkiyyətində Quba rayonu, Əski-İqriq kəndində 0,70 hektar torpaq sahəsi vardır. İş materiallarında olan Quba şəhər İƏD üzrə nümayəndəliyinin 497 nömrəli, xx xxxxxx 2020ci il tarixli arayışından görünür ki, o, həqiqətən ünvan 1 saylı ünvanda qeydiyyatdadır. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı məxsus Quba rayonu, Əskilqriq kəndində yerləşən 0,40 ha torpaq sahəsi, cavabdeh Cavabdeh mülkiyyətində olan Quba rayonu, Əski-lqriq kəndində yerləşən 0,70 ha torpaq sahəsi ilə üst-üstə düşür. -Cavabdeh mübahisə predmeti olan torpaq sahəsi yerləşən massivdə çəpərə alaraq, faktiki istifadə etdiyi torpaq sahəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanın mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli akt məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Əski-İqriq bələdiyyəsinin xx xxx 2005-ci il tarixli, 09 saylı qərarı ilə ona 0,12 ha torpaq sahəsinin alqı-satqı qaydasında satılması qərara alınmışdır. Quba rayonu, Əski-lqriq kəndində yerləşən 0,70 ha torpaq sahəsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin **********21 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli Çıxarışı ilə Cavabdeh adına rəsmiləşdirilmişdir. Şərh edilənləri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyini əsas götürərək, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Quba rayonu, Əski-lqriq kəndində yerləşən 0,70 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dan Cavabdeh adına verilmiş **********21 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli Çıxarışın etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlara istinad etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Quba rayonu, Əski-lqriq kəndində yerləşən 0,70 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dan Cavabdeh adına verilmiş **********21 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli Çıxarışın etibarsız hesab edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-97/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-97/2021
26.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver