Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-97/2022 24.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi və vəkili X2, cavabdehlər Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Quba regional “ASANxidmət” mərkəzində Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi və hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Quba regional “ASANxidmət” mərkəzində Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi və hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Quba rayon notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2002-ci il tarixli, 4-Ə-381 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılması və xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, həmçinin A432258 nömrəli torpaq sahəsinin planı və ölçüsünün JN- 620 KOD 30301004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilmiş 0,60 ha torpaq sahəsi hissəsində ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələbi onunla əsaslandırmışlar ki, torpağa mülkiyyət hüququna dair xx.xx.2001-ci il tarixli, JN-620 KOD 30301004 saylı dövlət aktında göstərilmiş 0,60 ha torpaq sahəsi onların xüsusi mülkiyyətindədir. 2001-ci ildən torpaq sahəsi onların mülkiyyətində, sahibliyində və istifadəsindədir. Həmin torpaq sahəsi bağ sahəsidir və onlar hər il bağın meyvəsini yığır. İddiaçı2 göstərilən 0,60 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Cavabdeh3nə xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət etmiş, Cavabdeh3 xx.xx.2020-ci il tarixli, **********51 saylı məktubu ilə bildirişmişdir ki, göstərilən torpaq sahəsi hüquq sahibləri tərəfindən Quba rayon notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2002-ci il tarixli, 4-Ə-381 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə digər şəxsə satılmışdır. Daha sonra onlara məlum olmuşdur ki, Cavabdeh1 adına xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin çıxarışda göstərilmiş 1 hektar torpaq sahəsinin 0,60 hektarı barəsində söhbət gedən torpaq sahəsidir və guya onlar bu 0,60 hektarı torpaq sahəsini Quba rayon notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2002ci il tarixli, 4-Ə-381 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə Cavabdeh1 satmışlar. Onlar heç vaxt 0,60 ha torpaq sahəsini heç kimə satmamışlar və Dövlət Aktının verildiyi 2001-ci ildən hal-hazıra qədər torpaq sahəsi onların istifadəsində və sahibliyindədir. Quba rayon notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2002-ci il tarixli, 4-Ə-381 reyestr nömrəli alqı-satqı müqaviləsi saxta xarakter daşıyır və Cavabdeh1 dövlət reyestrindən çıxarışı saxta alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Bu səbəbdən onların Quba rayon notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2002-ci il tarixli, 4-Ə-381 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə mübahisə ilə əlaqədar iddia ərizəsi ilə Quba rayon məhkəməsinə müraciət etmək zərurəti yaranmışdır. Ədliyyə Nazirliyinin Notariat İdarəsi sorğuya xx.xx.2020-ci il tarixli, 05/B-65-13 saylı cavab məktuba əsasən, Quba şəhəri ərazisində yerləşən JN-6** KC ***01004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilmiş 0,60 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair Quba rayon notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2002-ci il tarixli, 4-Ə-381 reyestr nömrəli alqı-satqı müqaviləsi aşkar edilməmişdir. Həmin müqavilədə olan imzalar onlara məxsus deyil. Qeyd olunanları nəzərə alaraq, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi və vəkili X6 iddianı müdafiə edərək, bildirdi ki, xx.xx.2002-ci il tarixli 4-Ə-381 reyestr nömrəli alqı-satqı müqaviləsindəki iddiaçıların adları qarşısındakı imzalar X14 tərəfindən icra edilməmişdir. Kristina tərəfindən imzalanmış olsaydı, X11 verilmiş etibarnamə alqı-satqı müqaviləsinə əlavə edilmiş olardı. Məhkəmə iclasında şahid X7 izahatında bildirdi ki, xx.xx.2002-ci il tarixli 4-Ə-381 reyestr nömrəli müqaviləsi notarius kimi onun tərəfindən icra olunmuş, müqavilədəki imzalar iddiaçılara məxsusdur və mübahisə predmeti olan torpaq sahəsi iddiaçılar tərəfindən cavabdehə satılmışdır. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X3 bildirdi ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyinə xx.xx.2002-ci il tarixli 4-Ə-381 reyestr nömrəli torpaq alqı-satqı müqaviləsindəki imzalar iddiaçılar İddiaçı1, X15 və İddiaçı3 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. xx.xx.2022-ci il tarixdə işə baxılarkən cavabdeh tərəf təqdim etdiyi xx.xx.2001-ci il tarixli etibarnaməyə əsasən İddiaçı1, X15 və X20 10 il müddətinə yəni, xx.xx.2001-ci il tarixə kimi iddia ərizəsində mübahisə edilən Quba şəhərində yerləşən 0.60 hektar torpaq sahəsinə dair onların adına xx.xx.2001-ci il tarixdə verilmiş JN 620 kod 30301004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə olan 0.60 hektar torpaq sahəsinin üzərində sərəncam verməyə, satmağa, pulunu almağa, bütün hərəkətləri etməyə, imza etməyə X11 etibarnamə vermişdir. Belə olan halda, yuxarıda qeyd olunan alqı-satqı müqaviləsindəki iddiaçıların adları qarşısındakı imzalar onların adından etibarnamə üzrə çıxış edən X14 tərəfindən icra edilə bilər. Kristina adında qadının izahatı alınmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Quba regional “ASANxidmət” mərkəzində Notariat Ofisinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəfin nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq toplanmış sübutlara qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 Saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********46 nömrəli məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, xx.xx.2002-ci il tarixli, 4-Ə-381 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsini Cavabdeh1 Qusar rayon notariat kontorunun xx.xx.2021-ci il tarixli, 4Ə-924 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X9 adına özgəninkiləşdirmiş və həmin torpaq sahəsinə dövlət reyestrindən X9 adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış işlənmişdir. - torpağa mülkiyyət hüququna dair JN-620 KOD 30301004 nömrəli dövlət aktından görünür ki, Quba rayon Aqrar İslahatı Komissiyasının xx.xx.2000-ci il tarixli 05 saylı qərarı ilə İddiaçı1, X15 və X5 təsərüfatı məhsullarının istehsalı məqsədi ilə 0,60 ha torpaq sahəsi verilmişdir; - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat İdarəsinin xx.xx.2020ci il tarixli 05/13-65-13 saylı vəkil sorğusuna cavab məktubundan görünür ki, İddiaçı1, X15 və X16 məxsus 0,60 ha torpaq sahəsiin özgəninkiləşdiilməsinə dair (xx.xx.2002-ci il tarixli 4-ə-381 nömrəli) notariat qaydasında təsdiq edilmiş müqavilə aşkar edilməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Cavabdeh1 adına verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli çıxarışdan görünür ki, Quba şəhərində yerləşən 0,60 ha torpaq sahəsi Cavabdeh1 adına rəsmiləşdirilmişdir. - xx.xx.2002-ci il tarixdə reyestrdə 4-ə-381 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı1, X15 və X20 tərəfindən torpağa mülkiyyət hüququna dair JN-620 KOD 30301004 nömrəli dövlət aktına əsasən onlara məxsus 0,60 ha torpaq sahəsini Cavabdeh1 satılmış, müqaviləsinin sonunda İddiaçı1, X15 və X12 imzaları qeyd olunmuşdur; - xx.xx.2001-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı1, X15 və X20 - torpağa mülkiyyət hüququna dair JN-620 KOD 30301004 nömrəli dövlət aktına əsasən Quba şəhərində yerləşən 0,60 ha torpaq sahəsinin üzərində sərəncam verməyə, satmağa və digər hərəkətləri etməyə dair X11 etibarnamə vermişlər; - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/582 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 15 sentyabr 2002-ci il tarixli 4-Ə-381 reyestr nömrəli torpaq alqı-satqı müqaviləsində “İmzalar” qrafasında yuxarı tərəfdən 1-ci sırada yerləşən imza- İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən, ekspertizaya təqdim olunmuş 15 sentyabr 2002-ci il tarixli 4-Ə-381 reyestr nömrəli torpaq alqı-satqı müqaviləsində “İmzalar" qrafasında yuxarı tərəfdən 2-ci sırada yerləşən imza- X10 tərəfindən tərəfindən yox, başqa şəxs tərəfindən, ekspertizaya təqdim olunmuş 15 sentyabr 2002-ci il tarixli 4-Ə-381 reyestr nömrəli torpaq alqı-satqı müqaviləsində “İmzalar” qrafasındakı yuxarı tərəfdən 3-cü sırada yerləşən imza - İddiaçı3ı tərəfindən yox, başqa şəxs tərəfindən, ekspertizaya təqdim edilmiş mülki işin 74-76-cı vərəqələrində İddiaçı1, mülki işin 80-82-ci vərəqələrində X4 və mülki işin 77-79cu vərəqələrində İddiaçı3 eksperimental imza nümunələrində - qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müşahidə olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 2.3-сü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir; 21.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimisahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir; 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir; 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır; 182.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsavə ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur; 182.3-cü maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsavə ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər; 141.2-ci maddəsinə əsasən bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər; 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, torpağa mülkiyyət hüququna dair JN-620 KOD 30301004 nömrəli dövlət aktına əsasən Quba rayon Aqrar İslahatı Komissiyasının xx.xx.2000-ci il tarixli 05 saylı qərarı ilə İddiaçı1, X15 və X5 təsərüfatı məhsullarının istehsalı məqsədi ilə 0,60 ha torpaq sahəsi verilmişdir. Quba rayon Notariat kontorunda təsdiq edilmiş xx.xx.2002-ci il tarixli 4-Ə- 381 reyestr nömrəli alqı-satqı müqaviləsindən göründüyü kimi, həmin torpaq sahəsi İddiaçı1, X15 və X12 adından bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh1 satılmışdır. Daha sonra Quba şəhərində yerləşən 0,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə **********90 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi üzrə cavabdehlə iddiaçılar arasında bağlanmış alqı-satqı müqaviləsi notarial qaydada bağlanaraq təsdiq edilmiş olsa da, iş materiallarında olan Dövlət Notariat İdarəsinin məktubundan göründüyü kimi 2002-ci il tarixdə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən iddiaçıların adına rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Bununla yanaşı iş üzrə mötəbər sübut olan ekspert rəyinin nəticəsindən də göründüyü kimi, Quba rayon Notariat Kontorunda bağlanmış xx.xx.2002-ci il tarixli 4-Ə-381 reyestr nömrəli alqı-satqı müqaviləsində olan imzalar iddiaçılar tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Həmçinin, xx.xx.2001-ci il tarixli etibarnaməyə əsasən İddiaçı1, X15 və X20 10 il müddətinə yəni, xx.xx.2001-ci il tarixə kimi iddia ərizəsində mübahisə edilən Quba şəhərində yerləşən 0.60 hektar torpaq sahəsinə dair onların adına xx.xx.2001-ci il tarixdə verilmiş JN 620 kod 30301004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə olan 0.60 hektar torpaq sahəsinin üzərində sərəncam verməyə, satmağa, pulunu almağa, bütün hərəkətləri etməyə, imza etməyə X11 etibarnamə vermişdir. Belə olan halda, yuxarıda qeyd olunan alqı-satqı müqaviləsindəki iddiaçıların adları qarşısındakı imzalar onların adından etibarnamə üzrə çıxış edən X14 tərəfindən icra edilə bilər kimi fikrinə münasibətdə məhkəmə qeyd edir ki, əgər mübahisəli torpaq sahəsinin alqı-satqısını yuxarıda adı qeyd edilən Kristina adlı şəxs həyata keçirmiş olsaydı, xx.xx.2002-ci il tarixli 4-Ə-381 reyestr nömrəli alqı-satqı müqaviləsinın satıcılar qrafasındakı imzalar eyni şəxs tərəfindən icra olunmalıdır, lakin həmin imzalar üç fərqli şəxs tərəfindən icra edilmişdir və həmin alqı-satqı müqaviləsində Kristina adlı şəxsin iştirakı ilə bağlı heç bir qeyd aparılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.4-cü maddəsinin tələbinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir; 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə işin araşdırılmış halları baxımından hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin bağlanması üçün hər şeydən əvvəl tərəflərin arzusu, istəyi olmalıdır. Əqdlər aşağıdakı əlamətlərlə xarakterizə olunur: 1) əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir; 2) əqd hüquqauyğun hərəkətdir; 3) əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönələn hərəkətdir; 4) əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir. Mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Qanunvericinin tələblərinə əsasən alqı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alqısatqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsi). Göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, cavabdehin qeyd olunan əmlaka qanunsuz əsaslarla sahib çıxması məhkəmə iclasında yetərli sübutlarla öz təsdiqini tapmışdır. Bu da onu göstərir ki, Quba rayon Notariat Kontorunda bağlanmış xx.xx.2002-ci il tarixli 4-Ə-381 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsızdır. Müvafiq olaraq həmin müqavilə əsasında verilmiş çıxarış da qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Quba rayon Notariat Kontorunda bağlanmış xx.xx.2002-ci il tarixli 4-Ə-381 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Quba şəhərində yerləşən 0,60 ha torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli çıxarış ləğv edilməlidir. Bundan başqa, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xərci 138 (bir yüz otuz səkkiz) manat cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci və 227-ci madələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Quba şəhərində yerləşən 0,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması ilə bağlı İddiaçı1, X15 və X20 ilə Cavabdeh1 arasında Quba rayon Notariat Kontorunda bağlanmış xx.xx.2002-ci il tarixli 4-Ə-381 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Quba şəhərində yerləşən 0,60 ha torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli çıxarış ləğv edilsin. Məhkəmə-xətşünaslıq ekspertizasının xərci olan 138 (bir yüz otuz səkkiz) manat Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-97/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-97/2022
24.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver