Məhkəmə qərarları › İş №2(027)-972/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-972/2021

08.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-972/2021 08.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı nümayəndəsi X27 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X13 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X48 Xidmət mətkəzi notariat kontoru, Cavabdeh4 və Cavabdeh5 qarşı vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon İ Nügədi kənd İƏV üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş 30 avqust 2003-cü il tarixli 30 nömrəli Vəsiyyətnaməyə əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən 0,20 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə X8 vərəsəlik hüququnun müəyyən edilməsi və həmin vərəsəlik hüququ üzrə Mehman Nadirovdan qalmış miras əmlaka onun miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Anası, Cavabdeh1 21 sentyabr 1979-cu ildə X15 ilə rəsmi nikaha daxil olmuşlar. Mərhum atası Mehman Nadirovun atası X10, anası X19 olmuşdur. Atasının nikahından xx xxxxxx 1983-cü ildə o, X30, bacısı 16 iyul 1992-ci ildə X31 anadan olmuşdur. Anası Cavabdeh1 Mehman Nadirovla ailə qurarkən X18 Nadirova ilə birgə nikah dövründə tikdikləri evə gəlin köçmüşdür. Bir müddət həmin evdən yaşasalar da sonradan, uşaqları olduğu üçün, yaşamağa yer darısqal olduğu üçün həmin evlə bitişik, qonşuluqda ev tikərək ora köçmüşdür. Miras qoyanların atası Mehman Nadirovdan başqa Vahabova (Nadirova) Fəridə Veysəlqara qızı, X20. Xasiyeva (Nadirova) Sevil Veysəlqara qızı, Əhmədova (Nadirova) Tərlanə Veysəlqara qızı, X21 adlı uşaqları anadan olmuşdur. X42 ailə quraraq evə köçdükləri vaxt həmin evdə onlardan başqa heç kim yaşamırdı. Övladları hamısı ailə quraraq başqa yerlərdə yaşayırdılar. Veysəlqara Nadirov və Meyxanım Nadirovaya onlar baxırdı. 17 noyabr 1995-ci ildə Veysəlqara Nadirov vəfat etmiş, onun vəfatından sonra Meyxanım Nadirova ərindən qalmış evi və torpaq sahəsini idarə edərək, mirası faktiki olaraq qəbul etmişdir. X28 daima onlar baxmış, onun ehtiyaclarını ödəmişlər. X28 mərhum atası Mehman Nadirov baxdığı üçün, ilin çox vaxtı onlarla birlikdə qaldığı üçün miras qoyan Meyxanım Nadirova 30 avqust 2003-cü il tarixdə Quba rayonu 1 Nügədi kənd icra nümayəndəliyində vəsiyyətnamə vermişdir. Vəsiyyətnaməyə əsasən miras qoyan X5 rayonu 1 Nügədi kəndində yerləşən 0,20 hektar torpaq sahəsini və onun üstündə tikilmiş evi oğlu X11 vəsiyyət etmişdir. X1 Meyxanım Mövlud qızı ilə birgə nikahda olduğu zaman 0.20 ha torpaq sahəsi üzərində ev tikdiklərindən həmin ev birgə nikah dövründə tikilmiş ev hesab edilir, evin 1/2 hissəsi Veysəlqara Nadirovun, 1/2 hissəsi isə Meyxanım Nadirovanın mülkiyyəti hesab edilir. Veysəlqara Nadirov 17 noyabr 1995-ci ildə vəfat etdikdən sonra ondan qalmış evdə Meyxanım Nadirova yaşadığı üçün, miras əmlak olan evin 1/2 hissəsini (Veysəlqara Nadirova 1/2 payı) qəbul etmişdir. Aqrar İslahat zamanı həmin evin yerləşdiyi torpaq sahəsinə dair Meyxanım Nadirovanın adına JN-1423 KOD 30319018 nömrəli torpağın Mülkiyyətə Verilməsinə Dair şəhadətnamə verilmişdir. Miras qoyan Meyxanım Nadirova 23 avqust 2004-cü ildə vəfat etmişdir. Onun ölümündən sonra ondan miras qalmış əmlaka dair vergiləri mərhum atası Mehman Nadirov ödəmişdir. Mərhum atası xərçəng xəstəliyindən dünyasını dəyişdiyi üçün miras əmlak üzrə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik işi aça bilməmişdir. Bundan sonra atasından qalmış miras əmlak üzrə vərəsəlik işi açaraq vərəsəlik şəhadətnaməsi almışlar. Hazırda onlar Quba rayon 1 Nügədi kənd İƏV üzrə nümayəndəliyindən təsdiq edilmiş 30 avqust 2003-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün X48 Xidmət mərkəzinin Notariat Ofisinə müraciət etsələr də, onlara X48 Xidmət Mərkəzinin Notariat Ofisindən verilmiş 17 mart 2021-ci il tarixli, 792 və 793 nömrəli məktublarda Quba rayon 1 Nügədi kənd icra nümayəndəliyi tərəfindən 30.08.2003-cü il tarixdə verilmiş 30 reyestr nömrəli vəsiyyətnamənin bir nüsxəsinin Notariat Ofisinə təqdim edilmədiyi üçün və mirasın qəbul edilməsi barədə heç bir sübut təqdim edilmədiyi üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Notariat Ofisinin bu tələbi qanunsuz və əsassızdır, ona görə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən vəsiyyətnamə həm notariat orqanında, həm də yerli icra hakimiyyəti orqanlarında verilə bilər. Miras qoyan Meyxanım Nadirova tərəfindən verilmiş vəsiyyətnamə qanuni və əsaslıdır. Onu təsdiq edən icra nümayəndəsi də həmin vəsiyyətnamənin miras qoyanın şəxsən özü vəsiyyətnaməni imza etdiyini, bu zaman şahidlərin iştirak etdiyini və bunu təsdiq etdiyini bildirə bilər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X36 iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. 18.05.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iş üzrə Cavabdeh5 iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, vəsiyyətnaməni 2003-cü il tarixdə o, tərtib etmişdir. Vəsiyyətnamənin qeydə alınması üçün notariat orqanına verilibverilməməsini bilmir. Vəsiyyətnamədə qeyd olunan şahidlər vəfat edib. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X21 izahatında göstərmişdir ki, o, Quba rayonu İ Nügədi kəndində ata evində anadan olduğu gündən hal-hazıra qədər həmin evdə ailəsilə birlikdə yaşayır. X22 yazdıqları tam mənası ilə yalan və uydurmadır. Bunları 3 illik məhkəmə gedişatı, Sumqayıt Apellyasiya Məhkəməsinin 14 fevral 2020-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin 2(102)- 9/2021 nömrəli 12 mart 2021-ci il tarixli qərarı təsdiq edir. Qaldı vəsiyyətnamə məsələsinə hər şey bəllidir ki, o, zamanda, yəni 2003-cü ildə İ Nügədi icra nümayəndəsi işləyən Cavabdeh5 əlinə düşən fürsətdən istifadə edərək, möhürlənmiş vəsiyyətnamə formalarını öz evində saxlayaraq, 1500-2000 manata Xəlilov Firuz kimi vicdansızlara satmaqla məşğuldur. Həmin vəsiyyətnamə guya reyestrdə № 30 ilə qeydə alınmış və 2003-cü ildə yazılmışdır. Belə ki, vəsiyyətnamə üçün notariusdan və İ Nügədi icra nümayəndəliyindən alınan cavablar onun saxtalığını təsdiq edir. Həmin vəsiyyətnamə 2003-cü ildə yox 2020-ci ildə yazılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi 7 ay davam etdiyi halda axırıncı qərar oxunduğu zaman həmin vəsiyyətnaməni məhkəməyə Firuz Xəlilov təqdim etmişdir. Həmin vəsiyyətnamənin təzə yazıldığını məhkəmə kollegiyasına bildirmiş, onlar isə bu vəsiyyətnamənin hazırda heç bir əhəmiyyət kəsb etmədiyini bildirmişlər. O, isə vəsiyyətnamənin surətini məhkəmədən alaraq həmin vəsiyyətnamənin heç bir yerdə qeydiyyatda olmadığı haqqında arayışlar almış və Ali Məhkəməyə təqdim etmişdir. Ona görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X48 xidmət mərkəzi Notariat kontorunun nümayəndəsi və Cavabdeh4in nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materillarına əlavə edilmiş 30 avqust 2003-cü il tarixli 30 nömrəli vəsiyyətnamənin surətindən görünür ki, həmin vəsiyyətnamə ilə X19 bütün əmlakını o cümlədən, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,20 ha torpaq sahəsini və onun üstündə tikilmiş 4 (dörd) otaqlı evi oğlu X11 vəsiyyət edir. İş materiallarına əlavə edilmiş Quba rayonu İ Nügədi kənd İƏD üzrə nümayəndəliyinin 19 fevral 2020-ci il tarixli, 16 nömrəli məktubunun surətindən görünür ki, 30.08.2003-cü il tarixli, 30 reyestr nömrəli Quba rayonu Birinci Nügədi İƏV tərəfindən təsdiq edilmiş vəsiyyətnamə arxiv sənədləri arasında aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh3 19 fevral 2020-ci il tarixli, 225 nömrəli məktubunun surətindən görünür ki, 30.08.2003-cü il tarixli, 30 reyestr nömrəli Quba rayonu Birinci Nügədi İƏV tərəfindən təsdiq edilmiş vəsiyyətnamə Quba regional “Asan xidmət” mərkəzində notariat ofisinə təhvil verilmədiyindən arxiv sənədləri arasında aşkar edilməmişdir. İş materiallarında olan Quba rayon 1-ci Nügədi bələdiyyəsinin 12 noyabr 2018-ci il tarixli, 134 nömrəli arayışından görünür ki, Cavabdeh1 394 nömərli reyestrə və JN-1423F saylı 0,20 ha həyətyanı torpağın şəhadətnaməsinə əsasən 2013-cü ildən 2018-ci ilə qədər əmlak və torpaq vergilərini ödəmişdir. İş materiallarında olan Quba rayon 1-ci Nügədi bələdiyyəsinin 13 noyabr 2018-ci il tarixli, 138 nömrəli arayışından görünür ki, Cavabdeh1 394 nömərli reyestrə və JN-1423F saylı 0,20 ha həyətyanı torpağın şəhadətnaməsinə əsasən 2004-cü ildən 2013-cü ilə qədər mərhum həyat yoldaşı X15 əmlak və torpaq vergilərini ödəmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Quba rayonu İ Nügədi kəndində yerləşən 0,20 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X12 adına, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi X4 adına qeydə alınmışdır (qeydiyyat tarixi 22.06.2018, qeydiyyat nömrəsi **********). İş materiallarına əlavə edilmiş X48 Xidmət mərkəzində notariat kontorunun 17 mart 2021-ci il tarixli, 792 saylı məktubundan görünür ki, ünvan 1 qeydiyyatda olan İddiaçı, ünvan 1 qeydiyyatda olan Cavabdeh1 və ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh2 ünvan 3aşamış 23.08.2004-cü il tarixdə vəfat etmiş X9 qalmış mirası qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı 17.03.2021-ci il tarixli ərizəsinə baxılmış və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinin İ-ci bəndinin tələbinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş X48 Xidmət mərkəzində notariat kontorunun 17 mart 2021-ci il tarixli, 793 saylı məktubundan görünür ki, ünvan 1 qeydiyyatda olan İddiaçı, ünvan 1 qeydiyyatda olan Cavabdeh1 və ünvan 4 ünvanında qeydiyyatda olan Cavabdeh2 ünvan 3aşamış 17.11.1995-ci il tarixdə vəfat etmiş X2 qalmış mirası qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı 17.03.2021-ci il tarixli ərizəsinə baxılmış və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinin İ-ci bəndinin tələbinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş Quba rayon İ Nügədi İƏD üzrə nümayəndəliyi tərəfindən 14 avqust 2018-ci ildə verilmiş AZ-İ 952995 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 17.11.1995-ci ildə Quba rayonu İ Nügədi kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş Quba rayon İ Nügədi İƏD üzrə nümayəndəliyi tərəfindən 14 avqust 2018-ci ildə verilmiş AZ-İ 952994 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 23.08.2004-cü ildə Quba rayonu İ Nügədi kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş 26 aprel 1956-cı ildə verilmiş İ İE seriyalı, 117874 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X12 birgə nikahlarından 15.04.1956-cı il tarixdə X15 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş 21 sentyabr 1979-cu ildə verilmiş İ-JQ seriyalı 291846 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X41 arasına nikah 21 sentyabr 1979-cu il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqına akt qeydləri kitabında 1979-cu ilin sentyabr ayının 21 günü, 32 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Nadirova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Quba rayon İ Nügədi İƏD üzrə nümayəndəliyi tərəfindən 09 sentyabr 2013-cü ildə verilmiş AZ-İ 621997 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 02.09.2013-cü ildə Quba rayonu İ Nügədi kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş 21 fevral 1983-cü ildə verilmiş İX-JQ seriyalı, 275310 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə Cavabdeh1 birgə nikahlarından xx.xx.1983-cü il tarixdə X30 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş 12 iyul 2017-ci ildə verilmiş AZ-İİİ seriyalı, 951221 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə Cavabdeh1 birgə nikahlarından 16.07.1992-ci il tarixdə X31 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş 10 oktyabr 2010-cu ildə verilmiş AZ-İ seriyalı 586368 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X36 ilə X30 arasına nikah 10 oktyabr 2010-cu il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2010-cu ilin oktyabr ayının 10 günü, 343 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Xəlilova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş 18.06.2018-ci ildə verilmiş AZ-İİ seriyalı 281091 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X37 ilə X31 arasına nikah 25 iyun 2018-ci il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2018-ci ilin iyun ayının 25 günü, 1644 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Cəfərova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Quba Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli, 2(027)-1125/2019 saylı qətnaməsinin surətindən görünür ki, birinci iddia üzrə iddiaçı X13 cavabdehlər Cavabdeh1, Quba rayonu İ Nügədi icra nümayəndəsini əvəz edən X23, X48 xidmət mərkəzində notariat kontoruna qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, Quba rayon notariusu Z.N.Dəmirov tərəfindən verilmiş reyestrdə 2V/02-1950 nömrə ilə qeydə alınmış 28.08.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən ½ hissədə etibarsız hesab edilməsi, ikinci iddia üzrə iddiaçılar Cavabdeh1, İddiaçı, Cavabdeh2 cavabdeh X16 və maraqlı şəxslər X14, X20, X17 və X6 qarşı iddiasının tam təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən miras qoyan X9 miras qalmış 0,20 ha torpaq sahəsinin ½ hissəsi olan miras, RX seriyalı ******* nömrəli çıxarışa əsasən həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 154 kv.m olan X2 miras qalmış fərdi yaşayış evinin ½ hissəsi olan miras vərəsə X15 tərəfindən qəbul edildiyindən həmin əmlaklara münasibətdə onun ½ hissədə vərəsəlik üzrə miras payının müəyyən edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən 0,20 ha torpaq sahəsinin ½ hissəsi olan mirasa və RX seriyalı ******* nömrəli çıxarışa əsasən həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 154 kv.m olan fərdi yaşayış evinin ½ hissəsi olan mirasa vərəsə X8 payı müəyyən edildiyindən həmin əmlakın 3/6 hissəsinə hər birinin payı 1/6 olmaqla X8 vərəsələri Cavabdeh1, İddiaçı və Cavabdeh2 vərəsəlik üzrə miras paylarının müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin 14 fevral 2020-ci il tarixli, 2(105)-233/2020 saylı qətnaməsinin surətindən görünür ki, Quba Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli, 2(027)-1125/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, Quba rayon notariusu Z.N.Dəmirov tərəfindən X11 verilmiş, reyestrdə 2V/02-1950 nömrə ilə qeydə alınmış 28.05.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, Cavabdeh1, İddiaçı və Cavabdeh2 cavabdeh X16 qarşı iddiası təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(102)-9/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1, İddiaçı, Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-233/2020 nömrəli iş üzrə 14 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 17.11.1995-ci ildə vəfat etmiş X10 və 23.08.2004-cü il tarixdə vəfat etmiş X9 Quba rayonu İ Nügədi kəndində 0,20 ha torpaq sahəsi və həmin torpaq sahəsində ümumi sahəsi 154 kv.m olan fərdi yaşayış evi miras qalmışdır. X3 rayon İ Nügədi İƏV üzrə nümayəndəliyindən yalnız özünün vərəsə olması barədə arayış alaraq, Notariat Kontoruna özünü tək vərəsə kimi təqdim edərək miras qoyan Meyxanım Nadirovadan miras qalmış İ Nügədi 3409/034 nömrəli filialda 215 saylı hesab üzrə qoyulmuş əmanət pulunun alınması ilə bağlı 28.08.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və miras qoyan Meyxanım Nadirovadan qalmış miras əmlak pulunu almışdır. Mehman Nadirov 02.09.2013-cü ildə Quba rayonu İ Nügədi kəndində ölmüşdür. Onun ölümündən sonra vərəsələri arvadı Cavabdeh1, qızları X31 və İddiaçı ondan miras qalan JN-1422F, KOD 30319018 saylı Şəhadətnaməyə, 13.07.1989-cu il tarixli, 393 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Quba rayonu İ Nügədi kəndində 0,10 ha torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini qəbul etmişlər. Sonradan, Quba Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli, 2(027)-1125/2019 saylı qətnaməsi ilə Quba rayon notariusu Z.N.Dəmirov tərəfindən verilmiş reyestrdə 2V/02-1950 nömrə ilə qeydə alınmış 28.08.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən ½ hissədə etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən miras qoyan X9 miras qalmış 0,20 ha torpaq sahəsinin ½ hissəsi olan miras, RX seriyalı ******* nömrəli çıxarışa əsasən həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 154 kv.m olan X2 miras qalmış fərdi yaşayış evinin ½ hissəsi olan miras vərəsə X15 tərəfindən qəbul edildiyindən həmin əmlaklara münasibətdə onun ½ hissədə vərəsəlik üzrə miras payının müəyyən edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən 0,20 ha torpaq sahəsinin ½ hissəsi olan mirasa və RX seriyalı ******* nömrəli çıxarışa əsasən həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 154 kv.m olan fərdi yaşayış evinin ½ hissəsi olan mirasa vərəsə X8 payı müəyyən edildiyindən həmin əmlakın 3/6 hissəsinə hər birinin payı 1/6 olmaqla X8 vərəsələri Cavabdeh1, İddiaçı və Cavabdeh2 vərəsəlik üzrə miras paylarının müəyyən edilməsi qət edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 14 fevral 2020-ci il tarixli, 2(105)-233/2020 saylı qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli, 2(027)-1125/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, Quba rayon notariusu Z.N.Dəmirov tərəfindən X11 verilmiş, reyestrdə 2V/02-1950 nömrə ilə qeydə alınmış 28.05.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, Cavabdeh1, İddiaçı və Cavabdeh2 cavabdeh X16 qarşı iddiası təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 fevral 2021ci il tarixli, 2(102)-9/2021 saylı qətnaməsi ilə Cavabdeh1, İddiaçı, Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-233/2020 nömrəli iş üzrə 14 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X48 Xidmət mətkəzi notariat kontoru, Cavabdeh4 və Cavabdeh5 qarşı vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon 1 Nügədi kənd İƏV üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş 30 avqust 2003-cü il tarixli 30 nömrəli Vəsiyyətnaməyə əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən 0,20 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə X8 vərəsəlik hüququnun müəyyən edilməsi və həmin vərəsəlik hüququ üzrə Mehman Nadirovdan qalmış miras əmlaka onun miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Quba rayonu İ Nügədi kənd İƏD üzrə nümayəndəliyinin 19 fevral 2020-ci il tarixli, 16 nömrəli məktubunun surətindən görünür ki, 30.08.2003-cü il tarixli, 30 reyestr nömrəli Quba rayonu Birinci Nügədi İƏV tərəfindən təsdiq edilmiş vəsiyyətnamə arxiv sənədləri arasında aşkar edilməmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş Cavabdeh3 19 fevral 2020-ci il tarixli, 225 nömrəli məktubun surətindən görünür ki, 30.08.2003-cü il tarixli, 30 reyestr nömrəli Quba rayonu Birinci Nügədi İƏV tərəfindən təsdiq edilmiş vəsiyyətnamə Quba regional “Asan xidmət” mərkəzində notariat ofisinə təhvil verilmədiyindən arxiv sənədləri arasında aşkar edilməmişdir. Sözügedən vəsiyyətnamənin Quba rayonu Birinci Nügədi İƏV-nin arxiv sənədləri və Quba regional “Asan xidmət” mərkəzində notariat ofisinin arxiv sənədləri arasında aşkar olunmaması faktı və bu faktı təkzib edən sübut İddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, belə nəticəyə gəlməyə əsas yaranır ki, həqiqətən də 30.08.2003-cü il tarixli, 30 reyestr nömrəli Quba rayonu Birinci Nügədi İƏV tərəfindən təsdiq edilmiş vəsiyyətnamə qeyri-qanuni olmuş və reyestrdə qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.3-cü maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1225.1-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nipn 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara təqdim edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (bundan sonra Avropa Məhkəməsi) Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Əfsər Türkiyəyə qarşı işdə Avropa Məhkəməsi bildirmişdir ki, əsaslı şübhə yeri qoymayan sübutlar kifayət qədər güclü, aydın və uzlaşan nəticələrin və ya faktlara dair eyni cür təkzibedilməz ehtimalların mövcudluğundan irəli gələ bilər. Göstərilən qanun normalarının tələbinə görə iddiaçı 30.08.2003-cü il tarixli, 30 reyestr nömrəli Quba rayonu Birinci Nügədi İƏV tərəfindən təsdiq edilmiş vəsiyyətnamənin mötəbərliliyini sübut etməlidir. Lakin İddiaçı 30.08.2003-cü il tarixli, 30 reyestr nömrəli Quba rayonu Birinci Nügədi İƏV tərəfindən təsdiq edilmiş vəsiyyətnamənin mötəbərliliyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı, qanunla sübutetmə yükünün onun üzərinə düşməsinə baxmayaraq, öz iddia tələbinin hüquqi əsasını heç bir mötəbər sübutla sübut etməmişdir. Yuxarıda göstərilənlər iddianın əsassız olmasını göstərir və onun rədd olunması nəticəsinə gəlməyə tam əsas yaradır. Məhkəmə, iddiaçının nümayəndəsinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X13 izahatlarını dinləyib, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslanldırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X48 Xidmət mətkəzi notariat kontoru, Cavabdeh4 və Cavabdeh5 qarşı vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar