Məhkəmə qərarları › İş №2(027)-990/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-990/2023

10.08.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-990/2023 10.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X2, Ərizəçi oğlunun iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyası cəlb olunmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Quba rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyası cəlb olunmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Özbəkistan Respublikası, Səmərqənd vilayətində anadan olmuş qardaşı 06 mart 1964-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası Şuşi Süleymanova və X11 birgə nikahlarını qeyd edərək ailə qurmuşlar. Birgə nikahlarından xx xxxx 1961-ci il təvəllüdlü Ərizəçi və qardaş 06 mart 1964-cü il təvəllüdlü X1 Respublikası, Səmərqənd vilayətində dünyaya gəliblər. Sonradan Özbəkistanda baş verən hadisələrə görə Azərbaycan Respublikasına gələrək burada məskunlaşıblar. X13 xx.xx.1982-ci il tarixdən ümumi xəstəlik (ollqofreniya imbesillik dərəcəsində) xəstəliyinə görə müddətsiz ikinci qurup əlildir, əmək qabiliyyəti yoxdur. X11 05 oktyabr 2014-cü ildə, anası Şuşi Süleymanova isə 06 may 2018-ci ildə vəfat etmişlər. X5 birlikdə tək qalır. Qardaşının əmək qabiliyyəti olmadığından qardaşına o baxır. X12 əqli inkişafdan geri qalmışdır. Onun daimi olaraq kənar şəxsin qulluğuna ehtiyacı vardır. Mütəmadi olaraq müalicə və müayinə olunur. Onu da qeyd edir ki, qardaşı X7 30 yanvar 1992-ci ildə Səadət Süleymanova adlı qadınla rəsmi nikaha daxil olaraq ailə qurmuş, lakin arvadı Səadət xanım vəfat etmişdir. Rəhmət kənar adam olmadan yaşaması mümkün deyildir. O, öz fikrini ifadə edə bilmir. İllər keçdikcə qardaşının problemləri artır, onu idarə edə bilmək daha da çətinləşir. Sənədləşmə zamanı qardaşı özünü ifadə edə bilmədiyi üçün imza edə bilmir. Odur ki, qardaşı 06 mart 1964-cü il təvəllüdlü X4 öz hərəkətlərinin mənasını başa düşməməsinə görə onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməli olub. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat vermiş və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Quba RİH-nin Qəyyumluq və Himayəçilik Komissiyası nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin ixshstını dinləyərək iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İİİ-ТЮ 649221 seriya və nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən göründüyü kimi, X7 06 mart 1964-cü ildə anadan olmuş, atası Süleymanov Şapandar, anası Süleymanova Şuşi qeyd edilib. İş materiallarında olan AZE 04035946 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, X3 rayonu, Gədikqışlaq kəndində qeydiyyatdadır. İş materiallarında olan Müayinə olunan şəxs haqqında məlumatlardan göründüyü kimi, X7 xx.xx.1982-ci il tarixdən müddətsiz ümumi xəstəliyə görə 2-ci qrup əlil və əmək qanbiliyyətsizdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertza Mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 1637 saylı ekspert rəyindən göründüyü kimi, X7 öz psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu dərk etmək və onları şüurlu sürətdə idarə etmək iqtidarına malik deyil. Buna görə də X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. İmbesillikdərəcəsində oliqofreniya, davranış pozuntuları ilə diaqnozlu xəstəlik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında ştirakına yol vermir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığından ərizə təmin edilməli, 06 mart 1964-cü il tarixdə Özbəkistan Respublikası, Səmərqənd vilayətində anadan olmuş Quba rayonu, Gədikqışlaq kəndində qeydiyyatda olan X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 06 mart 1964-cü il tarixdə Özbəkistan Respublikası, Səmərqənd vilayətində anadan olmuş Quba rayonu, Gədikqışlaq kəndində qeydiyyatda olan X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X7 üzərində qəyyumluq təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına məlumat verilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar