Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-994/2025 29.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, Ərizəçi nümayəndəsi qismində vəkili X14 iştirakı ilə, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi cəlb olunmaqla, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair Abşeron rayon MBTİ tərəfindən Quba rayon İcraiyyə Komitəsinin 31 avqust 1987-ci il tarixli, 54 nömrəli qərarı ilə verilmiş 240 reyestr nömrəli, 491 inventar nömrəli qeydiyyat vəsiqəsinin X8 ilə yanaşı, o, Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi 26 avqust 1948-ci ildə Quba şəhərində anadan olmuşdur. X24 (Dürnisə) Mirzə qızı və atası Sərdarov Xucabəg (Xocabək, Xuca) Sərdar oğludur. Anası ilə atası faktiki olaraq nikaha daxil olsalar da, nikahlarını xx.xx.1948-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından o, doğulmuşdur. Anası ilə atasının nikahı 08 iyul 1953-cü ildə pozulmuşdur. Bundan sonra atası 15 iyul 1953-cü ildə X8 ilə ailə qurmuş və həmin nikahdan uşaqları doğulmamışdır. Hazırda yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi atası X5 məxsus olmuşdur. X3 12 iyun 1982-ci ildə və analığı X8 isə 10 yanvar 1996-cı ildə vəfat etmişdir. Onun vəfatından ondan vərəsəlik işi açılmış və fərdi yaşayış evi analığı X8 və ona verilmişdir. Lakin evin altında yerləşən torpaq sahəsi isə hələ də X3nun adınadır. Həmçinin analığı onlarla birlikdə yaşadığı üçün o həmin miras əmlakı oğlu X12 vəsiyyət etmişdir. Özü artıq yaşlı olduğu üçün miras əmlakı rəsmiləşdirmək üçün Quba regional Asan xidmət mərkəzində Notariat Ofisinə müraciət etmiş və vərəsəlik işi açılmışdır. Həmin vərəsəlik işi üzrə müvafiq miras qoyanların vərəsələri sırasına daxil olmağı barədə məktubla birlikdə miras əmlaka hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin atasından miras qalan fərdi yaşayış evinə dair verilmiş 31 avqust 1987-ci il tarixli qeydiyyat vəsiqəsində onun adı Hakim əvəzinə səhvən “Alim” kimi yazıldığından, 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 16 noyabr 2024-cü il tarixli məktubda çıxarış verilməsindən imtina edilmişdir. Hal-hazırda ad səhvi ilə bağlı problemi başqa qaydada aradan qaldıra bilmədiyi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilən faktın təsdiqi ona vərəsəliklə bağlı məsələnin həlli üçün vacibdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi qasmində vəkili X21 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdilər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, iş maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdıraraq və sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarındn görünür ki, Ərizəçi məxsus olan AZE 05032775 seriyalı şəxsiyyət vəsiqəsinin surətində, şəxsiyyəti təsdiq edən rekvizitlər, şəxsin soyadı “Sərdarov, adı “Hakim”, ata adı “Qocabəy” oğlu kimi yazılmış və doğum tarixi XX.XX.1948-ci ildə Quba şəhəri qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Quba rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, Ərizəçi xx.xx.1948-ci ildə anadan olmuşdur. Onun atası – X10, anası isə - X13r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 12 iyun 1982-ci ildə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 10 yanvar 1996-cı ildə vəfat etmişdir. İş materiallarında olan Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi Qocabək oğlu xx.xx.1982-ci il tarixdə vəfat etmiş X6 qanun üzrə vərəsələri sırasına daxildir. İş materiallarında olan Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli V-726 reyestr nömrəli vərəsəlik işinə əsasən X16 xx.xx.1996-cı il tarixdə vəfat etmiş X7 vəsiyyət üzrə vərəsələri sırasına daxildir. İş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sərdarova Düri (Dürnisə) Mirzə qızı xx.xx.1948-ci ildə Sərdarov Xocabək (Xuca) Sərdar oğlu ilə nikaha daxil olmuş və xx.xx.1953-cü ildə nikah pozulmuşdur.Bu nikahdan 1948-ci il təvəllüdlü Ərizəçi Xucabək oğlu doğulmuşdur. İş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X8 xx.xx.1953- cü ildə Sərdarov Xocabək (Xicabek) Sərdar oğlu ilə nikaha daxil olmuş və bu nikahdan uşaqları barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan Abşeron rayon MBTİ tərəfindən Quba rayon İcraiyyə Komitəsinin 31 avqust 1987-ci il tarixli, 54 nömrəli qərarı ilə verilmiş 240 reyestr nömrəli, 491 inventar nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi X8 və Sərdarov “Alim” Qocabəy oğluna məxsusdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan məlum olur ki, Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz, fərdi yaşayış evinə dair ərizənizə əlavə olunmuş sənədlərdə hüquq sahibinin adında uyğunsuzluq mövcuddur. Belə ki, şəxsiyyəti təsdiq edən sənəddi hüquq sahibinin adı Ərizəçi olduğu halda fərdi yaşayış evinə dair ərizənizə əlavə olunmuş qeydiyyat vəsiqəsində X4 qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayon MBTİ tərəfindən Quba rayon İcraiyyə Komitəsinin 31 avqust 1987-ci il tarixli, 54 nömrəli qərarı ilə verilmiş 240 reyestr nömrəli, 491 inventar nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi X8 və Sərdarov “Alim” Qocabəy oğluna məxsusdur. Qeyd edilən fərdi yaşayış evinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət müraciət edilərkən Dövlət arxivinin Quba rayon filialının arxiv arayışında qeyd edilən Aqrar İslahat Komissiyasının qərarında hüquq sahibinin adında uyğunsuzluq olduğu üçün müvafiq çıxarış verilməsindən imtina edilmişdir. Belə ki, hüquqmüəyyənedici sənədlərdə “Ərizəçi” adı səhvən “Alim” kimi qeyd edilmişdir. Göründüyü kimi, Ərizəçi şəxsin sənəddə göstərilən adı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı ilə düz gəlmir və hüquqmüəyyənedici sənəddə hüquq sahibinin adı ilə onun şəxsiyyətini təsdiq edən sənəddə və digər sənədlərdəki adı arasında fərq aşkardır. Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd edilən Məcələnin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmim Qərarın 6.3-ü bəndində qeyd edilmişdir ki, Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Beləlilə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair Abşeron rayon MBTİ tərəfindən Quba rayon İcraiyyə Komitəsinin 31 avqust 1987-ci il tarixli, 54 nömrəli qərarı ilə verilmiş 240 reyestr nömrəli, 491 inventar nömrəli qeydiyyat vəsiqəsinin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin olunsun. Abşeron rayon MBTİ tərəfindən Quba rayon İcraiyyə Komitəsinin 31 avqust 1987-ci il tarixli, 54 nömrəli qərarı ilə verilmiş 240 reyestr nömrəli, 491 inventar nömrəli qeydiyyat vəsiqəsinin X8 ilə yanaşı, Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-994/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-994/2025
29.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver