Məhkəmə qərarları › İş №2(028)-116/2023

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-116/2023

18.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-116/2023 18.05.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X5 Ruvinovun nunsədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, İddiaçı nümayəndəsi X4, Cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə müraciət edərək, «Azəriqaz» İB tərəfindən xx.xx.2022-ci il tarixli ******* nömrəli Akt əsasında ona məxsus **********02640 saylı abonent koduna hesablanmış dəymiş zərərə görə 1036,80 manat borcun silinməsi, mediasiya üçün ödənilmiş 51 manat rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək göstərdi ki, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında iddiaçıya məxsus **********02640 saylı abonent koduna 1036,80 manat borc hesablanmışdır. Həmin borcun silinməsi ilə bağlı mediasiya şürasına müraciət etsə də, cavabdeh ilkin mediasiya prosesində iştirak etmədiyinə görə mediasiya prosesi baş tutmamışdır. Hazırda cavabdeh tərəfindən akt əsasında iddiaçıa hesablanmış borc ilə razı olmadığına görə həmin borcun silinməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətindədir. Sayğac yaşadığı mənzilin daxilində deyil, binanın blokunda yerləşir. Həmçinin sayğac çıxarılan zaman X6 əməkdaşları tərəfindən ona müdaxilə olunması aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan Azəriqaz İB-nin aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da dəymiş ziyan hesablanmışdır. İddiaçının sayğacın salamatlığına nəzarət etməsi mümkün deyil. Cavabdeh tərəfindən 8640m3 sərfiyyat hesablansa da, bunun heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İddiaçının evində quraşdırılmış sayğacın yararsız vəziyyətə düşməsində təqsiri olmadığına görə hesab edirik ki, cavabdeh tərəfindən iddiaçıya borc hesablanması qanunsuzdur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi iddianı qəbul etmədi və iddia ərizəsinə etiraz təqdim edərək göstərdi ki, ünvan 1 ünvanında İddiaçı məxsus mənzilə müxtəlif vaxtlarda X6 əməkdaşları tərəfindən baxış keçirilmiş və xx.xx.2022-ci il tarixdə ******* saylı akt tərtib edilmişdir. Həmin aktından görünür ki, 2022-ci ildə Metrologiya Departamentinin rəyinə əsasən G-4 markalı 1002AQ**********3 saylı sayğaca baxış keçirildi. Sayğacın klapanı işlək deyil.Yivli birləşmələr korroziyaya uğrayıb.Sayğacın yaddaş arxivi oxundu. xx.xx.2011-ci il tarixində ALARM-1 rejimi aşkar olundu.Xətalar təyin edilə bilmədi.Sayğacın giriş yivli birləşməsi ətrafında sızma mövcuddur.Sayğac kipliyə yararsızdır.Kamera vasitəsiilə sayğacın daxilinə baxış keçirildi, kənar təsir izləri aşkar edilmədi.Sayğac istismara yararsızdır. Abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən qaz sayğacının nominal qaz sərfi 4m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 4x24x90=8640m3 x0,12 qəpik=1036,80 (bir min otuz altı manat 80 qəpik) dəymiş zərər hesablanmışdır. İddiaçı tərəfindən dəymiş zərərin bərpasına dair 1036,80 manat borc məbləğindən 225,50 manat ödəniş etmiş, hal-hazırda abonent saldosunda qalıq borcu 811,30 manat təşkil edir.Göstərinlərini nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, 2022-ci il tarixə İddiaçı qalıq və aktlar üzrə 1036,80 manat borcu var. İş materiallarında olan «Azəriqaz» İB-yi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 1002AQ**********3 sayğaca baxış keçirildi. Sayğacın klapanı işlək deyil.Yivli birləşmələr korroziyaya uğrayıb. Sayğacın yaddaş arxivi oxundu.xx.xx.2011-ci il tarixində ALARM-1 rejimi aşkar olundu. Xətalar təyin edilə bilmədi.Sayğacın giriş yivli birləşməsi ətrafında sızma mövcuddur. Sayğac kipliyə yararsızdır.kamera vasitəsiilə sayğaçın daxilinə baxış keçirildi, kənar təsir izləri aşkar edilmədi.Sayğac istismara yararsızdır. İş materiallarında olan «Azəriqaz» İB-yi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktından görünür ki, 2022-ci ildə Metrologiya Departamentinin rəyə əsasən G-4 markalı 1002AQ**********3 saylı sayğaca baxış keçirildi. Klapanı işlək deyil.Yivli birləşmələr korroziyaya uğrayıb. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı keçirilən ilkin mediasiya sessiyasında iştirak etdi. «Azəriqaz» İB-nin nümayəndəsi keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdi. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üşün 50 manat məbləğində mediasiyaya dair xərci ödədi. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğaçları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydalarının 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaçlarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydalarının 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin qaydalarının 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli qətnaməsində göstərmişdir ki, fiziki şəxs qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə ümumiyyətlə məsuliyyət daşımır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca cavabdeh tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, sayğac yaşadığı evdən kənarda yerləşdiyindən, itirilmiş qazın bərpası məqsədi ilə iddiaçı tərəfindən cavabdehin abuna koduna borcun hesablanması əsassız olmuşdur. Məhkəmədə qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutları cavabdeh təqdim etməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında İddiaçı məxsus **********02640 saylı abonent koduna hesablanmış dəymiş zərərə görə 1036,80 manat borc silinsin, mediasiya üçün ödənilmiş 51 manat rüsumu “Azəriqaz” X2 Gülnarə Ənvər qızının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar