Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-131/2023 03.02.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Ruvinov İddiaçı cavabdeh X1rşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair ərizəsini nəzərdən keçirib, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli ******* nömrəli Akt əsasında ona məxsus **********02640) saylı abonent koduna hesablanmış dəymiş zərərə görə 1036,80 manat borcun silinməsi, mediasiya üçün ödənilmiş 51 manat rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş materialları nəzərdən keçirərək belə nəticəyə gəlir ki, İddiaçı ərizəsinin qəbul edilməsindən imtina edilməli və sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 153-cü və 263-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh X1rşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-131/2023
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-131/2023
03.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver