Məhkəmə qərarları › İş №2(028)-133/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-133/2025

14.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-133/2025 14.05.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Mübariz oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına əsassız hesablanmış 1978,51 manat borcun silinməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə dəqiqləşmə ərizəsi verərək, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi yaşayış evi 411 ünvanına hesablanmış 1978,52 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirdi ki, iddiaçı anasıdır. Anası Qubadlı rayonu, Tarovlu kəndində anadan olmuşdur. Məcburi köçkün kimi Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi yaşayış evi 411-də müvəqqəti məskunlaşmışdır. O, Elektrik enerjisindən isifadə etdiyinə görə müəyyənləşdirilmiş ödənişləri həmişə vaxtlı-vaxtında ödəmişdir. Aylıq borcu ödədikdə anasına 1978,51 manat borcu olduğu bildirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanına əsasən borclar silinmişdir. Ona borcun silinməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bunları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən zaman cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirmişdir ki, borc məbləği xx.xx.2016-cı ildə dondurulmuş borc məbləğidir. Evin alqı-satqısı zamanı və ya sayğaclar dəyişən zamanı vətəndaş ASAN xidmətə müraciət etdikdə həmin borcun mövcudluğu bildirilir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsini dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası «Elektroenergetika haqqında» qanununun 11ci maddəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. İş materiallarında olan abunə haqqından görünür ki, abunəçi İddiaçı elektrik enerjisinə görə xx.xx.2016-cı il tarixə 1978,51 manat qaçqın borcu mövcud olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanının 1- 1-ci bəndinə əsasən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun. xx.xx.2016-cı ilə qədər məcburi köçkünlərin borcunun silinməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən limitdən artıq istifadə olunan elektrik enerjisinin dəyəri silinməlidir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi yaşayış evi 411 ünvanına əsassız hesablanmış 1978,51 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar