Məhkəmə qərarları › İş №2(028)-15/2024

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-15/2024

10.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-15/2024 10.01.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı elektrik enerjisi sərfiyyatına görə əsassız hesablanmış pul vəsaitinin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən onun yaşadığı Bağ evinə dair elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış 785 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı təyin edilmiş məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbini bildirməmişdir. Məhkəmədə "xxxx" ASC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirdi ki, iddia tələbi əsasızdır. İddiaçının hazırki tələbi ilə bağlı mülki işə baxılmış və qətnamə qəbul edilmişdir.Bu səbəbdən o, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə belə qənaətə gəlir ki, hazırki iş üzrə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(028)-203/2023 saylı və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-1425/2023 saylı qanuni qüvvəyə minmiş qətnamələri mövcud olduğundan iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262, 268 və 269-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı elektrik enerjisi sərfiyyatına görə əsassız hesablanmış pul vəsaitinin silinməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar