Məhkəmə qərarları › İş №2(028)-16/2023

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-16/2023

10.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-16/2023 10.01.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Ruvinov Vladimir Yefimoviçin sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı şəxsin eyni şəxs olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə acıq məhkəmə içlasında baxaraqё M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə müraciət edərək, xx.xx.1978-ci il təvəllüdlü X5, xx.xx.1980-cı il təvəllüdlü X11 və xx.xx.1986-cı il təvəllüdlü X7 doğum haqqında V- ЖГ №341923 saylı, Xİİ-ЖГ №252449 saylı və XVİİİ- ЖГ №369602 saylı şəhadətnamələrinin ana qrafasında qeyd edilən “X2” əslində “X8” olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X3 məxsus A3 №216591 seriyalı, xx.xx.1974-cü il tarixli nikah şəhadətnaməsinin AZİİ № 272652 saylı,xx.xx.2022-ci il tarixli ölüm şəhadətnaməsində qeyd edilən X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək göstərdi ki, o, xx.xx.1938-ci il tarixdə Qubadlı rayonu Xanlıq kəndində doğulmuşdur.xx.xx.1974-cü il tarixdə mərhum arvadı X8 ilə rəsmi nikaha daxil olmuşdur və bu nikahdan Leyli, Leyla və Cavid adlı üç övladı doğulmuşdur.Mərhum arvadı xx.xx.2022-ci il tarixdə mədəaltı vəzi cisminin xəstəliyindən vəfat etmişdir.Bundan sonra o, adına qeydiyyata alınmış ünvan 1 ünvanda yerləşən yaşayış sahəsini övladlarına bağışlamaq istədikdə, övladlarının doğum haqqında şəhadətnamələrinin ana qrafasında “X8” əvəzinə yanlışlıqla “X9”kimi qeyd edildiyindən qeyd olunan notariat hərəkəti mümkün olmamışdır. X1 məxsus A3 №216591 seriyalı, xx.xx.1974-cü il tarixli nikah şəhadətnaməsinin AZ İİ № 272652 saylı,xx.xx.2022-ci il tarixli ölüm şəhadətnaməsində qeyd edilən X4 məxsus olması faktının məhkəmə tərəfindən tanınmasına zərurəti yaranmışdır . Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının məhkəmə qaydasında müəyyən oluna bilər. Buna görə ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı tərəf olan Maraqlı şəxs qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına onun səlahiyyətli nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan XİX- ЖГ №317961 saylı doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X8 xx.xx.1944-cü ildə Qubadlı rayonu Xanlıq kəndidə anadan olmuşdur. İş materiallarında olan AZE02921034 saylı şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, X8 xx.xx.1944-cü ildə Qubadlı rayonu, Xanlıq kəndidə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli AZİİ №272652 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AЗ№216591 saylı evlənmək haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Teymurov X6 Səidə Məhərəm qızı ilə xx.xx.1974-cü il tarixdə Xanlıq kənd Sovetliyində nikah bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 6 № ilə qeyd edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 05/Q-108/62 saylı məktubda göstərilir ki, xx.xx.2022-ci il tarixli şöbəyə daxil olmuş Qubadlı rayon Xanlıq kənd icra Nümayəndəliyi tərəfindən tərtib olunmuş 6 saylı xx.xx.1974-cü il tarixli nikah haqqında akt qeydində qadın bəndində “Səidə”dən “Gülüm”ə dəyişdirilməsinə dair müraciətə baxılmışdır.Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyatı şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır.Nikah haqqında akt qeydlərində dəyişiklik edilməsi üçün kifayət qədər əsas olmadığına görə məhkəməyə müraciət etmək tövsiyə olunur. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Məhkəmə hesab edir ki, iş materiallarında olan evlənmək haqqında şəhadətnamənin surətində arvad qrafasında qeyd edilən “X9” adı əslində “X8”na məxsusdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı, soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyən edici sənədlərin həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydəalınma üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X3 məxsus AЗ №216591 seriyalı, xx.xx.1974-cü il tarixli nikah şəhadətnaməsinin AZ-İİ №272652 saylı, xx.xx.2022-ci il tarixli ölüm şəhadətnaməsində qeyd edilən X4 məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar