Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-178/2023 12.04.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X4 Ruvinovun nunsədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, İddiaçı, Cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə müraciət edərək, ona məxsus məxsus ünvan 1 ünvanına «Azəriqaz» İB tərəfindən əsassız olaraq hesablanmış 1036,8 manat məbləğində cərimə borcunun və 64,67 manat məbləğində sayğacın dəyərinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində daimi olaraq ailəsi ilə yaşayır.Yaşadığı ünvanda qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxt-vaxtında ödəmiş və tərəfindən qaz sayğacına heç bir müdaxilə olmamışdır. xx.xx.2022-ci il tarixdə «Azəriqaz» İB əməkdaşları tərəfindən faktiki istifadəsində olan mənzilin qaz sayğacına baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, guya sayğaca müdaxilə olunmuşdur.Ona görə də xx.xx.2022-ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib olunmuşdur.Bundan sonra cavabdeh «Azəriqaz» İB-dən ona məktub göndərilmiş və qeyd olunmuşdur ki, onun ünvanında olan G-4 markalı **********1 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvanından çıxarılmış sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi alt hissədən sınıqdır, rəqəmli dişli çarxlar kənar təsir nəticəsində öz oxu ətrafından çıxdığından sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri 64,67 manat ABB Sumqayıt filialının AZ51BAZ******************** nömrəli hesabına ödənilməlidir.Ödəniş qəbzinin surəti Sumqayıt QİS-nə təqdim edilməlidir.Əks təqdirdə Sumqayıt QİS-si tərəfindən X3 müraciət olunacaqdır. Həmçinin sonradan ona məlum olmuşdur ki, sayğacın dəyərindən əlavə 1036,8 manat məbləğində cərimə də hesablanmışdır.Təşkilata etirazını bildirmişdir.Hesab edir ki, hüquqları kobud pozulub.Təşkilatın tələbi əsassızdır.Qaz sayğacı yaşadığı evin hasarının çöl hissəsində quraşdırılmışdır.Belə olan halda sayğaca olunan hər hansı müdaxiləyə və sayğacın qorunub saxlanmasına görə məsuliyyət daşımır.Akt tərtib olunarkən iştirakı təmin olunmayıb. “Qazdan istifadə Qaydaları”nm təsdiqedilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi iddianı qəbul etmədi və iddia ərizəsinə etiraz təqdim edərək göstərdi ki, ünvan 1 ünvanında İddiaçı məxsus fərdi yaşayış evində X5 əməkdaşları tərəfindən sayğaça baxış keçirilmiş və xx.xx.2022-ci il tarixdə ******* saylı akt tərtib edilmişdir. Həmin aktdan görünür ki, sayğaca baxış keçirildi. Sayğaçdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğacdan hesablama mexanizminin qoruyucu şüşəsi alt hissəsindən sınıqdır.Rəqəmli dişli çarxlar kənar təsir nəticəsində öz oxu ətrafından çıxıb.Sayğac istismara yararsızdır. Abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən qaz sayğacının nominal qaz sərfi 4m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 4x24x90=8640m3 x0,12 qəpik=1036,80 (bir min otuz altı manat 80 qəpik) dəymiş zərər hesablanmışdır. İddiaçı tərəfindən dəymiş zərərin bərpasına dair 1036,80 manat borc məbləğindən ödəniş etməmişdir. Göstərinlərini nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan «Azəriqaz» İB-yi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğacının kalibrlənmə laboratoriyasının qaz sayğacının yoxlanması barədə xx.xx.2022-ci il tarixli 29/1710-04984-1 nömrəli aktına **********1.20512770 №-li plomb kəsilərək G-4SM/4115 saylı qutu açıldı.Sayğaca ümumi baxış keçirildi.Sayğacdan qaz keçir, hesablanma mexanizmi keçən qazın həcmini qeyd etmir.Sayğacın hesablanma mexanizminin qoruyucu şüşəsi alt hissədən sınıqdır.Rəqəmli dişli çarxlar kənar təsir nəticəsində öz oxu ətrafından çıxıb.Sayğac istismara yararsızdır. İş materiallarında olan «Azəriqaz» İB-yi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktından görünür ki, Metrologiya Departamentinin rəyinə əsasən G4 markalı (30.12.22)1302AZ**********75. 20515725 №-li plomb kəsilərək G-4 SM/6720 saylı qutu açıldı.Sayğaca baxış keçirildi.Sayğac üst hissədən istilik nəticəsində əriyib.Sayğacın yaddaş arxivi oxundu.Sayğacda istismar müddətində AlARM – 1 rejimi aşkar olunmayıb.Xətalar normadan artıqdır.Sayğac istismara yararsızdır. İş materiallarına abonentin saldosundan görünür ki, 2022-ci il tarixə İddiaçı qalıq və aktlar üzrə borcu yoxdur. İş materiallarında olan «Azəriqaz» İB-nin İddiaçı ünvanladığı məktubda göstərilir ki, onun ünvanında olan G-4 markalı **********1 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvanından çıxarılmış sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi alt hissədən sınıqdır, rəqəmli dişli çarxlar kənar təsir nəticəsində öz oxu ətrafından çıxdığından sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri 64,67 manat ABB Sumqayıt filialının AZ51BAZ******************** nömrəli hesabına ödənilməlidir.Ödəniş qəbzinin surəti Sumqayıt QİS-nə təqdim edilməlidir.Əks təqdirdə Sumqayıt QİS-si tərəfindən X3 müraciət olunacaqdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğaçları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydalarının 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaçlarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydalarının 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin qaydalarının 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli qətnaməsində göstərmişdir ki, fiziki şəxs qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə ümumiyyətlə məsuliyyət daşımır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca cavabdeh tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, sayğac yaşadığı evdən kənarda yerləşdiyindən, itirilmiş qazın bərpası məqsədi ilə iddiaçı tərəfindən cavabdehin abuna koduna borcun hesablanması əsassız olmuşdur. Məhkəmədə qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutları cavabdeh təqdim etməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanına «Azəriqaz» İB tərəfindən əsassız olaraq hesablanmış 1036,8 manat məbləğində cərimə borcu və 64,67 manat məbləğində sayğacın dəyəri silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-178/2023
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-178/2023
12.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver