Məhkəmə qərarları › İş №2(028)-205/2020

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-205/2020

05.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-205/2020 05.11.2020 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi, Aynurə Akif qızı Mustafayevanınkatibliyi, Cavabdeh «xxxxxxxx» ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh «xxxxxxxx» ASC-yə qarşı əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən elektrik enerjisinə görə yaranmış 521,66 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəməyə ünvanlanmış ərizədə iddiaçı işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsini xahiş etmişdir. Öz iddiasında iddiaçı göstərmişdir ki, o, Sumqayıt şəhəri, 76-cı məhəllə, 3-cü sahə, Çerkassi küçəsi, ev 3/3, mənzil 176-da 2006-cı ildən 2019-cu ilin dekabr ayına kimi ailə üzvləri ilə birlikdə yaşamışdır.2019-cu ilin sonlarında yaşadıqları evi X1.Həmin fərdi evdə elektrik enerjisindən istifadəyə görə borcunun məbləği 521,66 manat təşkil edir.Həmin borc 2016-cı ilin yanvar ayından əvvəlki dövrə aiddir. «xxxxxxxx» ASC tərəfindən verilmiş elektrik enerjisindən istifadəyə görə borcun olmasını təsdiq edən arayışda qeyd olunmuşdur ki, xx.xx.2016-ci ilə qədər silinməli qaçqın borcunun məbləği 521,66 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 373.3-ci maddəsinə əsasən borc məbləği iddia müddətini keçdiyindən ləğv edilməlidir.Həmin borc limitdən artıq hesablanmış borcdur. xx.xx.2016-ci ilə qədər məcburi köçkünlərin borcun silinməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən limitdən artıq istifadə olunan elektrik enerjisinin dəyəri silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanədək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarılması üçün əsasdır. Bunları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh «xxxxxxxx» ASC-nin nümayəndəsi iddianı qəbul etmədi və rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə cavabdehinin nümayəndəsini dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası «Elektroenerqetika haqqında» qanununun 11ci maddəsinə əsasən, enenrji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğaçın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli abunə haqqından görünür ki, abunəçi İddiaçı elektrik enerjisinə görə yaranmış 521,66 manat borcu qaçqın borcu kimi silinməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddələrinin şərh edilməsinə dair qərarında qeyd olunur ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddiaçının ərizəsində Azərbaycan Respublikası Mülki Məcəllənin 375-ci maddəsinə istinad edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, 3 illik iddia müddətini tətbiq edərək, 2016-cı ilə qədər yaranmış borcunu silmək tələbi üçün qanunda nəzərdə tutulmuş iddia müddəti keçmişdir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. «xxxxxxxx» ASC tərəfindən ünvan 1 ünvanına elektrik enerjisinə görə yaranmış 521,66 manat məbləğində borcu silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar