Məhkəmə qərarları › İş №2(028)-216/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-216/2021

19.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-216/2021 19.05.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X14 Ruvinovun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Ərizəçi nümayəndəsi X2 iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi 1-ИЕ 204012 №-li, 02.07.1959-cu il tarixli nikah şəhadətnaməsində qeyd olunan X11 ilə AZE 0******* №-li, 26.07.2003-cü il tarixli şəxsiyyət vəsiqəsindəki Ərizəçi ilə eyni şəxs olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Ərizəçinin nümayəndəsi ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Xocahan kənd Sovetliyi tərəfindən 02.07.1959-cu il tarixdə verilmiş X3 və X5 evlənmək haqqında şəhadətnaməsinin Ərizəçi məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə ərizəçinin nümayəndəsi ərizəni müdafiə edərədə göstərdi ki, ərizəçi xx.xx.1929-cu ildə anadan olmuşdur.Ona doğum haqqında şəhadətnamə verilərkən adı Yemiş kimi qeyd olunmuşdur.Məktəbi bu adla bitirmişdir. Ərizəçi X3 ilə 1952-ci il tarixdə faktiki, 02.07.1959-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan olan uşaqların doğum haqqında şəhadətnaməsində ana qrafasında ana adı X1 qeyd olunmuşdur. Lakin bir müddət sonra adın müasir dövrə uyğun gəlmədiyinə görə adını dəyişdirərək “Pəri” adını qəbul etmişdir.18.04.1974-cü il tarixli, 1-ЖГ 494858 №-li doğum haqqında şəhadətnamədə də bu barədə qeyd olunmuşdur.Həmin doğum haqqında şəhadətnamə əsasında ona AZE 0******* №-li, 26.07.2003-cü il tarixli şəxsiyyət vəsiqəsi verilmişdir.Lakin arxiv sənədlər əsasında övladlarına verilən doğum haqqında şəhadətnamələrin ana qrafasında ana adı X1 qeyd olunmuşdur.Artıq bu uyğunsuzluq ucbatından bəzi sənədləşmə işlərində zərurət yaranmışdır. Ərizəçi bununla bağlı Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə müraciət etmiş, lakin ona Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinə müraciət etmək tövsiyə etdilmişdir. Ona görə ərizənin təmin olunmasını xahiş etdi. İş üzrə maraqlı tərəf olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi məhkəməyə ünvanlanmış ərizədə işə onların iştirakı olmadan baxılmasına xahiş etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan evlənmək haqqında şəhadətmamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X3 və X9 02.07.1959-cu il tarixdə Xocahan kənd Sovetliyində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 21 №-ilə qeyd edilmişdir. İş materiallarında olan Qubadlı rayon ZAQS şöbəsi tərəfindən 18.04.1974-cü il tarixdə verilmiş bərpa doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1929-cu ildə doğulmuşdur. X4, anası X7r. İş materiallarında olan və 01.12.2004-cü il tarixdə verilmiş məcburi köçkün vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1929-cu ildə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən ərızəçiyə ünvanlanmış 12.03.2021-ci il tarixli 4/577 saylı məktubda göstərilir ki, “Milli Arxiv fondu haqqında” Azərbaycan Respublikasınin Qanunun 10-cu maddəsinən əsasən vətəndaşlıq vəziyyəti aktları daimi mühafizə məqsədi ilə dövlət arxivlərinə verilənə qədər həmin sənədlər yaranmış olduğu qurumlarda 75 il müddətinə mühafizə edilir.Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan Silahlı Qüvvələri tərəfindən vaxtılə işğal edilməsi səbəbindən sözügedən inzibati ərazi vahidləri (burada Qubadlı rayonu) çərçəvəsində dövlət mühafizəsində olan arxiv sənədləri işğal zonasında qalmışdır.Sorğuda qaldırdığınız məsələ ilə bağlı həmçinin Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinə müraciət etmək tövsiyə edilir. İş materiallarında olan Qubadlı rayon Qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış 13.04.2021-ci il tarixli 05/Q-31/62 nömrəli məktubda göstərilir ki, Qubadlı rayon Xocahan icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.06.1965-ci il tarixli doğum haqqında akt qeydində adı “Yemiş”, ata adı “Alkərəm” kimi qeyd edilmişdir. Buna baxmayaraq Sumqayıt ŞPİ QŞVŞ tərəfindən 26.07.2003-cü il tarixdə verilmiş (AZE № 0*******) şəxsiyyət vəsiqəsində adı “Pəri”, ata adı “Şükür” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Doğum haqqında akt qeydində düzəliş edilməsi üçün zəruri olan sənədləri təqdim etməklə bu barədə ərizə daimi yaşadığınız yerin qeydiyyat şöbəsinə, akt qeydinə qeydiyyat şöbəsi tərəfindən düzəlış edilməsinə kifayət qədər əsas olmadıqda isə məhkəməyə müraciət edə bilərsiniz. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir necə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Məhkəmə hesab edir ki, Xocahan kənd Sovetliyi tərəfindən 02.07.1959-cu il tarixdə verilmiş X3 və X5 evlənmək haqqında şəhadətnaməsi Ərizəçi məxsusdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı, soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyən edici sənədlərin həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydəalınma üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. Xocahan kənd Sovetliyi tərəfindən 02.07.1959-cu il tarixdə verilmiş X3 və X5 evlənmək haqqında şəhadətnaməsinin Ərizəçi məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar