Məhkəmə qərarları › İş №2(028)-242/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-242/2025

19.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-242/2025 19.05.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Mübariz oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı məhkəməyə müraciət edərək, əsassız hesablanmış 1022,95 manat dondurulmuş qaçqın borcunun və 67 manat M-K sərfiyyatı olan borcun **********00665 saylı abonent kodundan silinməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirdi ki, hal-hazırda ünvan 1 ünvanında yaşayır. Abunə kodu öz adına qeydiyyatdadır. Lakin abunə haqqında çıxarışdan da aydın görünür ki, xx.xx.2016-cı il tarixinə 1022,95 manat dondurulmuş qaçqın borcu və 67 manat M-K sərfiyyatı olan borc vardır. “Asan xidmət” mərkəzinə yaxınlaşan zaman həmin borcun yalnız məhkəmə qərarı ilə silinəcəyi bildirilmişdir. Bu günə kimi sərfiyyata görə bildiriş gələn zaman bu borc heç vaxt olmayıb. Bütün komunallara olan borcunu hər zaman vaxtlı-vaxtında ödəyib. Lakin bu borc barədə heç vaxt ona bildiriş təqdim edilməyib. Borcun silinməsi ilə bağlı "xxxx" ASC-yə dəfələrlə müraciət etmiş, orada borcun silinməsinin onların səlahiyyətində olmadığı bildirilmişdir. Borc bu günə kimi silinməmişdir. Hesab edir ki, ona hesablanan borc tamamilə qanunsuz və əsassızdır. Bunları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən zaman cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirmişdir ki, borc məbləği xx.xx.2016-cı ildə dondurulmuş borc məbləğidir. Evin alqı-satqısı zamanı və ya sayğaclar dəyişən zamanı vətəndaş ASAN xidmətə müraciət etdikdə həmin borcun mövcudluğu bildirilir. Məhkəmə cavabdehi dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası “Elektroenergetika haqqında” Qanununun 11-ci maddəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. İş materiallarında olan Abunə haqqından görünür ki, abunəçi İddiaçı elektrik enerjisinə görə xx.xx.2016-cı il tarixə 1022,95 manat qaçqın borcu və xx.xx.2017-ci il tarixə 67 manat keçmişə doğru M-K sərfiyyat borcu mövcud olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanının 1- 1-ci bəndinə əsasən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun. xx.xx.2016-cı ilə qədər məcburi köçkünlərin borcunun silinməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən limitdən artıq istifadə olunan elektrik enerjisinin dəyəri silinməlidir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. "xxxx" ASC tərəfindən əsassız hesablanmış 1022,95 manat dondurulmuş qaçqın borcu və 67 manat M-K sərfiyyatı olan borc **********00665 saylı abonent kodundan silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar