Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-249/2024 29.07.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X1sədrliyi, Mustafayeva Aynurə Akif qızının katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Vəkil iştirakı ilə Ərizəçi maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 2 saylı Sumqayıt ərazi idarəsinə qarşı şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda müəyvənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, DTXK Sumqayıt şəhər şöbəsinin müdiri A.Əliyev tərəfindən imzalanmış və təsdiq edilmiş JN-1663H, KOD-30900002 saylı Azərbaycan Respublikası Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə qeyd edilən X10 Ərizəçi ilə eyni şəxs olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin vəkili xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə dəqiqləşmə ərizəsi ilə müraciəet edərək, DTXK Sumqayıt şəhər şöbəsinin müdiri A.Əliyev tərəfindən imzalanmış və təsdiq edilmiş JN-1663H, KOD-30900002 saylı Azərbaycan Respublikası Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə ərizəçinin vəkili və nümayəndəsi ərizəni müdafiə edərək bildirdi ki, ərizəçi xx xxxx 1987-ci il tarixdə Qubadlı rayonu, Muğanlı kəndində anadan olmuşdur. Zilanlı kənd XDS İcraiyyə Komitəsi tərəfindən verilmiş Xİİ-.İQ № 346745 saylı doğum haqqında şəhadətnaməsinə əsasən onun adı "Asəf’ kimi qeyd edilmişdir. 19 oktyabr 2012-ci il tarixdə X11 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-1 № 781090 saylı nikah haqqında şəhadətnamədə də eyni qaydada onun adı "Asəf’ kimi qeyd edilmişdir. Sumqayıt şəhər 4 nömrəli DNK-nun 27 may 2005-ci il tarixli 4Ə-İ 98 nömrəli alqı-satqı müqaviləsi ilə Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində 0,06 ha torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün Qubadlı rayon Muğanlı kənd sakinləri X7, X12, X14, X18 və X8 mülkiyyətinə verilmişdir. Torpağın dəyəri 1500000.00 manat ödənilmiş, torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü tərtib edilmişdir. Lakin DTXK Sumqayıt şəhər şöbəsinin müdiri A.Əliyev tərəfindən imzalanmış və təsdiq edilmiş JN-1663H, KOD-30900002 saylı Azərbaycan Respublikası Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə Ərizəçi soyadı və ata adı düzgün qeyd edilsə də, adında texniki səhvə yol verilərək "Azər" kimi qeyd edilmişdir. Halbuki onun adı "Asəf" kimi qeyd edilməli idi. Belə ki, Ərizəçi məxsus bütün sənədlərdə adı "Asəf’ kimi qeyd edilmişdir. Hal-hazırda Ərizəçi özünə məxsus fərdi yaşayış evi tikmək üçün ayrılmış Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində 0,06 ha 69 nömrəli həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müraciət etmək istəyir. Belə ki, tərəfindən müvafiq qaydada Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində 0,06 ha olan 69 nömrəli torpaq sahəsi üzərində mülkiyyəl hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilmişdir. 11 mart 2024-cü il tarixli bildirişlə ərizənin icrasında imtina edilərək bildirilmişdir kı, məhkəməyə müraciət etmək məqsədəuyğundur. Göstərilənlərə əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 2 saylı Sumqayıt ərazi idarəsi qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına idarənin nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbayçan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X5 bildirdi ki, ərizəçi əmisi oğludur. Hacı əmisinin iki qız və bir oğlan övladı var. Oğlunun da adı Asəfdir. Sənəddə onun adı səhvən Azər yazılıb. Məhkəmədə şahid X4 bildirdi ki, ərizəçi əmisi oğludur. Hacı əmisinin bir oğlu var, onun da adı Asəfdi. Torpaq sənədləşməsi ilə əlaqədar idarəyə müraciət edəndə aşkar olunmuşdur ki, əmisi oğlunun adı sənəddə Asəf deyil, Azər olaraq göstərilmişdir. Məhkəmə ərizəçinin vəkili və nümayəndəsini, şahidləri dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Doğum haqqında şəhadətnamənin notarial qaydada təstiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci tarixdə doğulmuşdur. X2, anası X6r İş materiallarında olan Nikah haqqında şəhadətnamənin notarial qaydada təstiq edilmiş surətindən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Ərizəçi və X13 xx.xx.2012-ci ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 240 № ilə qeyd edilmişdir. İş materiallarında olan iqtisadiyyat Nazirliyi yanında əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt ərazi idarəsinin 3-21-3-31/2-H-00xx-xx/2024 saylı xx.xx.2024-cü il tarixli məktubunda göstərilir ki, Azərbaycan respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən verilən JN-1663H, KOD 30900002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” sənədində X10 adının “Azər” əvəzinə “Asəf” kimi qeyd edilməsinə köməklik göstərilməsi barədə xx.xx.2024cü il tarixli ərizəyə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmışdır. Qeyd edilən məsələ İdarənin səlahiyyətlərinə aid olmadığından aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan JN-1663H, KOD 30900002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”sinin surətindən görünür ki, şəhadətnamə Qubadlı rayonu Muğanlı kənd sakini X7, X12, X14, X19 və X15 Sumqayıt şəhər 4 nömrəli DNK-nun xx.xx.2005-ci il tarixli 4Ə-1/98 nömrəli alqı-satqı müqaviləsi ilə satılmış 0,06 hektar fərdi yaşayış evi tikmək üçün mülkiyyətinə verilib. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir necə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Məhkəmə belə qənaətə gəlir ki, DTXK Sumqayıt şəhər şöbəsinin müdiri A.Əliyev tərəfindən imzalanmış və təsdiq edilmiş JN-1663H, KOD-30900002 saylı Azərbaycan Respublikası Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə kimi hüquqmüəyyənedici sənəd Ərizəçi məxsusdur. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı, soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyən edici sənədlərin həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydəalınma üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. DTXK Sumqayıt şəhər şöbəsinin müdiri A.Əliyev tərəfindən imzalanmış və təsdiq edilmiş JN-1663H, KOD-30900002 saylı Azərbaycan Respublikası Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №2(028)-249/2024
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-249/2024
29.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver