Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-258/2024 12.06.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Xoşbəxt oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi ilə İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı aktın əsasında yaşadığı Sumqayıt şəhəri, 50-ci məhəllə, fərdi yaşayış evinə dair əsasız olaraq hesablanmış 1036,8 manat məbləğində borcun və sayğacın dəyəri kimi tələb olunan 159,96 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədəqətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Qubadlı rayonu, Qaracallı ərazi dairəsi, Qarakişilər kəndində qeydiyyatdadır və Qubadlı rayonundan məcburi köçkündür. Hal-hazırda Sumqayıt şəhəri, 50-ci məhəllə, fərdi evdə məskunlaşmışdır. xx.xx.2023-cü il tarixdə cavabdeh "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən faktiki olaraq onun istifadəsində və sahibliyində olan evin qaz sayğacına baxış keçirmiş, baxış zamanı məlum olmuşdur ki, guya sayğacda xx.xx.2016, xx.xx.2017, xx.xx.2017 və xx.xx.2018-ci illərdə Alarm-1 rejimi aşkar olunduğundan sayğac istismara yararsızdır. Ona görə də xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib olunmuşdur. Həmin aktın əsasında ona 1036,80 manat məbləğində cərimə hesablanmış və əlavə olaraq sayğacın dəyəri kimi 159,96 manat pul da ondan tələb olunur. Həmin aktı əsassız hesab edir. Belə ki, tərəfindən sayğaca heç bir müdaxilə olunmayıb. Cavabdeh "Azəriqaz" İstehsalat Birliyinin gəldiyin nəticə tamamilə qanunsuz və əsassızdır. Bir istehlakçı olaraq hüquqlarının pozulmasına səbəb olmuşdur. Borcun silinməsi üçün dəfələrlə cavabdeh "Azəriqaz" İstehsalat Birliyinə müraciət etmiş, lakin ona məhkəməyə müraciət edilməsi bildirilmişdir. Akt tərtib olunarkən onun iştirakı təmin olunmayıb. Bu da qanunverciliyin tələbinə ziddir. O, aktın tərtib olunmasından xəbərsiz olmuşdur. Lakin onun iştirakı təmin olunmasa da, aktda əvəzinə imza atılıb. Həmin imza ona məxsus deyil. Cavabdeh "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları onun iştirakını təmin etməmiş, özlərinin əməkdaşlarının iştirakı ilə birtərəfli qaydada akt tərtib edilmişdir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh «Azəriqaz» İB qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, birliyin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən zaman cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi iddia tələbini qəbul etməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan «Azəriqaz» İB-i tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli AKT № 29/1710-04440-1 aktına əsasən 1002AQ**********1 sayğaca baxış keçirildi. Sayğacın klapanı işlək deyil. Yivli birləşmələrində korroziya izi mövcuddur. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda istismar müddətində xx.xx.2016, xx.xx.2017, xx.xx.20217, xx.xx.2018-ci illərdə ALARM- 1 rejimi aşkar olunub. Xətalar normadan artıqdır. Sayğac istismara yararsızdır. İş materiallarında olan «Azəriqaz» İB-i tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktından görünür ki, metrologiya departamentinin rəyinə görə G4 markalı (1002AQ**********1). Sayğaca baxış keçirildi. Sayğacın klapanı işlək deyil. Yivli birləşmələrində korroziya izi mövcuddur. Sayğacda istismar müddətində xx.xx.2016, xx.xx.2017, xx.xx.2217, xx.xx.2018-ci illərdə ALARM-1 rejimi aşkar olunub. Xətalar normadan artıqdır. Sayğac istismara yararsızdır. İş materiallarında olan İddiaçı məxsus qaz sayğacının xx.xx.2023-cü il tarixli abonent saldosundan görünür ki, İddiaçı 2013-2022-ci illər üzrə qalıq və aktlar üzrə borcu mövcud deyildir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğaçları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydalarının 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaçlarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydalarının 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin qaydalarının 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Fiziki şəxs qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə ümumiyyətlə məsuliyyət daşımır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca cavabdeh tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, sayğac yaşadığı evdən kənarda yerləşdiyindən, itirilmiş qazın bərpası məqsədi ilə iddiaçı tərəfindən cavabdehin abuna koduna borcun hesablanması əsassız olmuşdur. Cavabdeh məhkəməyə iddiaçı tərəfindən qaz sayğacının yararsız hala düşməsini təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutları təqdim etməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı aktı əsasında İddiaçı yaşadığı Sumqayıt şəhəri, 50-ci məhəllə, fərdi yaşayış evinə dair əsasız olaraq hesablanmış 1036,8 manat məbləğində borc və sayğacın dəyəri kimi tələb olunan 159,96 manat pul silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №2(028)-258/2024
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-258/2024
12.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver