Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-278/2021 15.07.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi, Maraqlı şəxs Qubadlı rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayyə komissiyasının nümayəndəsi Nəcəfov Rafiz Dədəkişi oğlunun iştirakları ilə Ərizəçi maraqlı şəxs Qubadlı rayon İcra Hakimiyyətinə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 22.12.2002-ci il təvəllüdlü oğlu X2 fəaliyyət qabiliyyəti olmayan şəxs elan olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmədə ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, onun oğlu X4 1-ci dərəcəli əlildir.Əlillik TSEK tərəfindən 25.01.2021-ci il tarixdə müddətsiz olaraq qiymətləndirilmişdir.TSEK-in diaqnozu: keçirilmiş uşaq serebral iflicinin davamlı qalıq əlamətləri.Hər iki aşağı ətrafın funksiya pozğunluğu.Aşağı ətrafların dərin paraparezi.Psixomotor inkişafdan geri qalma. Xroniki dəmir defisitli anemiya.Hər iki baldırda vətər uzatma əməliyyatından sonrakı vəziyyət.(3 dəfə). Kənar şəxsin köməyinə ehtiyacı var. Bu səbəbə görə o qərara gəlmişdir ki, oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini rəsmiləşdirsin. Oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ona oğlunun qəyyumu siması ilə mövcüd problemlərin həlli barədə müxtəlif instansiyalara müraciət etmək üçün lazımdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər.Göstərilənləri nəzərə alaraq ərizəni təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Qubadlı rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayyə Komissiyasının nümayəndəsi bildirdi ki, ərizəni qəbul edir və təmin edilməsinə etiraz etmir. Məhkəmə ərizəçini, Qubadlı rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayyə Komissiyasının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, hazırki mülki iş üzrə məhkəmənin 09 iyun 2021-ci il tarixli qərardadı ilə məhkəmə psixiatrik ekspertizası təyin olunmuşdur. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin 1374 saylı 25.06.2021-ci il tarixli rəyindən görünür ki, X4 öz psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X2 xəstə olmasını, onun daim kənar şəxsin köməyinə ehtiyacının olmasını və ekspertiza rəyini nəzərə alıb məhkəmə hesab edir ki, ruhi xəstəliyə məruz qalmış X4 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. 22.12.2002-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən rəsmi qydada verildiyi gündən bir ay müddətinə Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-278/2021
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-278/2021
15.07.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver