Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-333/2024 18.09.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Xoşbəxt oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 52-ci məhəllə, ev 2-yə dair elektrik enerjisindən istifadəyə görə xx.xx.2024-cü il tarixli 337447 saylı akta əsasən əsassız olaraq hesablanmış 7365,06 manat borcun silinməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirdi ki, Sumqayıt şəhəri, 52-ci məhəllə, ev 2 qardaşısının istifadəsindədir və sahibidir. Qardaşı Qubadlı rayonundan məcburi köçkündür və hazırkı ünvanda məskunlaşmışdır. Onun yaşadığı mənzilin elektrik sayğacına baxış keçirilmiş və müəyyən olunmuşdur ki, guya sayğaca müdaxilə olunub. Ona görə də xx.xx.2024-cü il tarixdə 337447 saylı akt tərtib olunmuşdur. Həmin aktın əsasında ona 7365,05 manat məbləğində borc hesablanmışdır. Bununla bağlı cavabdeh "xxxx" ASC-yə müraciət edərək, həmin borcun hansı əsaslarla yarandığını öyrənmişdir. Orada ona bildirilmişdir ki, guya sayğaca müdaxilə olunub. Qardaşı tərəfindən sayğaca heç bir müdaxilə olunmayıb. Yazılan cərimə əsassız olaraq yazılmışdır. Elektrik enerjisindən istifadəyə görə sayğac üzrə ödənişləri vaxtı-vaxtında ödəyir. Sayğac üzrə cavabdeh təşkilata heç bir borcu yoxdur. Hesab edir ki, əsassız olaraq hesablanmış borc silinməlidir. Bunları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddia tələbini qismən qəbul edərək bildirdi ki, 337447 saylı akt üzrə hesabat aparılaraq 7172,12 manat hesablanılmışdır. İddiaçının akt üzrə silinməsini tələb etdiyi 7365,06 manat borcdan hesabat aparılmış məbləğ çıxıldıqdan sonra yerdə qalan hissə istehlakçının istehlak etdiyi elektrik enerjisinin dəyəridir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddia tələbini rədd edərək etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə Qubadlı rayon Məhkəməsinə müraciət edərək Cavabdeh "xxxx" ASC tərəfindən mənə məxsus olan Sumqayıt şəhəri, 52- ci məhəllə ev 2-yə dair elektrik enerjisindən istifadəyə görə xx.xx.2024-cü il tarixli 337447 saylı aktın əsassız olaraq hesablanmış 7365.06 manat məbləğində borcun silinməsi tələbinə dair" qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.Aşağıda sadalananlara əsasən İddiaçı "xxxx" ASC-yə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamalıdır. Belə ki, xx.xx.2024-cü il tarixdə "Azərişıq” ASC-nin əməkdaşları tərəfindən elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədi ilə Sumqayıt şəhəri 52-ci məhəllədə yerləşən abonentlərin sayğaclarına baxış keçirlən zaman İddiaçı mənzilin sayğacına baxış keçirilmişdir. EEİQ-na uyğun baxış keçirilən zaman məlum oldu ki„ abonent mənzilə sayğacdan kənar 4x 25 mm-lik aliminum kabellə kənar xətt qoşmuşdur. Kənar xətdən axan yük xüsusi ölçmə cihazı olan (Ampermaşa) vasitəsi ilə ölçülmüşdür. Akt tərtib edilən zaman video qeydiyyat aparılmışdır.Video qeydiyyatda açıq-aşkar abonentin kənar xətdən istifadə etdiyi həmçinin kənar xəttin birbaşa onun evinə daxil olduğu göstərilir.Abonent özü isə akta imza etməkdən imtina edir. Aktın tələb hissəsində "EEİQ-na uyğun olaraq sayğacdan kənar xətt ləğv edilsin" qeydiyyatı aparılmışdır.Yerindəcə sayğacdan kənar xətt ləğv edilmişdir. Bu da iddiaçının iddasmın tamamilə qanunsuz olduğunun göstəricisidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları"nın (EEİQ) 8.17-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2024-cü il tarixli, AKT R 337447 saylı akt əsasında 7172.12 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir.İddiaçı isə iddia ərizəsində 7365.06 manat məbləğində borcun silinməsini tələb edir.Halbuki iddiaçı sonuncu dəfə xx.xx.2024-cü il tarixdə cəmi 68 manat ödəniş etmişdir.İddiaçı özünün istifadə etdiyi elektrik enerjisnin də silinməsini qanunsuz olaraq tələb edir.Hər bir abonent kimi oda istehlak etdiyi elektrik enrejisinin dəyərini tam olaraq və vaxtında ödəməyə borcludur. Bununla əlaqədar abonentə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları"nm (EEİQ) 8.17.1-ci bəndinin İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1- ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İddiaçı qeyd edilən akta əsasən ona məxsus mənzilə 2222.51 manat hesablaşma aparıldığını iddia edərək həmin məbləğin silinməsini məhkəmədən xahiş edir. Göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi məbləğin ona akta əsasən hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 149-cu maddəsinə əsasən “İddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, qanunlara və digər normativ hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif, iddia bir neçə cavabdehə yönəldildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir”. EEİQ-nm 9.1-ci bəndinə əsasən İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «DövlətEnerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirik ki iddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır və onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrini dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası «Elektroenergetika haqqında» qanununun 11ci maddəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. İş materiallarında olan 337447 saylı xx.xx.2024-cü il tarixli aktdan görünür ki, istehlakçı İddiaçı ünvanına baxış keçirilən zaman məlum oldu ki, abonent mənzilə sayğacdan kənar 4 x 25 mm aliminium naqillə kənar xətt qoşmuşdur. Aktdan görünür ki, sayğac çöl divarda quraşdırılmışdır. Azərişıq” ASC-nin bildirişindən görünür ki, abunəçi İddiaçı xx.xx.2024 xx.xx.2024-cü il aralığı tarixinə 7365,06 manat borcu vardır. İş materiallarında olan Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri və Texniki sahələr üzrə xx.xx.2024-cü il tarixli tələbindən görünür ki, abonent İddiaçı 337447 saylı xx.xx.2024-cü il tarixli akta görə satış sahəsi üzrə 7172,12 manat borcunun silinməsi təklif olunur. 01 yanvar 2024-cü il tarixində qüvvəyə minmiş yeni “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunan iş üzrə istehlakçının sayğaca müdaxilə, habelə işıq xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması artıq iddia tələbinin əsaslı olub-omamasına qiymət verilməsi üçün kifayət edir. Hazırda "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən Qanunun göstərilən müddəalarının tələblərinə əməl edilməyərək, tərtib edilmiş akt inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına və ya cinayət təqibi orqanına təqdim edilməmiş, istehlakçının işığın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə təsdiq edilmədən onun şəxsi hesabına borc kimi yazılıraraq tələb edilir. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, Sumqayıt şəhəri, 52-ci məhəllə, ev 2-yə cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 337447 saylı akta əsasən elektrik enerjisindən istifadəyə görə hesablanan 7172,12 manat borcu silinməlidir, həmçinin "xxxx" ASC-yə izah edilir ki, Qanunvericiliyin yuxarıda qeyd edilən normalarına riayət edilərək abonentin təqsiri müəyyən edildiyi halda, abonentə hazırki fakta görə yenidən borc hesablana bilər. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, 52-ci məhəllə, ev 2-yə dair elektrik enerjisindən istifadəyə görə xx.xx.2024-cü il tarixli 337447 saylı akta əsasən əsassız olaraq hesablanmış 7172,12 manat borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №2(028)-333/2024
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-333/2024
18.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver