Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-335/2025 23.06.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X12 Mübariz oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi (maraqlı şəxs Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək AZ-İ №689687 serialı və xx.xx.2014-cü il tarixli ölüm şəhadətnaməsinin və MH serialı, № ******* saylı çıxarışın Qubadlı rayon, Dondarlı İcra Nümayəndəliyi tərəfindən xx.xx.1967-ci ildə tərtib edilmiş 42 saylı doğum haqqında akt qeydində qeyd edilən soyadı “Ziyəddinova”, adı “Səlahə” kimi qeyd edilən şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi məhkəməyə dəqiqləşmə ərizəsi təqdim edərək, AZ-İİ №362033 seriyalı xx.xx.2025-ci il tarixli “Ölüm haqqında şəhadətnamə” və DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsindən verilmiş MH ******* seriyalı, xx.xx.2006-cı il tarixli çıxarışın Qubadlı rayon Dondarlı İN-yi tərəfindən tərtib edilmiş xx.xx.1967-ci il tarixli, 42 saylı Doğum haqqında aktda qeyd edilən Ziyəddinova Səlahə kimi adı göstərilən şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizəni müdafiə edərək bildirdi ki, oğlu xx.xx.1991-ci il tarixdə Qubadlı rayonunda doğulmuşdur. Mərhum həyat yoldaşı X3 xx.xx.2025-ci il tarixdə ölmüşdür. Hazırda ailə üzvləri ilə birlikdə mərhumdan miras qalmış ünvan 1 ünvanında yaşayırlar. Miras qalmış mənzilin vərəsəlik üzrə paylarının müəyyən olunması üçün Sumqayıt şəhəri 4 saylı notariat ofisinə müraciət etdikdə, mərhumun doğum haqqında akt qeydində uşaq bəndində soyadı və adı düz yazılmadığına görə qohumluq əlaqəsinin müəyyən edə bilinməməsi səbəbindən vərəsəlik üzrə notariat işinin aparılmasından imtina edilmişdir. Belə ki, mərhumun ********* qeydiyyat nömrəli Çıxarış, məcburi köçkün vəsiqəsi, şəxsiyyət vəsiqəsi və ölüm haqqında şəhadətnamədə adı “Salehə”, soyadı “Mirsədizadə” qeyd olunduğu halda, doğum haqqında akt qeydində adı “Səlehə”, soyadı “Ziyyəddinova” qeyd olunmuşdur. Hazırda ölmüş şəxsə məxsus şəxsiyyət vəsiqəsində, çıxarışda və ölüm haqqında şəhadətnamədə dəyişiklik ediməsi qeyri-mümkün olacağından qeyd edilən sənədlərin doğum aktından soyadı “Ziyəddinova”, adı “Səlahə” kimi qeyd edilən şəxsə məxsus olması faktının məhkəmə tərəfindən müəyyən olunması zərurəti yaranmışdır. Göstərilənlərə əsasən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid X6 bildirdi ki, ərizəçi müəllimi olub. Onun həyat yoldaşının adı X3 olmuşdur. Mərhumun baba adı Ziyyəddin olduğundan soyadının doğum haqqında akt qeydində Ziyyədinova kimi yazılmasını istisna etmir. Məhkəmə iclasında şahid X7 bildirdi ki, ərizəçinin mərhum həyat yoldaşı və onun sinif yoldaşı olub. Eyni zamanda həmkəndli və qohum olublar. Mərhumun adı X3 olmuş, babasının adı Ziyyəddin olduğundan akt qeydində Ziyyədinova kimi yazılmasını istisna etmir. Məhkəmə ərizəçinin nümayəndəsini, şahidləri dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. İş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı Çıxarışına əsasən ünvan 1 tam mülkiyyət hüququ üzrə X1 adına qeydiyyata alınmışdır. Ölüm haqqında şəhadətnamənin kserosurətinə əsasən X3 xx.xx.2025-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Dövlət Sosial Sığorta Şəhadətnaməsinin kserosurətinə əsasən X3 xx.xx.1967-ci il tarixdə doğulmuşdur. PB№027682 saylı Diplom surətinə əsasən X3 1984-cü ildə V.İ.Lenin adına X11 ordenli Azərbaycan Dövlət Pedoqoji İnstitutuna daxil olmuşdur. Qubadlı rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin kserosurətinə əsasən Ərizəçi xx.xx.1991-ci il tarixdə doğulmuşdur. X4, anası X2r. Qubadlı rayon Qeydiyyat Şöbəsinin ərizəçiyə ünvanladığı 3-16-5/8-xx-xx/2025 saylı xx.xx.2025-ci il tarixli məktuba görə araşdırma zamanı müəyyən edilmişdir ki, Qubadlı rayonu Dondarlı icra nümayəndəliyi tərəfindən tərtib olunmuş 42 saylı xx.xx.1967-ci il tarixli doğum haqqında akt qeydində uşaq bəndində soyadı “Ziyəddinova”, adı “Səlahə” kimi qeyd edilməsinə baxmayaraq, ölümü haqqında AZ-İİ №362033 saylı şəhadətnaməsində soyadı “Mirsədizadə”, adı “Salehə” kimi qeyd olunmuşdur. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Bildirilir ki, təqdim etdiyi sənədlər arasında ziddiyyət olduğu üçün doğum haqqında akt qeydində uşaq bəndində soyadına “Ziyəddinova”dan “Mirsədizadə”yə, adına “Səlahə”dən “Salehə”yə dəyişiklik edilməsi imkanları xaricindədir. Doğum haqqında akt qeydində dəyişiklik edilməsi üçün kifayət qədər əsas olmadığına görə məhkəməyə müraciət edilməsi tövsiyyə olunur. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, AZ-İİ №362033 seriyalı xx.xx.2025-ci il tarixli “Ölüm haqqında şəhadətnamə” və DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsindən verilmiş MH ******* seriyalı, xx.xx.2006-cı il tarixli çıxarış Qubadlı rayon Dondarlı İN-i tərəfindən tərtib edilmiş xx.xx.1967-ci il tarixli, 42 saylı Doğum haqqında akt qeydində göstərilən Ziyəddinova Səlahə kimi adı göstərilən şəxsə məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin: - 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı, soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyən edici sənədlərin həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydəalınma üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. AZ-İİ №362033 seriyalı xx.xx.2025-ci il tarixli “Ölüm haqqında şəhadətnamə” və DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsindən verilmiş MH ******* seriyalı, xx.xx.2006-cı il tarixli çıxarışın Qubadlı rayon Dondarlı İN-i tərəfindən tərtib edilmiş xx.xx.1967-ci il tarixli, 42 saylı Doğum haqqında akt qeydində göstərilən Ziyəddinova Səlahə kimi adı göstərilən şəxsə məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV
Məhkəmə qərarları › İş №2(028)-335/2025
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-335/2025
23.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver