Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-342/2023 19.07.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinovun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə müraciət edərək, «Azəriqaz» İB tərəfindən ona məxsus ünvan 1 ünvanına (abonent kodu **********00670) tərtib edilmiş xx.xx.2022-cü il tarixli ******* saylı akt əsasında 25920 m3 həcmdə sərfiyyata görə hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, Qubadlı rayonundan məcburi köçkündür və qeyd olunan ünvanda faktiki olaraq yaşayır. Həmin ünvana qaz sayğacı quraşdırılmış və abonent kodu **********00670 onun adınadır. Qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtında ödəmiş və sayğaca heç vaxt müdaxilə etməmişdir. Hazırda ona məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə cavabdehin nümayəndələri tərəfindən mənzilin qaz sayğacını yeni sayğacla əvəz etdikdən sonra akt tərtib olunmuşdur.Çıxarılmış sayğaca labotatoriyayada baxış keçirilmiş və məlum olmuşdur ki, sayğacın klapanı işlək deyil, birləşmələr korroziyaya uğramış, çıxış plasmas borunun deşilməsi səbəbindən sayğac istismara yararsızdır. Bunun əsasında dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş zərərin həcmi 25920 m3 müəyyən olunmuş və bu zərərin ödənilməsini ondan tələb olunur. Hesab edir ki, cavabdehin ondan tələb etdiyi pul məbləği tamamilə uydurma, cəfəngiyyat və qanunsuzdur. Belə ki, cavabdeh iddia edir ki, guya sayğaca müdaxilə etmişdir.Sayğac ona məxsus evdən kənarda quraşdırılmış və sayğaca o, məsuliyyət daşımır. “Qazdan istifadə Qaydaları”nın təsdiqedilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına onun səlahiyyətli nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə ünvanlanmış iddia ərizəsinə etirazda «Azəriqaz» İB-nin nümayəndəsi göstərmişdir ki, ıddiaçının yaşadığı ünvan 1 ünvanına əməkdaşları tərəfindən baxış keçirilmiş və yerində ’’Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və aktda sayğacda qeyd olunan nöqsan ’’Sayğaca baxış keçirildi. Sayğacın klapanı işlək deyil. Sayğacın hesablama mexanizmini hərəkətə gətirən dişli çarx kənar təsir nəticəsində kəsilib. Yivli birləşmələr korroziyaya uğrayıb. Xətalar normadan artıqdır. Sayğac istismara yararsızdır” qeyd olunmuşdur. Abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və ******* saylı xx.xx.2023cü il tarixli akta əsasən qaz sayğacının nominal qaz sərfi 6m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 6x24x180=25920m3x0,12qəpik=3,110,40 (üç min yüz on manat 40 qəpik) manat dəymiş zərər hesablanmışdır.Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırki vaxta kimi iddiaçı Dövlətə vurduğu zərəri ödəməmişdir. Dövlət təşkilatı kimi X1 məqsədi səlahiyyəti daxilində dövlətin əmlakını qorumaq və ona vurulmuş zərərin əvəzini ödətdirmək üçün tədbirlər görməkdir. Hər kəs qaz xəttinə müdaxilə edib təbii qazı sayğac göstəricisi nəzərə alınmadan işlədərsə, bu da öz növbəsində dövlətə maliyyə cəhətdən zərər vurar. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq iddiaçının iddiasını əsassız hesab edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan «Azəriqaz» İB-yi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğacının kalibrlənmə laboratoriyasının qaz sayğacının yoxlanması barədə xx.xx.2023-ci il tarixli 14-2-2/3-51836-1 aktına əsasən 1302AZ**********98 sayğaca ümumi baxış keçirildi.Sayğacın klapanı işlək deyil.Yivli birləşmələr korroziyaya uğrayıb. Sayğaçın çıxış plastmas borusu deşilib.Sayğacın yaddaş arxivi oxundu.Sayğacda istismar müddətində ALARM-1 rejimi aşkar olunmayıb.Xətalar normadan artıqdır.Sayğac minimal sərfiyyatda-100 % nisbi xətayla işləyir, hesablanma mexanizmi minimal fərfiyyatda keçən qazın həcmini qeyd etmir.Sayğac istismara yararsızdır İş materiallarında olan «Azəriqaz» İB-yi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktından görünür ki, Metrologiya Departamentinin rəyinə əsasən G4 markalı 1302AZ**********98 sayğaca ümumi baxış keçirildi. Sayğacın klapanı işlək deyil.Yivli birləşmələr korroziyaya uğrayıb.Sayğacın çıxış plastmas borusu deşilib.Sayğacın yaddaş arxivi oxundu.Sayğacda istismar müddətində ALARM-1 rejimi aşkar olunmayıb.Xətalar normadan artıqdır. Sayğac istismara yararsızdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2022-ci il tarixə İddiaçı qalıq və aktlar üzrə borcu yoxdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğaçları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydalarının 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğacçlarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydalarının 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin qaydalarının 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli qətnaməsində göstərmişdir ki, fiziki şəxs qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə ümumiyyətlə məsuliyyət daşımır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca cavabdeh tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, sayğac yaşadığı evdən kənarda yerləşdiyindən, itirilmiş qazın bərpası məqsədi ilə iddiaçı tərəfindən cavabdehin abuna koduna borcun hesablanması əsassız olmuşdur. Məhkəmədə qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutları cavabdeh təqdim etməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «Azəriqaz» İB tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanına (abonent kodu **********00670) tərtib edilmiş xx.xx.2022-cü il tarixli ******* saylı akt əsasında 25920 m3 həcmdə sərfiyyata görə hesablanmış borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-342/2023
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-342/2023
19.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver