Məhkəmə qərarları › İş №2(028)-346/2020

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-346/2020

23.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-346/2020 23.10.2020 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, X7, X1, İddiaçı2, X21, X28, X22 vəkili və nümayəndəsi X9 Cavabdeh vəkili və nümayəndəsi X29 iştirakları ilə X1, İddiaçı2, X21, X28, X22 cavabdehlər Cavabdeh, X40 və üçüncü şəxs Sumqayıt şəhəri, 4 saylı Notariat Kontoruna qarşı etibarnamənin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8, İddiaçı2, X41, X48, X42 məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 4 saylı X39 Einollah tərəfindən Cavabdeh verilmiş xx.xx.2017-ci il tarixli, 560267 saylı etibarnamənin etibarsız hesab edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdirlər. İddia tələbinin həcmini artıraraq Azimi Einollaha məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137 V-nin X30 bağışlaması haqqında Sumqayıt şəhəri, 4 saylı Notariat Kontorunda bağlanmış xx xxxxx 2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən X23 adına Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137 V-yə dair verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdirlər. Məhkəmədə iddiaçılarının vəkili və nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, mərhum Azimi Einollah İddiaçı2 əri və X51, X41, X48, X22 atası olmuşdur. Azimi Einollah İddiaçı2 ilə xx.xx.1979-cu il tarixdən ömrünün sonuna qədər nikahda olmuşdur.Buna baxmayaraq Azimi Einollah Azərbaycan Respublikasında X15 ilə faktiki nikah münasibətində olmuş və onların xx.xx.2002-ci il tarixdə X43 adlı uşaqları doğulmuşdur. Azimi Einollah 2007-ci il tarixdə Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137 V-ni almış və ona xx.xx.2007-ci il tarixli ********* saylı çıxarış verilmişdir.Sonradan həmin çıxarış xx.xx.2018-ci il tarixli ********** saylı çıxarışla əvəz edilmişdir. Azimi Einollahın səhhətində problemlər yaranmışdır. O, onkoloji xəstəlikdən əziyyət çəkirdi.2017-ci ilin ortalarından başlayaraq onun şüurunda da problemlər əmələ gəlmişdir. O, öz hərəkətlərinin mənasını başa düşmürdü. Cərrahiyyə əməliyyətindan sonra - 2017-ci ilin dekabrında X62 diaqnozu ilə X54 şəhərində müalicə olunmaq üçün həkim Mohammad Fotouhiyə müraciət etmişdir. Onun üzərində müalicə aparılmış, ağ ciyər infeksiyasi və kəskin nəfəs darlığı ilə yanaşı həmçinin həkim tərəfindın şüurunun arabir dayanması diaqnozu da qoyaraq “Arad” xəstəxanasına yerləşdirilmişdir. Müalicələrin təsiri olmamış və Azimi Einollah xx xxx 2018-ci ildə vəfat etmişdir. 2019-cu ilin oktyabr ayında Azimi Einollahın vərəsələri arasında əmlakların bölünməsi məsələsini həll etmək istəyən zaman onlara məlum olmuşdur ki, mərhum Azimi Einollah xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhəri, 4 saylı X19 Nicat Novruz oğluna 560267 saylı etibarnamə vermiş və Cavabdeh da həmin etibarnaməyə əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137 V-ni xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən X31 bağışlamışdır. İddiaçılar dəfələrlə Bakıya gəlmişlər və Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137 V-də qalırdırlar. Cavabdeh qonşuluqda qalırdı və onları tanıyırdı. Hesab edirlər ki, Azimi Einollah tərəfindən xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhəri, 4 saylı X19 Nicat Novruz oğluna verilmiş 560267 saylı etibarnamə etibarsız hesab edilməlidir.xx.xx.2017-ci il tarixdə Azimi Einollah psixi durumunda olan problemlərə görə öz hərəkətlərinin mənasını başa düşmürdü.Belə olan halda onun verdiyi etibarnamə etibarsız hesab edilməlidir. X55 psixi cəhətdən heç bir problemi olmasaydı, o, Cavabdeh etibarnamə verməzdi. Cavabdeh X11 tapşırığına əsasən Azimi Einollahın bu vəziyyətindən istifadə edərək onu notariat kontoruna apararaq ondan etibarnamə almışdır. X55 psixi vəziyyəti normal olsaydı və o, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137 V-ni oğluna bağışlamaq fikri olsaydı, notariat kontoruna gedən zaman Cavabdeh etibarnamə vermək əvəzinə evi özü X31 bağışlayardı. Buradan da görünür ki, Cavabdeh Azimi Einollahın psixi problemindən istifadə edərək onu aldadıb, ondan etibarnamə almışdır. Bundan əlavə X45.O, Azərbaycan dilində oxuyub yazmağa bacarmırdı. Bu səbəbdən, eləcə də psixi pozğunluq səbəbindən Sumqayıt şəhəri, 4 saylı X19 Nicat Novruz oğluna etibarnamə verən zaman həmin sənəddə nələrin yazılmasını, hansı səlahiyyətlərinin etibar edildiyini də bilə bilməzdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-cı maddəsinə əsasən fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.3-cü maddəsinə əsasən şüurun itməsi və ya müvəqqəti psixi pozuntu zamanı edilmiş iradə ifadəsi etibarsız sayıla bilər. Cavabdeh Azimi Einollaha məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137 Vnin X31 bağışlanması haqqında xx.xx.2018-ci il tarixli müqaviləyə imza atmamışdan əvvəl Sumqayıt şəhəri, 4 saylı Notariat Kontoruna təqdim etdiyi xx.xx.2018-ci il tarixli ərizəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137 V ünvanında yerləşən bağ evinin sahibi Azimi Einollahı tanıyır, subaydır, ailəli deyil.Gələcəkdə bu barədə hər hansı bir mübahisə yaranarsa, onun həllini və məsuliyyətini öz üzərinə götürür. Buradan bir daha görünür ki, Cavabdeh notariat kontoruna da yalan məlumat vermişdir. Cavabdeh bilirdi ki, Azimi Einollah ailəlidir. Onun İranda ailəsi, arvadı və uşaqları var. Cavabdeh Azimi Einollah ailəsinin üzvlərini Azərbaycanda dəfələrlə görmüş, həmsöhbət olmuşdu. Cavabdeh notariat kontorunda yalan danışdığı kimi eləcə də Azimi Einollahın öz hərəkətlərinin mənasını başa düşməməyindən istifadə edərək, onu da aldadaraq ondan etibarnamə almışdır. Cavabdeh Sumqayıt şəhəri, 4 saylı Notariat Kontoruna təqdim etdiyi xx.xx.2018-ci il tarixli ərizəsinini aşağı hissəsində X16 "Azimi Einollahın subay olması mənə məlumdur" yazmaqla notariusu aldatmışdır. X5 Einollahın ailəli olduğunu bilirdi, onun uşaqlarını və arvadını tanıyırdı. X2 olarkən Azimi Einollahın arvadı və uşaqları ilə görüşmüş, tanış olmuş və hətta fotoşəkillər də çəkdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1-cı maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Bu mənada Mülki Məcəlləsinin birbaşa göstərişlərini pozmaqla bağlanmış əqd həmin Məcəllənin 337.1-cı maddəsinə əsasən etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-cı maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-cı maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Qeyd olunanlara əsasən hesab edirlər ki, 4 saylı X39 Einollah tərəfindən Cavabdeh verilmiş xx.xx.2017-ci il tarixli, 560267 saylı etibarnamə etibarsız hesab edilməlidir. Eyni zamanda Azimi Einollaha məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137 V-nin X31 bağışlanması haqqında Sumqayıt şəhəri, 4 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsi etibarsız hesab edilməli və həmin müqavilə ilə X24 adına Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137 V-nə dair çıxarış ləğv edilməlidir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddianı qəbul etməmiş və iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, Azimi Einollah ilə X16 faktiki nikah münasibətlərində olmuş və həmin nikahdan xx xxxxxxxx 2002-ci ildə oğulları X43 doğulmuşdur. Azimi Einollah etibarnamə əsasında Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137 V-nin X31 bağışlanmışdır. Həmin bağ evi Azimi Einollahın faktiki münasibətlərində olan X12 atası X6 məxsus olmuşdur.Bağ evinin yerləşdiyi 0,16 ha torpaq sahəsi Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Bağ təsərrüfatı sahəsi ilə bağlanmış xx xxxx 2004-cü il tarixli, 4309 saylı müqaviləyə əsasən 10 il müddətinə X12 atası X3 istifadəsinə verilmişdir. Bundan sonra X12 atası tərəfindən həmin sahədə bir neçə tikili tikilmişdir. Tikilmiş tikililərdən - bağ evinin birinin ümumi sahəsi 45,52 kv.m., digəri isə 3 mərtəbəli yaşayış binası olmuşdur.2007-ci ildə Azimi Einollah bildirmişdir ki, Azərbaycanda 5 illik oturum icazəsi almaq üçün onun mülkiyyətində daşınmaz əmlakın olması zəruridir.Bu səbəblə X12 atası Azimi Einollah ilə alqı-satqı müqaviləsi bağlayaraq ümumi sahəsi 45,52 kv.m.olan bağ evini Azimi Einollaha satmışdır. Həmin müqavilə bağlanarkən Azimi Einollah tərəfindən X6 hər hansı məbləğdə pul ödənilməmişdir. Ağayev Ağakişi 2008-ci il tarixdə vəfat etmişdir.O, vəfat etməzdən əvvəl bildirmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137 V nəvəsi X31 vermək niyyətindədir.X68 da bilmişdir.2017-ci il tarixdə Azimi Einollah ilə X16 arasında belə bir razılaşma olmuşdur ki, bağ evi bütövlükdə onun adına qeydiyyata alınmasına razılıq verir, Azimi Einollah isə bağ evini oğluna bağışlayır.Müvafiq sənədləşmə işlərinin aparılması üçün Azimi Einollah ona etibarnamə vermişdir. xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137 V ünvanında yerləşən bağ evi Azimi Einollah oğlu X31 bağışlanmışdır. İddiaçıların etibarnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiaları tamamilə əsassız olduğundan rədd edilməlidir. Belə ki, mübahisəli bağ evi formal olaraq Azimi Einollahın mülkiyyətində olmuş, müvafiq razılaşma və mübahisəli bağ evinin əsl mülkiyyətçi X3 iradəsi əsasında nəvəsi X31 bağışlanmışdır.Bu baxımdan hesab edirlər ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137 V ünvanında yerləşən bağ evinin guya X16 tərəfindən ələ keçirilməsi ilə bağlı fikirləri əsassız olduğu müəyyən edilir. İddia ərizəsində qeyd olunan guya Azimi Einollahın psixi durumunda olan problemlərə görə öz hərəkətlərinin mənasını başa düşməməsi, yaxud Azərbaycan dilində oxuyub yazmağı bacarmaması barədə qeyd olunanların da hər hansı bir əsası yoxdur və həmin fikirlər həqiqəti əks etdirmir. Azimi Einollah psixi xəstəlikdən əziyyət çəkməmiş, onun psixoloji durumunda problem olmamışdır. Azimi Einollah etibarnamə verdiyi vaxtdan vəfat edənədək dəfələrlə İrana gedib gəlmişdir ki, psixi xəstəliyi olan hər hansı bir şəxsin müstəqil şəkildə bir ölkədən başqa bir ölkəyə gedib-gəlməsi mümkün olmazdı. Azimi Einollah uzun illər ərzində Azərbaycan Respublikasında yaşadığından, Azərbaycan dilində, latın qrafikası ilə yazıb-oxumağı bilirdi. Onun guya notariusu aldadaraq, Azimi Einollahın guya evli olduğunu bilə-bilə subay olduğunu bildirməyinə, bu fikirlərin də əsası yoxdur.X69 İslam Respublikasındakı həyat yoldaşından boşandığını, subay olduğunu dəfələrlə bildirmişdir. X52 evli yaxud subay olması onun tərəfindən hər hansı bir şəxsə etibarnamə verə bilməsini istisna etmir. İddiaçılar irəli sürdükləri dəlilləri təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. İddiaçılar iddialarının hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1 və 346.3-cü maddələrinə istinad etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hesab edir ki, Azimi Einollah ona etibarnamə verməsi özü-özlüyündə iddiaçıların hüquqlarının və qanunla qorunan mənafelərinin pozmamışdır. İddiaçılar irəli sürdükləri tələb üzrə qanunda nəzərdə tutulmuş müddəti də buraxmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsi ilə etibarsız əqdlər üzrə müddətlər müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasənbu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Əqdin etibarsız sayılması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində göstərilmiş müddət kəsici müddətdir. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2020-ci il tarixli qərarında göstərilmişdir ki,Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Əlavə olaraq göstərmişdir ki, iddiaçılar İddiaçı2 Azimi Einollahın arvadı olduğunu bildirsələr də, bu faktı təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən,Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.5-ci maddəsinə əsasən,dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. Bu müddəa müvafiq icra hakimiyyəti orqanının yaradılmasınadək bağlanmış dini nikahlara və onların təsdiqinə dair sənədlərə, doğum, nikahın bağlanması, nikahın pozulması və ölüm haqqında sənədlərə aid deyildir. İddiaçı2 ilə Azimi Einollah arasında mövcud olduğunu bildirən nikah göstərilən qanunvericilik normalarının tələblərinə cavab vermədiyindən İddiaçı2 ilə Azimi Einollahın hər hansı bir paylı mülkiyyətindən söhbət gedə bilməz. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh vəkili və nümayəndəsi eyni məzmunlu izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh Sumqayıt şəhəri, 4 saylı Notariat ofis məhkəməyə ünvanlanmış ərizədə işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə onuın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X23 məlum olan axırıncı ünvanına məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin ünvan tam olmadığına görə məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə «Poçt haqqında» Azərbaycan Respublikasının qanununa uyğun olaraq «Azərpoçt» tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsini rəhbər tutaraq işə cavabdeh X23 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən, ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Məhkəmə iddiaçını, iddiaçıların vəkili və nümayəndəsini, cavabdehinin vəkili və nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məçmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhəri, 4 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli etibarnamənin kserosurətindən görünür ki, etibar edən Azimi Einollah etibar edilənə Cavabdeh Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında 0,159 ha olan torpaq sahəsində yerləşən 1 otaqlı 137 V nömrəli bağ evinə sərəncam verməyi və etibarnamədə nəzərdə tutulmuş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar diqər hərəkətləri etməyi etibar edir. İş materiallarında olan və Cavabdeh tərəfindən Sumqayıt şəhəri, 4 saylı Notariat Kontoruna təqdim etdiyi xx.xx.2018-ci il tarixli ərizəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi,ev 137 V ünvanında yerləşən bağ evinin sahibi Azimi Einollahı tanıyıram, subaydır, ailəli deyil. Gələcəkdə bu barədə hər hansı bir mübahisə yaranarsa, onun həllini və məsuliyyətini öz üzərinə götürür. İş materiallarında olan Sumqayıt şəhəri, 4 saylı Notariat Kontoru təsdiq edilmiş xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin kserosurətindən görünür ki, hədiyyə verən - Azimi Einollah hədiyyə alan X32 Sumqayıt şəhəri, Novxanı bağ massivi, istifadədə olan 0,159 ha torpaq sahəsində ev 137 V ünvanında yerləşən, ümumi sahəsi 167.1 kv.m. olan bağ evinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən mülkiyyətinə verir. İş materiallarında olan və İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Konsulluq şöbəsi tərəfindən verilmiş və tərcümə edilmiş şəxsiyyət sənədinin kserosurətindən görünür ki, xx.xx.1956-ci il tarixdə doğulmuş X47 evlidir. Həyyat yoldaşı - Rugayyeh. Nikah tarixi xx.xx.1979.Uşaqlarının adı-Zəhra, Rza, Leyla, Əli və Abbas.Ölüm tarixi xx.xx.2018 İş materiallarında olan və İran İslam Respublikası, Tehran şəhəri 1271 №-li Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli tərcümə olunmuş etibarnamədən görünür ki, etibar edən Zahra Azimi, Reza Azimi, Roghıeh Hassanzadeh, Leila Azimi etibar edilənə Ali Azimiyə Azərbaycan Respublikasında məhkəmə orqanlarına müraciət etməyi və etibarnamədə nəzərdə tutulmuş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar diqər hərəkətləri etməyi etibar edir. İş materiallarında olan və Tehran şəhərində fəaliyyət göstərən həkim Mohammad Fotouhi tərəfindən verilmiş və tərcümə olunmuş arayışdan görünür ki, Eynollah Azimi X62 diaqnozu ilə xx.xx.2017-ci il tarixində cərrahiyyə əməliyyətından sonra müalicə üçün ona müraciət edib, kimoterapiya və radioterapiya ilə müalicəsi davam etdi, ancaq xəstənin üzərində müalicələr təsir göstərmədi və bir neçə dəfə müalicənin təkrarından sonra xx xxx 2018-ci il tarixində ağciyər infeksiyasi və kəskin nəfəs darlığı, eyni halda şüurunun aradabir dayanması diaqnozu ilə Arad xəstəxanasına yerləşdirilmişdir. Ancaq müalicələr təsir etməyib və xx xxx 2018-ci il tarixində kəskin nəfəs çatışmamağı səbəbi ilə xəstəxanada vəfat etmişdir. İş materiallarında olan və İran İslam Respublikası Ədliyyə Nazirliyi Ölkənin Əmlak və X20 Yanında VVAQ İdarəsi tərəfindən verilmiş X14 tərcümə olunmuş kserosurətindən görünür ki, xx.xx.1956-cı il tarixdə anadan olunmuş Eynollah Azimi və xx.xx.1961-ci il tarixdə anadan olunmuş İddiaçı2 xx.xx.1979-cu ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında 931 reyestr nömrəsi verilmişdir. İş materiallarında olan və İran İslam Respublikası Daxili İşlər Nazirliyi VVADQ İdarəsi tərəfindən verilmiş Ölüm Haqqında Şəhadətnamənin tərcümə olunmuş kserosurətindən görünür ki, xx.xx.1956-cı il tarixdə anadan olunmuş Eynollah Azimi xx.xx.2018-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 374244 № ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin kserosurətindən görünür ki, satıcı X10 Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş arayışa əsasən, bir otaqlı, ümumi sahəsi-45,52 kv.m., yaşayış sahəsi - 20,0 kv.m., köməkçi sahəsi - 25,52 kv.m. olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən ev 137 V nömrəli bağ evini alıcı X13 mülkiyyətinə verir, 0,159 ha torpaq sahəsini isə alıcının istifadəsinə verir. Satıcı bağ evini 15000 (on beş min) manata satdı, Alıcı isə həmin qiymətə aldı. Alıcı 15000 (on beş min) manat “Standart Bank”ın Sumqayıt filial vasitəsilə satıcıya tam ödədi, satıcı isə həmin məbləği almaq üçün dövlət notariusdan bank çekini qəbul etdi. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışının kserosurətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində istifadəsində olan 0,159 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 20 kv.m yaşayış, 25,52 kv.m köməkçi sahədən ibarət 137 V nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə Əzimi Eynullanın adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X53 tərəsindən Sumqayıt şəhər 3 saylı vəkil bürosuna ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda göstərilir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 137 V nömrəli bağ evi X23 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli xx xxx 2018-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası MM-in 337.1-ci maddəsinəəsasən,bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Hazırki işdə etibarnamənin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcüd deyil. Azərbaycan Respublikası MM-in 324.3-cü maddəsinə əsasən, bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqdir. Etibarnamə birtərəfli əqdir. Qanunvericilikdə etibarnamə verilməsi müqabilində digər tərəfin hər hansı öhdəliyi öz üzərinə götürülməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MM-in 327-ci maddəsinə əsasən, birtərəfli əqdlərə öhdəliklər və ya müqavilələr haqqında ümumi müddəalar müvafiq surətdə o halda tətbiq edilir ki, bu, bu Məcəlləyə, əqdin birtərəfli xarakterinə və mahiyyətinə zidd gəlməsin. «Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsinin Plenumu x xxxx 2016-cı il tarixli qə-ra-rında göstərilir ki, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir.Həmin normaya əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Mülki Məcəllənin 362.2-ci maddəsinə görə, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Belə olan halda nəzərə alınmalıdır ki, etibarnamə verilərkən təmsil edilənin bu etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və təmsilçinin özünün maraqları daxilində deyil, təmsil edilənin maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 35-ci maddəsinə əsasən,notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini müəyyən etməlidirlər.Əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır.Əqdlər təsdiq edilərkən əqdlərdə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılmalıdır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılmalıdır. Əqd nümayəndə tərəfindən aparıldıqda, onun səlahiyyəti yoxlanılmalıdır. «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 40-ci maddəsinə əsasən, hərəkətin aparılması barədə fəaliyyət qabiliyyəti olmayan şəxs müraciət etdikdə notarius və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər notariat hərəkətləri aparmaqdan imtina etməlidir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 46-ci maddəsinə əsasən, ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. İş materiallarından görünür ki, Azimi Einollah xx.xx.1979-cu il tarixdə Rugayyeh ilə ailə qurmuşdur.Həmin nikahdan onların uşaqlari var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1-cı maddəsinə əsasən, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33-cü maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. İş materiallarından görünür ki, xx.xx.2018-ci il tarixdə Azimi X4 Sumqayıt şəhəri, Novxanı bağ massivi, istifadədə olan 0,159 ha torpaq sahəsində ev 137 V ünvanında yerləşən, ümumi sahəsi 167.1 kv.m. olan bağ evinin bağışlayarkən xx.xx.1979-cu il tarixdən nikahda olan Rugayyehin notariat qaydasında təsdiq edilmiş razılığı alınmamışdır. Məhkəmə xüsusi ilə qeyd edir ki, Cavabdeh tərəfindən Sumqayıt şəhəri, 4 saylı Notariat Kontoruna təqdim etdiyi xx.xx.2018-ci il tarixli ərizəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137 V ünvanında yerləşən bağ evinin sahibi Azimi Einollahı tanıyır, subaydır, ailəli deyil. Gələcəkdə bu barədə hər hansı bir mübahisə yaranarsa, onun həllini və məsuliyyətini öz üzərinə götürür.Lakin iş materiallarından görünür ki, Azimi Einollah evlidir və onun uşaqları var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.3-cü maddəsinə əsasən, şüurun itməsi və ya müvəqqəti psixi pozuntu zamanı edilmiş iradə ifadəsi etibarsız sayıla bilər. İddia ərizəsində iddiaçılar Eynollah Aziminin xx.xx.2017-ci il tarixli etibarnaməni məhz Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346-cu maddəsində nəzərdə tutulmuş halların təsiri altında verilməsini təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutları məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqliyi və tamamlığı prezumpsiyası qüvvədədir. İnsan Hüquqlarının və X27 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasənbağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. İş materiallarından görünür ki, hədiyyə verən Azimi Einollah tək ona mənsub əmlakı deyil, öz arvadı Rugayyeh birgə nikah dövründə əldə edilmiş və birgə mülkiyyətdə olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137 V ünvanında yerləşən bağ evini hədiyyə alana bağışlamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Hec kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X27 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-i maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər.Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə içlasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-çı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X8, İddiaçı2, X41, X48, X22 Sumqayıt şəhəri, 4 saylı X39 Einollah tərəfindən Cavabdeh verilmiş xx.xx.2017-ci il tarixli, 560267 saylı etibarnamənin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməsin. Azimi Einollaha məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137 V-nin X30 bağışlaması haqqında Sumqayıt şəhəri, 4 saylı Notariat Kontorunda bağlanmış xx xxxxx 2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” etibarsız hesab edilsin və həmin müqaviləyə əsasən X23 adına Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137 Vyə dair verilmiş çıxarışı ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı rayon Məhkəməsi vasitəsi ilə Sumqayit Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar