Məhkəmə qərarları › İş №2(028)-363/2023

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-363/2023

14.09.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-363/2023 14.09.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinovun sədrliyi Quliyeva Reyhan Cəmil qızının katibliyi ilə Ərizəçi maraqlı şəxs Qubadlı Rayon İcra Hakımıyyətinə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2002-cı il təvəllüdlü qızı X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək iddia tələbindən imtina edərək iş üzrə sənədlərin əsllərinin ona qaytarılmasını xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Qubadlı Rayon İcra Hakımıyyətinə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmalı və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Qubadlı Rayon İcra Hakımıyyətinə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi ərizəsinə əlavə edilmiş sənədləri geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Qubadlı rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vladimir Ruvinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar