Məhkəmə qərarları › İş №2(028)-374/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-374/2025

03.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-374/2025 03.09.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə Occur oğlunun, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, abonent kodu **********00000 olan Sumqayıt şəhəri, İnşaatçlar qəsəbəsi (10 nömrəli yataqxananın yanı), 9-cu məhəllə, 2-ci paralel küçəsində yerləşən tikiliyə dair əsassız olaraq hesablanmış 1784,85 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı məhkəməyə dəqiqləşmə ərizəsi ünvanlayaraq, abonent kodu **********00000 olan Sumqayıt şəhəri, İnşaatçlar qəsəbəsi (10 nömrəli yataqxananın yanı), 9-cu məhəllə, 2-ci paralel küçəsində yerləşən tikiliyə dair əsassız olaraq hesablanmış 1578,85 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı anasıdır. Məcburi köçkün ailəsidirlər. X2 müvəqqəti olaraq Sumqayıt şəhəri, İnşaatçlar qəsəbəsi 9-cu məhəllə, 2-ci paralel ünvanında yerləşən tikilidə yaşayırlar. Fərdi yaşayış evinə abonent kodu **********00000 olan sayğac quraşdırılmışdır. Sayğac mexanikidir, evdən kənarda yerləşir. Həmin fərdi yaşayış evinə əsassız olaraq 1578,85 manat borc hesablanmışdır. Sayğaca müdaxilə və sayğacın laborator müayinəsi zamanı iştirak etməmişlər. 2022-ci ilin sentyabr ayında anasıgil ona zəng edərək mətbəxdə qaz açanda su gəldiyini bildirmişlər. Onun təmir işlərindən başı çıxdığı üçün anasigilə getmiş, qaz idarəsinə xəbər vermişlər. Həmin vaxt su və qaz xətlərinin qarşımasını gümah etmişdir. Qaz İdarəsinin əməkdaşları qonşuluqdakı sayğaclara plomb qoysalar da, onların sayğacına plomb qoymamış, bu hadisənin üzərindən bir müddət keçdikdən sonra onların sayğacına plomb qoymuşlar. Bundan sonra Cavabdeh İB-nin əməkdaşları onlara guya sayğaca qanunsuz müdaxilə etdiklərini bildirmiş, halbuki sayğac mənzildən bayırda yerləşmişdir. Sayğaca kimin müdaxilə etdiyini bilmirlər. Sayğacdan kənar xəttdən istifadə etməmişlər. Qeyd edir ki, anasıgilin mənzilinə sayğac 2000-ci ilin avqust ayında quraşdırılmış, 2017-ci ildə onların köhnə qaz xətti dəyişdirilmiş, lakin sayğac standartlara uyğun bağlanılmamışdır. Bu hadisədən sonra guya onların sayğacdan kənar xəttdən istifadə etmələri bildirilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddianın qanunsuz və əsassız olduğu üçün rədd olunmasını xahiş etmişdir. Belə ki, Sumqayıt şəhəri, İnşaatçlar qəsəbəsi (10 nömrəli yataqxananın yanı), 9-cu məhəllə, 2-ci paralel küçəsi ünvanında yaşayan Kubra Şəkərəliyevaya məxsus sayğaca idarənin əməkdaşları tərəfindən baxış keçirilmiş və yerində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş və aktda “sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar olunduğu” qeyd olunmuşdur. Belə ki, abonent 2017-ci il ərzində müxtəlif vaxtlarda üç dəfə sayğacdan kənar xətt çəkərək qazdan qeyri-qanuni istifadə etmişdir. Bir dəfə isə aşkar formada müdaxilə etmişdir. Abonentin sayğacdan kənar qaz xətti istifadə etməsi adi hal almışdır. Belə ki, iddiaçı sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə etdiyinə görə abonent barəsində bir neçə akt tərtib olunmuşdur. Dövlət əmlakı talanmış, faktla bağlı iddiaçıya vurulmuş ziyanın ödənilməsi bildirilmişdir. Lakin hələ də vurulmuş zərər ödənilməmişdir. Qeyd edir ki, xx.xx.2017-ci il tarixli ******* saylı akta əsasən 5067 m3 - 1013,4 manat itirilmiş qazın bərpası, xx.xx.2017-ci il tarixli ******* saylı akta əsasən 1242 m3 - 248,4 manat itirilmiş qazın bərpası, xx.xx.2017-ci il tarixli ******* saylı akta əsasən 718 m3 - 143,6 manat itirilmiş qazın bərpası, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 1440 m3 - 172,80 manat itirilmiş qazın bərpası olmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirdi ki, tərəflərindən sayğaca baxış keçirilərək xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2022-ci il tarixlərində aktlar tərtib edimişdir. 2017-ci ildə tərtib olunan aktlar abonentin sayğacdan kənar xətt istifadə etdiyi üçün, 16 sentyabr 2022-ci ildə tərtib edilmiş akt isə abonentin sayğaca müdaxilə etməsi səbəbi ilə tərtib olunmuşdur. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehinin nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən müəyyən olunur ki, Cavabdeh İB-i tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il və xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamələrə əsasən Sumqayıt şəhəri, İnşaatçlar qəsəbəsi (10 nömrəli yataqxananın yanı), 9-cu məhəllə, 2-ci paralel küçəsində yerləşən tikilidə 1242 m3, 5067 m3, 718 m3 və 1440 m3 qaz itirilmişdir. Azəriqaz” İB-i tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı xx.xx.2017-ci il tarixli akta əsasən abonent İddiaçı qaz sayğacını açıb sayğacın giriş hissəsinə rezin boru birləşdirərək qazdan qeyri-qanuni istifadə etmişdir. Azəriqaz” İB-i tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı xx.xx.2017-ci il tarixli akta əsasən abonent İddiaçı qaz sayğacının giriş hissəsini açaraq su borusu ilə birləşdirib sayğacdan kənar qazdan sitifadə etmişdir. Cavabdeh İB-i tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı xx.xx.2017-ci il tarixli akta əsasən abonent İddiaçı sayğacın kranını bağlayaraq qazdan qeyri-qanuni istifadə etmişdir. Azəriqaz” İB-i tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı xx.xx.2022-ci il tarixli akta əsasən xx.xx.2022-ci ildə Metrologiya Departamentinin rəyinə görə G4 markalı №1402AZ**********19 sayğaca baxış keçirilmiş, xətalar normadan, minimal sərfiyyatdan - 100 % xəta ilə işləyir. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. “Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən “Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 13.8-1-ci maddə əlavə edilmişdir: “Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İst ehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.” Qeyd olunan maddə 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir. Maddənin məzmunundan aydın olduğu kimi, həmin tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Analoji norma, sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5ci bəndində də müəyyən edilmişdir (həmin norma yeni redaksiyada verilmişdir - 25 iyun 2023-cü il tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı). Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 6.5-ci bəndinə əsasən - Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunan iş üzrə istehlakçının sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması artıq məhkəməyə həmin iddia tələbinin əsaslı olub-omamasına qiymət verilməsi üçün kifayət edir. Hazırda Cavabdeh əməkdaşları tərəfindən Qanunun göstərilən müddəalarının tələblərinə əməl edilməyərək, tərtib edilmiş akt inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına və ya cinayət təqibi orqanına təqdim edilməmiş, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə təsdiq edilmədən onun şəxsi hesabına borc kimi yazılaraq tələb edilir. Qeyd edilənlərə əsasən nəhkəmə hesab edir ki, abonent kodu **********00000 olan Sumqayıt şəhəri, İnşaatçlar qəsəbəsi (10 nömrəli yataqxananın yanı), 9-cu məhəllə, 2-ci paralel küçəsində yerləşən tikiliyə Cavabdeh İB tərəfindən hesablanan 1578,85 manat cərimə borcu silinməlidir. Həmçinin məhkəmə cavabdehə izah edir ki, qanunvericiliyin yuxarıda qeyd edilən normalarına riayət edilərək abonentin təqsiri müəyyən edildiyi halda, abonentə hazırki fakta görə yenidən borc hesablana bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Abonent kodu **********00000 olan Sumqayıt şəhəri, İnşaatçlar qəsəbəsi (10 nömrəli yataqxananın yanı), 9-cu məhəllə, 2-ci paralel küçəsində yerləşən tikiliyə əsassız olaraq hesablanmış 1578,85 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar