Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-385/2022 30.09.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi Aynurə Akif qızı Mustafayevanın katibliyi ilə Ərizəçi maraqlı şəxs Qubadlı rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Qubadlı rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Hazırki mülki işin baxılması 30 sentyabr 2022-ci il tarixə, saat 14:30-a təyin edilmişdir. Ərizəçi tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, həyat yoldaşı X2 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Ona görə də, işi baxılmamış saxlayıb, sənədlərin özünə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Qubadlı rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Qubadlı rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmalı, ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260-cı maddələrini rəhbər turaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Qubadlı rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlansın. İddiaçı Ərizəçi ərizəsinə əlavə edilmiş sənədləri geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vladimir Ruvinov
Məhkəmə qərarları › İş №2(028)-385/2022
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-385/2022
30.09.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver