Məhkəmə qərarları › İş №2(028)-395/2023

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-395/2023

02.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-395/2023 02.08.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən onun istifadəsində olan Ceyranbatan, yeni qəsəbə, mənzil 0081-ə dair elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış 3172 manat 35 qəpik məbləğində borcun silinməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iddiaçı iddianı müdafiə edərək göstərdi ki, Ceyranbatan, yeni qəsəbə mənzil 0081 yaşadığı ev faktiki olaraq onun istifadəsindədir.O, Qubadlı rayonu Hacılı kəndindən məcburi köçkündür və 2016-ci ildən həmin ünvanda ailə üzvləri ilə birlikdə məskunlaşmışdır. 01 fevral 2023-cu ildə “Azərişiq" ASC-nin əməkdaşları tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında 030849 saylı akt tərtib olunmuşdur ki, guya sayğacın içində borc yığılıb. Bu tamamilə əsassızdır. Belə ki, o, hər ay vaxtlı-vaxtında işıq pulunu ödəmişdir. Yaşayış evi üçün 3172 manat 35 qəpik borc nə qədər doğrudur.Elektrik enerjisindən evdə nəyə istifadə edə bilərdi? Akt tərtib olunarkən onun iştirakı təmin olunmayıb. Halbuki qanunun tələbinə görə akt tərtib olunarkən onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib olunmalı idi. Hazırkı aktdakı hal şahidləri isə cavabdeh təşkilatın əməkdaşlarıdır. Onların isə cavabdehin xeyrinə şahidlik etmələri normal haldır. Akt tərtib olunarkən onun iştirakı təmin olunsaydı, o zaman belə bir əsassız akt tərtib oluna bilməzdir. Sayğac üzrə cavabdeh təşkilata heç bir borcu yoxdur. Lakin cavabdeh "xxxx" ASC tərəfindən ona bildirilir ki, 3172 manat 35 qəpik borcu var. Cavabdeh ASC tərəfindən hesablanmış 3172 manat 35 qəpik məbləğində borc Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydalarrnın tələblərinə zidd olaraq əsassız hesablanmışdır. Cavabdeh tərəfindən heç bir əsası olmadan qeyri-müəyyən hesablanmış borcun ondan tələb etməsi onun hüququnun kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində bildirilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin mənasına görə insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan və vətəndaş hüquq və azadlıqıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir.Bunları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC nümayəndəsi iddianı qəbul etmədi və etiraz edərək göstərdi ki, iddiaçının evinə xx.xx.2015-ci il tarixində elektrik hesabat sayğacı quraşdırılmışdır.İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 4743,01 manat dəyərində elektrik enerjisindən istifadə etmiş, həmin məbləğdən 1568,10 manat ödəniş etmiş və onun 3174,91 manat borcu qalmışdir. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları iddiaçının mənzilinin elektrik hesabat sayğacına baxış keçirilən zaman məlum oldu ki, elektrik sayğacının üzərində komputer məlumat bazasına daxil edilməmiş 28479 kvt.saat elektrik sərfiyyatı vardır. Ölçmə zamanı xətdən axan yük Pfak=3,89 kvt, Psay=3,89 kvt.Qoyuluş gücü naqilin en kəsiyinə əsasən 2x10 mm2 aliminum naqil Pqoy=11 kvt təşkil etməsi halı aşkar edilmişdir.Abunə haqqında çıxarışdan görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixindən xx.xx.2023-cü il tarixədək aylıq ödənişləri vaxti-vaxtinda ödəməmişdir. “Elektrik enerjisindən istifadə qaydaları”nın 9.10-cu bəndinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.Bütün bunlar iddiaçının “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinin açıq aşkar pozduğunu göstərdiyindən və isrehlakçının məhkəməyə müraciət rdərək məsuliyyətindən yayınmaq niyyətindən irəli gəldiyindən hüquqdan sui-istifadə hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iş üzrə iddiaçını, cavabdehin nümayəndəsini dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası «Elektroenergetika haqqında» qanununun 11ci maddəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. İş materiallarında olan "xxxx" İB-yi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli NDM N 030849 nömrəli aktına əsasən EEİQ-na uyğun baxış keçirən zaman məlum oldu ki, elektrik sayğacının üzərində kompyuter məlumat bazasına daxil edilməmiş 28479 kvt/saat eletrik sərfiyyatı vardır.Ölçmə zamanı xətdən axan yük Pfak=3,89 kvt, Rvt Psay=3,89 kvt.Qoyuluş gücü naqilin en kəsiyinə əsasən 2*10 mm2 aliminium naqil.Pqoy=11 kvt təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli abunə haqqından görünür ki, abunəçi İddiaçı elektrik enerjisinə görə 02.2023-cü ildə 2278,32 manat, 02.2023-cü ildə 1408,95 manat, cəmi 3172,35 manat borcu yaranmışdır.Eyni zamanda xx.xx.2023-cü il tarixli abunə haqqından görünür ki, xx.xx.2023-cü il tarixdə həmin ünvana məlum olmayan səbəblərə görə yeni sayğac quraşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci bəndinə əsasən,yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. "xxxx" İB-nin əməkdaşları tərəfindən iddiaçının yaşayış evinə keçirilmiş videoşəkilişdən görünür ki, iddiaçının fərdi yaşayış evinə quraşdırılmış hesablaşma elektrik sayğac evin fasadında yerləşdirilmişdir. Fiziki şəxs olan istehlakçıların yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehliyi işıq paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, sayğac yaşadığı evdən kənarda yerləşdiyindən, cavabdeh tərəfindən iddiaçının abuna koduna borcun hesablanması əsassız olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.16-ci bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən Ceyranbatan, yeni qəsəbə, mənzil 0081-ə elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış 3172,35 (üç min yüz yetmiş iki,35) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar