Məhkəmə qərarları › İş №2(028)-399/2023

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-399/2023

27.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-399/2023 27.07.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi ilə İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə müraciət edərək, «Azəriqaz» İB tərəfindən tərtib olunmuş aktların əsasında hesablanmış 1365,40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.İddianı dəqiqləşdirərək 1444 m3 itirilmiş qaz üçün hesablanmış 172 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə ünvanlanmış ərizədə iddiaçının nümayəndəsi işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, cavabdeh təşkilat olan Azərişqaz İB-yi yaşadığı ünvanda qaz zayğacının yoxlanılması barədə 31 avqust 2022-ci il tarixli və təbii qazın uçotu və TQİQna riayət olunmasının yoxlanılıb nöqsanın müəyyən olunması barədə 16 sentyabr 2022ci il tarixli aktlar tərtib edərək dəymiş ziyanın bərpasına dair tələbnamə irəli sürüb.Həmin aktlara və 01771520 abonent saldosuna görə iddiaçının cavabdeh təşkilata 1440 m3 dəyərində borcu olduğu göstərilmişdir.Belə ki, aktda göstərilmişdir ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanmış, müəyyən olunmuşdur ki, mənzildə sayğacdan kənar qaz xətti aşkar olunmuşdur.İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən tarixli hesabatla itirilmiş təbii qazın həcminin 1440m3 olduğu göstərilmişdir.Buna əsasən də abonentin saldosu ilə onlara istehsalçıya dəymiş ziyan kimi 1365,40 manat borc hesablanmışdır. Cavabdeh təşkilat bu borcun guya onların yaşayış sahəsinə əlavə xətt quraşdırmış olmasına görə yaranmış olduğunu qeyd etmişdir. Halbuki nə mənzilə əlavə xətt quraşdırılmayıb, nə də təşkilatın tərtib etdiyi bu aktlardan xəbəri olmayıb.Onlara borc hesablanmış olduğunu təzəlikcə bilib və ərizəyə əlavə olunan aktları, saldonu gedib cavabdeh təşkilatdan götürmüşdür. İddiaçı şəhid anasıdır, bu yaşayış sahəsi 10 saylı yataqxananın böyründə yarımçıq tikili idi, onu düzəldib, tamamlayıb 2008-ci ildən orda yaşamağa başlayıblar.Nəyə görə əlavə xətt çəkməli idi. Bu onun nəyinə lazımdı, cəmi 3 nəfərlik ailəsi var və mənzilə gələn qaz onlara tamamilə kifayət edirdi.Heç dövlətin müəyyən etdiyi limiti işlədib qurtarmırlar. Bu aktın tərtib edilməsi qanunauyğun deyildir və akt əsasında hesablanmış borc əsassızdır.Cavabdeh hər ay qaz xətlərini yoxlayır, sayğaca baxış keçirir və orada hər hansı müdaxilə olmasını dərhal bilir.Belə bir hal olmuş olsa idi, onu görməli idi. Ona görə də bu əsassız hesablanmış borcun silinməsini tələb edir. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi haqqında Qanunun 26-cı maddəsinə əsasən İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının AR MPM-nin 36.9-ci maddəsinə görə istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh «Azəriqaz» İB qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına onun səlahiyyətli nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan «Azəriqaz» İB-yi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğacının kalibrlənmə laboratoriyasının qaz sayğacının yoxlanması barədə xx.xx.2022-ci il tarixli 29/1710-02844-1 aktına əsasən 1402AZ**********19 sayğaca baxış keçirildi.Sayğacın klapanı işlək deyil.Yivli birləşmələr korroziyaya uğrayıb. Qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır.Sayğacın yaddaş arxivi oxundu. Sayğacda istismar müddətində ALARM-1 rejimi aşkar olunmayıb.Xətalar normadan artıqdır.Sayğac minimal sərfiyyatda-100 % nisbi xətayla işləyir, hesablanma mexanizmi minimal fərfiyyatda keçən qazın həcmini qeyd etmir.Kamera vasitəsi ilə sayğacın daxilinə baxiş keçirildi, kənar təsir izləri aşkar edilmədi.Sayğac istismara yararsızdır. Qaz sayğacının nominal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddət 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin.Cəmi 1440m3 İş materiallarında olan «Azəriqaz» İB-yi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktından görünür ki, xx.xx.2022-ci ildə Metrologiya Departamentinin rəyinə görə G4 markalı №(1402AZ**********19) sayğaca baxış keçirildi.Xətalar normadan.Sayğac minimal sərfiyyatda 100% nisbi xəta ilə işləyir.Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2022-ci il tarixə İddiaçı qalıq və aktlar üzrə borcu yoxdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğaçları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydalarının 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaçlarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydalarının 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin qaydalarının 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli qətnaməsində göstərmişdir ki, fiziki şəxs qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə ümumiyyətlə məsuliyyət daşımır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca cavabdeh tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, sayğac yaşadığı evdən kənarda yerləşdiyindən, itirilmiş qazın bərpası məqsədi ilə iddiaçı tərəfindən cavabdehin abuna koduna borcun hesablanması əsassız olmuşdur. Məhkəmədə qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutları cavabdeh təqdim etməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «Azəriqaz» İB tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, İnşaat (10 yataqxananın yanı) 9-cu məhəllə, 2 paralel küçə ünvanına (abonent kodu **********00000) hesablanmış 172 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar