Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-421/2022 06.09.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən xüsusi mülkiyyət hüququ ilə ona məxsus Sumqayıt şəhəri, Koroğlu prospekti, 871, AZ 5011 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair əsassız olaraq hesablanmış 2196 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının vəkili və nümayəndfəsi iddianı müdafiə edərək göstərdi ki, Sumqayıt şəhəri, Koroğlu prospekti, 871, AZ 5011 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2019-cu il tarixdən xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. xx.xx.2002-ci il tarixli müqaviləyə əsasən həmin ünvana su sayğacı quraşdırılmışdır. Müqavilə bağlanan zaman həmin qeyri-yaşayış sahəsi kafe kimi fəaliyyət göstərirdi. Müqavilə fiziki şəxs Əliabbas Əliyevlə ilə bağlanmışdır.Hazırda müqavilə və abunə kodu həmin şəxsin adınadır. xx.xx.2021-ci il tarixli 601017 saylı akta əsasən iddiaçıya məxsus qeyri- yaşayış sahəsinə 2196 manat məbləğində cərimə hesablanmışdır.Aktda qeyd olunub ki, guya sayğacdan kənar qanunsuz su xəttindən istifadə olunmuşdur.Lakin heç bir qeyri-qanuni kənar su xətti olmamışdır.Tərtib olunan akt və həmin aktın əsasından yazılmış cərimə əsassızdır. Bütün bunlar iddiaçının hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Əgər hər hansı bir kənar xətt olsaydı, o zaman cavabdeh orqanın əməkdaşları tərtib etdikləri aktın bir nüxsəsini istehlakçıya verməli idi. İddiaçının aktdan və aktın tərtib olunmasından xəbəri olmamışdır.Akta onun tərəfindən hər hansı bir imza atılmayıb. O, vergi ödəyicisi deyil və sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası qanununun 30-cu maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. «Sudan istifadə qaydalarının» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarının 2.1.3-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək STKM-in vəzifəsidir. Həmin qaydaların 6.1-ci bəndinə əsasən STKM ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhədində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra – Xidmət) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində Xidmətin və STKM-in plombu olan müvafiq suölçən cihaz quraşdırılır. Həmin tələblərə cavab verməyən suölçən cihazların və digər ölçmə vasitələrinin quraşdırılması qadağandır. Həmin qaydaların 6.5-ci bəndinə əsasən istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Suölçən cihaz quraşdırılmış sahənin (obyektin) sonradan hər hansı şəxsin istifadəsinə (icarəsinə) verilməsi suölçən cihazın çıxarılması (dəyişdirilməsi) üçün və ya STKM tərəfindən onun quraşdırılmasına çəkilmiş xərcin ödənilməsinin həmin şəxsdən tələb olunması üçün əsas deyildir. Həmin qaydaların 6.9-ci bəndinə əsasən yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların göstəricilərinə sərbəst şəkildə baxılmasına şərait olmalıdır və həmin cihazların üzərindəki plomblar onların toxunulmazlığının təmin edilməsi məqsədi ilə STKM tərəfindən örtüklə örtülməlidir. Həmin qaydaların 6.16-ci bəndinə əsasən, su təchizatı qurğularının, suölçən cihazın və onun üzərindəki plombun zədələnməsi halları aşkar olunduqda, habelə STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına istehlakçı tərəfindən lazımi şərait yaradılmadıqda, müvafiq akt tərtib edilir. Aktın bir nüsxəsi istehlakçıya təqdim edilir. Tərtib edilmiş akta əsasən istehlakçının təqsiri üzündən STKM-ə maddi zərər vurulması müəyyən edildikdə, dəymiş ziyan hesablanaraq istehlakçıya ödəniş sənədi təqdim edilir. Həmin qaydaların 8.6-ci bəndinə əsasən, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Həmin qaydaların 8.7-ci bəndinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. Göstərilənlərini nəzərə alaraq iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi iddianı rədd edərək göstərdi ki, İddiaçı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə xx.xx.2021-ci il tarixinə 2196 manat borcu yaranmışdır. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o, borcunu ödəməkdən yayınır.Bunları nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının vəkili və nümayəndəsini, cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışının kserosurətindən görünür ki, Sumqayıt şəhəri, Koroğlu prospekti, 871, AZ 5011 ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan və Cavabdeh ASC Sumqayıt Sukanal İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş 601017 nömrəli aktdan görünür ki, Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən istehlakçı F-klubda baxış keçirilən zaman məlum oldu ki, abonent d=15mm-lik boru vasitəsi ilə sayğacdan kənar qeyri-qanuni olaraq sudan istifadə edir. Obyektin nümayəndəsi Hacıyev Arzu aktın doğruluğunu imzalamamışdır. İş materiallarında olan və Cavabdeh ASC Sumqayıt Sukanal İdarəsi tərəfindən F/S Əliyev Əliabbas A.Kafe Alatau barəsində 601017 saylı Akta əsasən su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqının ödənişi üçün sənəddən görünür ki, dəymiş maddi ziyan borcunun məbləği 2196 manat təşkil edir.xx.xx.2021 tarixə qalıq borcu 1906,29 manat təşkil edir. Məhkəmə xüsusi ilə qeyd edir ki, 47-ci məhəllədə yerləşən F-club tərəfindən sayğacdan kənar qanunsuz su xəttindən istifadə edilməsi Cavabdeh ASC Sumqayıt Sukanal İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş 601017 aktından başqa hər hansı sübut növü ilə, o cümlədən video yazıları ilə təsdiq olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus Sumqayıt şəhəri, Koroğlu prospekti, 871, AZ 5011 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair əsassız olaraq hesablanmış 2196 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-421/2022
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-421/2022
06.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver