Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-44/2025 22.09.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi ilə İddiaçı nümayəndəsi X1 Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı akt əsasında hesablanmış əsassız borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən faktiki olaraq onun istifadəsində olan Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Pərviz Hüseynov küçəsi, TREST-in arxası fərdi ev 201 ünvanına dair elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış 11802,27 manat məbləğində borcun silinməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək bildirdi ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Pərviz Hüseynov küçəsi, TREST-in arxası fərdi ev 201 ünvanında yaşadığı ev faktiki olaraq yoldaşı ilə istifadəsindədir. Əri Qubadlı rayonu, Qaralar kəndindən məcburi köçkündür və 2010-cu ildən həmin ünvanda məskunlaşmışlar. Məcburi köçkün olduqlarından elektrik enerjisindən istifadəyə görə ödənişlər qaçqınkom tərəfindən ödənilmişdir. Hazırda cavabdeh tərəfindən əsassız olaraq 11802,27 manat məbləğində borc hesablanmışdır. Tələb olunan dövr üçün cavabdeh təşkilata borcu yarana bilməzdi. Belə ki, 2017-ci ildən dövlət kommunal xərclərin ödənilməsi üçün onlara aylıq müavinat ödəyir. Hər ay vaxtlı-vaxtında kommunal xərclər tərəflərindən gecikdirmə olmadan ödənilir. Həmin ildən onlara ödənilən müavinətin bir hissəsini "xxxx" ASC yaranmış borca görə tutur. Həmin borc əsassız olaraq hesablanmışdır və borc silinməlidir. Bunları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, sözügedən evə 2009-cu ildən köçmüş, lakin yaşadıqları mənzildə həmin tarixdən 2023cü ilə qədər olan müddətdə qaz olmamış, mənzillərini məhz elektrik enerjisindən istifadə etməklə qızdırmışlar. Cavabdeh "xxxx" ASC etiraz ərizisi ilə məhkəməyə müraciət edərək, iddiaçının ASC tərəfindən əsassız hesablanmış 11802,27 manat borcun silinməsi tələbinə dair iddia tələbinin qanunsuz və əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı evə xx.xx.2017-ci il tarixdə VİKOİ-M580DBOT tipli zavod nömrəsi M740797 olan elektirk hesabat sayğacı quraşdırılmış və istifadəsinə verilmişdir. İddiaçı məcburi köçkündür. Ona hər ay 4 nəfər üçün aylıq 96 manat limit ayrılır. İddiaçı ümumilikdə 13405,33 manat məbləğində 176960 kvt saat miqdarında elektrik enerjisindən istifadə etmişdir. xx.xx.2017-ci il tarixdən hal-hazırki müddətə kimi ona 1422,74 manat məbləğində limit ayrılmış və sözügedən 13045,33 manatdan həmin məbləğ çıxılmışdır. Hazırda iddiaçının 11622,59 manat məbləğində sərfiyyat borcu vardır. İddiaçının silinməsini tələb etdiyi borc məbləği limitdən artıq istehlak edilmiş borc məbləğidir. Dəfələrlə iddiaçıya istehlak etdiyi elektrik enerjisinin dəyərinin ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin iddiaçı istifadə etdiyi elektrik enerjisindən ümumiyyətlə ödəniş etməmişdir. İddiaçı iddia ərazisində qeyd etmişdir ki, guya elektrik enerjisinin dəyərini vaxtlı-vaxtında ödəyir. İddiaçının silinməsini tələb etdiyi borc məbləği istehlak edilmiş elektrik enerjisinin dəyəridir və mütləq qaydada ödənilməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının əsassız hesab etdiyi borc tam qanuni hesablanmış borc məbləğidir. Mənzilə 2017-ci ilin yanvar ayından sayğac, xx.xx.2025-ci ilin fevral ayından isə smart kart tipli sayğac quraşdırılmışdır. Qeyd edir ki, iddiaçı tərəf yalnız 2025-ci ilin 15 fevralından ödənişlər etməyə başlamış, lakin arada qalan 8 il ərzində ödənişlər edilməmişdir. Qaçqınkom tərəfindən ödənişlər edilsə də, iddiaçı tərəf həmin məbləği aşaraq əlavə enerji sərfiyyatı edib və nəticədə qeyd edilən borc yaranmışdır. Silinməsi tələb olunan məbləğinin 504,78 manatı dondurulmuş borc məbləğidir. Qalan vəsait tam olaraq ödənilməlidir. Evin alqı-satqısı zamanı və ya sayğaclar dəyişən zamanı vətəndaş ASAN xidmətə müraciət etdikdə həmin borcun mövcudluğu bildirilir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixli Xidməti Məlumata əsasən abonent İddiaçı məxsus Sumqayı şəhəri, İnşaatçılar qəsəbəsi, Trestin arxası, 56 saylı ünvnadakı mənzil məlumat bazasında xx.xx.2016-cı il tarixində **********000056 kodla, sayğacsız kimi 3645 kvts. (218,7 manat) ilə qeydiyyata alınıb. Mənzilə xx.xx.2017-ci ildə elektrik hesabat sayğacı quraşdırılaraq istismara verilib. xx.xx.2016-cı ildə aparılmış “Məcburi köçkün borcunun dondurulması” zamanı onun hesabına donma əməlliyatı şamil edilərək 504,78 manat dondurulub. Hal-hazırda "xxxx" ASC tərəfindən həmin borcların ödənişi tələb olunmadığından, abonentlərə təqdim edilən bildirişdə qeyd edilmir. Lakin abonentlərə borcun olub-olmaması haqqında arayış verilərkən, həmin borcun mövcudluğu bildirilir və borc ödənilməlidir. Həmin borcun silinməsi müəssisənin səlahiyyətində deyil, xx.xx.2017-ci il tarixdə 242168 saylı arayışa əsaslanaraq 504 manat qaçqın limiti daxil edilmişdir. Həmin tarixdən xx.xx.2023-cü il tarixinə kimi 84 manat, xx.xx.2024-cü il tarixindən isə 96 manat qaçqın limiti vurulmuşdur. Mənzildə yaranmış borc sayğacla sərf olunan, lakin ödənişi təmin olunmayan enerjinin dəyəri olduğu məlum olmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 9/1737 saylı xx.xx.2025-ci il tarixli Ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə görə iş materiallarında olan abonentin saldo cədvəlinə əsasən 1 kvt sərfiyyat üçün 0,07 manat məbləği müəyyən edilir. X2 mülkiyyətində olan Sumqayı şəhəri, İnşaatçılar qəsəbəsi, Trestin arxası, fərdi ev 201 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacındakı (abonent kodu-**********000056) istifadə edilmiş elektrik enerjisi 12368,3 (176690 kvt*0,07 manat) məbləğində müəyyən edilir. xx.xx.2017-ci il tarixdən 2024-cü ilin dekabr ayınadək ümumilikdə 1422,74 mnat məbləğində limit ayrılmışdır. Həmin limit məbləği 12368,3 manat məbləğindən çıxılaraq (12368,3-1422,74) 10945,56 manat müəyyən edilmişdir. Abonentin saldo cədvəlindəki məlumatlara əsasən İddiaçı elektrik sərfiyyatı 2024-cü ilin dekabr ayınadək sonuncunun ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacındakı (abonent kodu-**********000056) elektrik sayğacına görə yaranmışdır. Abunə haqqında saldoya əsasən abunəçi İddiaçı elektrik enerjisinə görə xx.xx.2016-cı il tarixdə 504,78 manat dondurulmuş qaçqın borcu mövcuddur. Azərbaycan Respublikası “Elektroenergetika haqqında” Qanununun: - 11-ci maddəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: - 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. - 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanının 1- 1-ci bəndinə əsasən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun. xx.xx.2016-cı ilə qədər məcburi köçkünlərin borcunun silinməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən limitdən artıq istifadə olunan elektrik enerjisinin dəyəri silinməlidir. İşin məhkəmə tərəfindən tədqiq edilmiş hallarından müəyyən edilmişdir ki, iddiaçının silinməsini tələb etdiyi məbləğin az bir hissəsi qaçqın bocu olmuşdur. Göründüyü kimi 2009-2023-cü illər ərzində həmin mənzil qaz xətti ilə təmin edilməmiş, nəticədə iddiaçının özünün də etiraf etdiyi kimi bu müddət ərzində mənzilin qızdırılması və məişətdə yalnız elektrik enerjisindən istifadə edilmişdır. Nəzərə alsaq ki, 2009-cu ildən 2023-cü ilədək 14 ildən artıq müddət keçmişdir, bu müddət ərzində elektrik enerjisindən istifadəyə görə hesablanmış borc məbləği ağlabatan hesab edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, abunə haqqında olan çıxarışda qaçqın limiti olaraq göstərilmiş 504,78 manat borc istisna olmaqla iddia tələbi qalan hissədə təmin edilməməli və qalan borc məbləği iddiaçı tərəfindən istifadə olunmuş sərfiyyata aid edilməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Pərviz Hüseynov küçəsi, TREST-in arxası, fərdi ev 201 ünvanına əsassız hesablanmış 504,78 manat borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV
Məhkəmə qərarları › İş №2(028)-44/2025
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-44/2025
22.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver