Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-474/2021 31.08.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı «Azəriqaz» İB-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı «Azəriqaz» İB-nin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən “Azəriqaz” İstehsalat Birliyiyə vurulmuş 1515,80 manat məbləğində zərərin və 30 manat ödənilmiş dövlət rüsümunun, ümumilikdə isə 1545,80 manat cavabdehdən alınaraq “Azəriqaz” İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153,VÖEN **********, M/H AZ03NABZ********************,SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək göstərdi ki, “Azəriqaz” İstehsalat Birliyi 18.05.2020-ci il tarixli 07-877 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi” əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir.Həmin ünvana “Azəriqaz” İB-nin Bakı X3 Departamenti tərəfindən **********00440 nömrəli abonent kodu verilmişdir. Cavabdeh qeyd olunan müqavilənin 2.3.2-ci yarımbəndinin və “Qazdan istifadə qaydalar”nın 6.5-ci bəndinin tələblərini pozaraq qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərində, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş qaz xəttinə baxış keçirərkən özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq talaması faktları aşkar olunmuş, yerindəcə aktlaşdırmaqla rəsmiləşdirilmişdir.Cavabdehin təqsirli hərəkətləri nəticəsində irəli gələn hallar və faktlar Birliyinin əməkdaşları tərəfindən foto çəkişlərlə lentə alınmış və müvafiq aktlar tərtib edilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində Smart G-4 İTRON markalı, GPG12297961 nömrəli qaz sayğacı quraşdırılmışdır.Lakin cavabdeh müqavilənin 2.3.2ci yarımbəndinin və “Qazdan istifadə qaydalar”nın 4.9-ci bəndinin tələblərini pozaraq qaz sayğacından kənar xəttə qoşulmaqla istifadəsinə verilmiş sayğaca müdaxilə etməklə təbii qazı talamışdır. Yuxarıda qeyd ediləndən başqa 30.01.2018-ci il tarixdə “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən Birliyin balansında və istismarında olan cavabdehin mənzilinə qurasdırılmış qaz sayğacına baxış keçirərkən GPG12297961 nömrəli qaz sayğacının yaddaşında dəyəri ödənilməmiş qaz sərfiyyəti aşkar olunmuşdur.Çıxarılan sayğac laboratoriyaya rəy verilməsi üçün göndərilmiş, yerinə 1702AZ**********566 saylı sayğac quraşdırılmışdır. Çıxarılan qaz sayğacı üzrə Azərbaycan Respublikası DNŞ-nin «Azəriqaz» İB-nin laboratoriya rəyi əsasında tərtib etdiyi 29/1710-00091 saylı aktına əsasən sayğacda xətaların normadan artıq olması və klapanın işlək olmaması öz təsdiqini tapmışdır. «Azəriqaz» İB-nin Bakı RQÖQX Departamentinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını yoxlama laboratoriyasının MSK- 29/1110-00091 nömrəli rəyinə əsasən itirilmiş qazın bərpası məqsədi ilə fakta görə 30.03.2018-ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmiş, cavabdeh imzalamaqdan imtina etmişdir.Sayğaca müdaxilə nəticəsində külli miqdarda təbii qaz itirilmişdir.Cavabdehə 30.03.2018-ci il tarixdə 3240 m3 həcmində itirilmiş qaz müəyyən edilərək dəymiş ziyan 648 manat miqdarında borc hesablanmışdır. Cavabdeh tərəfindən sayğaca müdaxilə və sayğacdan kənar qaz xəttinə qanunsuz qoşulma halı aşkar olunduğu üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcısı qanunsuz xətti dərhal qaz paylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası MM-in 21-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Cavabdehin təqsirli hərəkətləri nəticəsində “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş 30.04.2018-ci il tarixli ******* nömrəli akt əsasında 648 manat, 29.11.2019-cu il tarixli ******* nömrəli akt əsasında 426,60 manat və 30.12.2019-cu il tarixli ******* nömrəli akt əsasında 295,20 manat, cəmi 1369,80 manat “Azəriqaz” İstehsalat Birliyinə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Bundan başqa cavabdehin “Azəriqaz” İstehsalat Birliyinə 333 manat məbləğində borcu olmuş və həmin borcdan 185,20 manat ödəniş olmuşdur. Cavabdeh tərəfindən “Azəriqaz” İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyən üzrə) hazırda ümumi olaraq 1515,80 manat təşkil edir. Tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi”nin 2.3.4.-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları” na əsasən müəyyən edilmişdir. Cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcısı qanunsuz xətti dərhal qaz paylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası MM-in 386-ci maddəsinə müvafiq olaraq öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qusurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-in 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” 29.06.2000-ci il tarixli, 356 saylı Fərmanın 9-cu bəndində qeyd olunur ki, “Azəriqaz” İB təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər, enerji daşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısını qətiyyətlə alsınlar, enerji daşıyıcılarından müəyyən olunmuş normalardan və limitlərdən artıq istifadə edilməsinə yol verməsinlər. Qeyd olunanlara əsasən iddiasının təmin edilməsini xahiş etdi. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi”ndən görünür ki, “Azəriqaz” İstehsalat Birliyinin Bakı X3 Departamenti ilə Cavabdeh arasında 18.05.2020-ci il tarixdə 07-877 saylı müqavilə bağlanmışdır.Müqavilənin 2.1.1-ci bəndinə əsasən paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etməlidir. Həmin müqavilənin 2.3.1-ci maddəsinə əsasən isə istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası DNŞ-nin «Azəriqaz» İB-yi tərəfindən tərtib edilmiş 30.04.2018-ci il tarixli aktından görünür ki, **********00440 nömrəli abonent kodu olan mövcüd sayğac işlədicilərin saatlıq qaz sərfinə uyğun yeni sayğacla əvəz edilsin.Dəymiş ziyan həcmi 3240 m3 təşkil edir. İş materiallarında olan «Azəriqaz» İB-yi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktından görünür ki, **********00440 nömrəli abonent kodu olan qaz sayğaca baxış keçirildi, sayğacın yivli birləşmələri korroziyaya uğrayıb, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sol metrologiya plombu boyu ilə rənglənib. Dəymiş ziyan hesablansın. İş materiallarında olan Azərbaycan Respublikası DNŞ-nin «Azəriqaz» İB-yi tərəfindən tərtib edilmiş 29.11.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, **********00440 nömrəli abonent kodu olan fərdi evdə “Qazdan istifadə qaydalar”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğunu aşkar edilmişdir.Dəymiş ziyan həcmi 4266 m3 təşkil edir. İş materiallarında olan «Azəriqaz» İB-yi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktından görünür ki, **********00440 nömrəli abonent kodu olan G-4 markalı qaz sayğaca baxış keçirildi, abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar olundu. Dəymiş ziyan hesablansın və ödənilsin. İş materiallarında olan «Azəriqaz» İB-yi tərəfindən tərtib edilmiş 29.11.2019-cu il tarixli 07/33 aktın kserosurətindən görünür ki, **********00440 nömrəli qaz sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edildi. İş materiallarında olan Azərbaycan Respublikası DNŞ-nin «Azəriqaz» İB-yi tərəfindən tərtib edilmiş 30.12.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, **********00440 nömrəli abonent kodu olan fərdi evdə “Qazdan istifadə qaydalar”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğunu aşkar edilmişdir.Dəymiş ziyan həcmi 2952 m3 təşkil edir. İş materiallarında olan «Azəriqaz» İB-yi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktından görünür ki, **********00440 nömrəli abonent kodu olan G-4 markalı qaz sayğaca baxış keçirildi, abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar olundu. Dəymiş ziyan hesablansın və ödənilsin. İş materiallarında olan «Azəriqaz» İB-yi tərəfindən tərtib edilmiş 30.12.2019-cu il tarixli 07/281 aktın kserosurətindən görünür ki, **********00440 nömrəli qaz sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edildi. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydalarının 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydalarının 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.Həmin qaydalarının 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmədə iddiaçı qaz sayğacının zədələnməsinin məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutları təqdim etməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyinə vurulmuş 721,80 manat məbləğində zərər və 30 manat ödənilmiş dövlət rüsümu, ümumilikdə isə 751,80 manat Cavabdeh “Azəriqaz” İBnin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153,VÖEN **********, M/H AZ03NABZ********************,SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********,İBAN:AZ50İBAZ********************) bank hesabına ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-474/2021
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-474/2021
31.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver