Məhkəmə qərarları › İş №2(028)-506/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-506/2025

20.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-506/2025 20.11.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı məhkəməyə müraciət edərək, cavabdehin Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, 396/B evinin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə xx.xx.2025-ci il tarixə hesablanmış 5963 manat məbləğində borcun silinməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə dəqiqləşmə ərizəsi ünvanlayaraq, cavabdeh "xxxx" ASC-dən xx.xx.2025-ci il tarixə hesablanmış 3541,24 manat məbləğində əsassız borcun silinməsi barədə qətnamə qət edilməsini, və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, 396/B evdə yaşayır. Cavabdeh tərəfindən mənzildə su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə xx.xx.2025-ci il tarixə 5963 manat borc hesablanmışdır. Ailə üzvləri ilə birlikdə 2014-cü ildən başlayaraq həmin evdə yaşamış və bütün kommunal xərcləri vaxtlı-vaxtında ödəmişdirlər. Su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə cavabdeh akt tərtib etmişdir. Su sayğacının elektron platasında qüsur olduğuna və normal işləmədiyinə görə NÖCİ-si tərəfindən yeni sayğacla dəyişdirilmişdi və plomblanıb istifadəyə verilmişdir. Plomb və su sayğacı lobaratoriya sınağı aparılması üçün abonentə təfil verilmişdir. Hesab edir ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, 396/B evə sayğac quraşdırılmada metodiki hesablanmış və tələb olunan borc silinməlidir. Bunları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zaman iddiaçı bildirmişdir ki, su sayğacında nasazlıq olduğuna görə özü "xxxx" ASC-nin əməkdaşlarına məlumat vermişdir. Onlar gəlib yoxlamışdırlar. Qeyd etmişdirlər ki, sayğaca müdaxilə olmayıb, lakin ona baxmayaraq işləmir. Əməkdaşlar akt tərtib etmiş və sayğacı laboratoriyada yoxlatdırmağa görə ona təhvil vermişdirlər. Laboratoriyada yoxlama zamanı sayğacın elektron sisteminin işləmədiyi məlum olmuşdur. Bu səbəbdən yeni sayğac qoyulmuşdu. Sayğacda nasazlıq olmasında onun heç bir müdaxiləsinin olmadığına görə tələb olunan borcla razı deyil və silinməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən zaman cavabdehin nümayəndəsi Nümayəndə bildirmişdir ki, xx.xx.2014-cü il tarixində sözügedən ünvanın su xətti üzərinə smartkart tipli sayğac quraşdırılaraq istifadəyə verilmişdir. Qeyd edilən tarixdən xx.xx.2025-ci il tarixinə kimi sayğacın smart kartına cəmi 770 m3 su sərfi yüklənmişdir. xx.xx.2025-ci il tarixində mənzildə olan smart-kart tipli sayğacın elektron hissəsi istismara yararsız olduğu üçün dəyişdirilərək yerinə İSS - 20 markalı, 24118309 nömrəli mexaniki tipli su sayğacı quraşdırılmışdır. Qeyd edilən tarixə sayğacın mexaniki hissəsinin göstəricisinə (5963 m3 ) əsasən müəyyən edilmiş sərfiyyatın dəyəri ödənilmiş sərfiyyatın həcmindən 5193 m3 artıq olduğu məlum olmuşdur. X2 İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 29322/0385469 nömrəli laboratoriya rəyində də sayğacın mexaniki göstəricisinin 5963 m3 olması öz təsdiqini tapmışdır. Eyni zamanda qeyd etmişdir ki, mexaniki və elektron yükləmə göstəriciləri arasında fərqin daha öncəki illərdən yaranaraq toplandığını nəzərə alaraq bərpa edilmiş əlavə sərfiyyatın (5193 m3) ötən illərə düşən hissəsində əvvəlki illərdə mövcud olmuş tariflər əsasında hesablama tətbiq edilmişdir. Hazırda yeni sayğacın göstəricisi 144 m3 olmaqla su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə abonentin hesabında 3541,24 manat borc var. Odur ki, iddianı qəbul etmirlər. Kommunal xərcləri vaxtında ödənsə də, su sayğacı normal işləmədiyinə görə su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə akt tərtib olunmuşdur. Yeni sayğac qoyularaq plomblanıb istifadəyə verilmiş, sayğacın normal işləməməsi ilə əlaqədar abonentin borcu 2025-ci ili fevral ayında istifadə etdikləri su sərfiyyatına uyğun olaraq hesablanmışdır. Məhkəmə işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, ADSEA-nın 29322/0385469 saylı xx.xx.2025-ci il tarixli rəyinə əsasən Metlab Sebil-20K markalı Smart DN-20 tipli 43129322 zavod nömrəli suölçən cihaz (s.c) laborator avadanlıq üzrə yoxlaması nəticəsinə görə kipliyə davamlılığı normadadır. S.C-ın buraxıla bilən nisbi xəta faizi - - Qnom=(+)1.24% norma çərçivəsindədir. Qmin=(-)100% norma çərçivəsindən kənardır. S.C-ın elektron platası normal işləmir. Sistem problemi. Mexaniki hissə işləkdir. Hesabat mexaniki göstəriciyə əsasən aparıla bilər. S.C. təmirə və istismara yararsızdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsin məhkəm sorğusuna cavab məktubunda qeyd edilir ki, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabat Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”na əsasən aparılır. Aydaların 7.3-cü bəndinə əsasən smart-kart tipli suölçən cihazlar quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında Su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən hesab təqdim edilməsi tələb edilmir. Qeyd edilir ki, xx.xx.2014-cü il tarixdə sözügedən ünvanın su xətti üzərinə Metlab 20 markalı, 43129322 nömrəli smartkart tipli sayğac quraşdırılaraq istifadəyə verilmişdir. Qeyd edilən tarixdən xx.xx.2025-ci il tarixinə kimi sayğacın smart kartına cəmi 770 m3 su sərfi yüklənmişdir. xx.xx.2025-ci il tarixində mənzildə olan smart-kart tipli sayğacın (№********) elektron hissəsi istismara yararsız olduğu üçün dəyişdirilərək yerinə İSS -20 markalı, 24118309 nömrəli mexaniki tipli su sayğacı quraşdırılmışdır. Qeyd edilən tarixə sayğacın (№********) mexaniki hissəsinin göstəricisinə (5963 m3) əsasən müəyyən edilmiş sərfiyyatın dəyəri ödənilmiş sərfiyyatın həcmindən 5193 m3 artıq olduğu məlum olmuşdur. X2 İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 29322/0385469 nömrəli laboratoriya rəyində də sayğacın mexaniki göstəricisinin 5963 m3 olması öz təsdiqini tapmışdır. Eyni zamanda laboratoriya rəyində sayğacın mexaniki hissəsinin işlək olduğu, hesabatın mexaniki göstərici ilə aparıla biləcəyi qeyd edilmişdir. “X1”nın 2.1.4-cü bəndinə əsasən dəyəri ödənilməmiş sərfiyyat (5193 m3) borc olaraq abonentin hesabına əlavə edilmişdir. Eyni zamanda bildirilmişdir ki, mexaniki və elektron yükləmə göstəriciləri arasında fərqin daha öncəki illərdən yaranaraq toplandığını nəzərə alaraq bərpa edilmiş əlavə sərfiyyatın (5193 m3) ötən illərə düşən hissəsində əvvəlki illərdə mövcud olmuş tariflər əsasında hesablama tətbiq edilmişdir. Hazırda yeni sayğacın (№********) göstəricisi 144 m3 olmaqla su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə abonentin hesabında (kod: **********000) 3541,24 manat borc var. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu: - 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 32.1-ci maddəsinə əsasən istehlakçılar verilən suyun həcminin hesablanması ilə əlaqədar aşağıdakıları həyata keçirməlidirlər (İstehlakçıların verilən suyun həcminin hesablanması ilə əlaqədar vəzifələri) : a) suölçən cihazın mühafizəsini təmin etmək və onu lazımi texniki vəziyyətdə saxlamaq; b) suölçən cihazın göstəricilərinin təhrif olunmasının qarşısını almaq məqsədi ilə zəruri tədbirlər həyata keçirmək; c) bu Qanunun 31-ci maddəsində nəzərdə tutulan səlahiyyətli nümayəndənin suölçən cihazların yanına buraxılmasını təmin etmək; ç) suölçən cihazın istifadə olunan suyun miqdarını əks etdirən göstəricisini və cihazın vəziyyəti haqqında lazımi məlumatı su təchizatı müəssisəsinə təqdim etmək. - 32.2-ci maddəsinə əsasən istehlakçı suölçən cihazların mühafizəsi tələblərinə əməl etmədikdə, su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi istehlakçının vəsaiti hesabına onların təmirini, yenidən quraşdırılmasını və onların işinə mane olan səbəblərin aradan qaldırılmasını və ya su təchizatının ölçülməsi və düzgün qeydiyyatının təmin edilməsi üçün zəruri olan digər işləri yerinə yetirə bilər. Suölçən cihazın göstəricisi pozulduğu halda su təchizatı müəssisəsi bu dövrdə istifadə olunmuş suyun həcmini əvvəlki müvafiq dövrdəki göstəricini nəzərə almaqla, borunun suburaxma qabiliyyətinə əsasən müəyyənləşdirir. Suölçən cihazın göstəricisinin pozulması dövrünün müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. - 32.3-cü maddəsinə əsasən suölçən cihazın yenidən quraşdırılmasına ehtiyacı olan istehlakçı bu barədə həmin ehtiyacın yarandığı gündən yeddi gündən gec olmayaraq qabaqcadan su təchizatı müəssisəsinə yazılı müraciət etməlidir. Suölçən cihazın göstəricisi onun yenidən qurulması anında götürülür. Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”: - 2.1.4-cü maddəsinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq STKM-in vəzifəsidir. - 7.1-ci maddəsinə əsasən suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. - 7.2-ci maddəsinə əsasən STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. - 7.3-cü maddəsinə əsasən smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İşin məhkəmə tərəfindən tədqiq edilmiş hallarına əsasən məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2025-ci il tarixə kimi sözügedən sayğacın smart kartına cəmi 770 m3 su sərfi yüklənmiş və xx.xx.2025-ci il tarixdə mənzildə olan smart-kart tipli sayğacın (№********) elektron hissəsi istismara yararsız olduğundan dəyişdirilmişdir. Bundan sonra №43129322 sayğacın mexaniki hissəsinin göstəricisinə (5963 m3) əsasən müəyyən edilmiş sərfiyyatın dəyəri ödənilmiş sərfiyyatın həcmindən 5193 m3 artıq olduğu məlum olmuşdur. Təqdim edilmiş laboratoriya rəyində sayğacın mexaniki hissəsinin işlək olduğu və hesabatın mexaniki göstərici ilə aparılmasının mümkünlüyü və bu qaydada da hesabata aparıldığı qeyd edilmişdir. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi rədd edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, 396/B evinin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə xx.xx.2025-ci il tarixə hesablanmış 3541,24 manat məbləğində borcun silinməsi tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar