Məhkəmə qərarları › İş №2(028)-54/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-54/2025

30.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-54/2025 30.04.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X6 Mübariz oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X4 iştirakları ilə Ərizəçi maraqlı şəxs Qubadlı rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı xx.xx.1971-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, o, xx.xx.1968-ci ildə Qubadlı rayonunun Mahruzlu kəndində anadan olmuş və hazırda ünvan 1 ünvanında yaşayır, Qubadlı rayonundan məcburi köçkündür. xx.xx.1971-ci il təvəllüdlü Rahib Rüstəmov onun qardaşıdır. Rahib Rüstəmov 1992-ci ildə torpaqlarımızın ermənilərdən müdafiəsi ilə əlaqədar keçirilən döyüş əməliyyatlarında fəal iştirak etmiş, döyüş əməliyyatları zamanı ağır travma alaraq sağlamlığını itirmişdir. Qardaşı əlildir, əmək qabiliyyətsizdir, əlillik ona müddətsiz olaraq təyin edilmişdir. Daim kənar şəxslərin qulluğuna ehtiyacı vardır. Əvvəllər qardaşına ata və anası qulluq etmiş, qayğıları ilə məşğul olmuşlar. Hazırda valideynləri vəfat etmişdir. Bu səbəbdən qardaşı hazırda faktiki olaraq onun yanında yaşayır, qardaşına o qulluq edir. Rahibin vəziyyəti günü-gündən ağırlaşır. Onun hazırda yaddaş pozğunluğu var və özünü idarə edə bilmir. Eyni zamanda ona hər hansı bir sənəd lazım olanda öz fikirlərini ifadə edə bilmir. O, qardaşının üzərində qəyyum təyin olunması üçün Qubadlı Rayon İcra hakimiyyətinə müraciət etdikdə qardaşının məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs elan edildikdən sonra İcra Hakimiyyətinin Qəyyumluq məsələsinə baxa biləcəyi ona bildirilmişdir. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qardaşı Qubadlı rayonundan məcburi köçkün düşmüş, hazırda Qubadlı rayonunun Mahruzlu kəndində qeydiyyatdadır. Qardaşının xəstəliyinin irəliləməsi və müstəqil şəkildə öz hərəkətlərini idarə edə bilməməsi bir sıra hüquqlarının realizə edilməsinə mane olur. Göstərilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X5 ekpertiza rəyi ilə razılaşaraq ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəçini və maraqlı şəxsin nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, hazırki mülki iş üzrə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə psixiatrik ekspertizası təyin olunmuşdur. “Məhkəmə psixiatrik ekspertiza mərkəzi” Publik hüquqi şəxsin 484 saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Rahib Rüstəmovda şizofreniya paranoid forma, kəskinləşmə, şəxsiyyətin sabit qüsur əlamətləri ilə xroniki psixi xəstəliyi qeyd olunur. O, psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Bu hal sonuncunun öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. X1 xəstə olmasını, onun daim kənar şəxsin köməyinə ehtiyacının olmasını və ekspertiza rəyini nəzərə alıb məhkəmə hesab edir ki, şizofreniya paranoid formanın kəskinləşməsi, şəxsiyyətin sabit qüsur əlamətləri ilə xroniki psixi xəstəliyin olması səbəbindən psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı üçün X2 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1971-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar