Məhkəmə qərarları › İş №2(028)-559/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-559/2021

21.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-559/2021 21.10.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinovun sədrliyi, Aynurə Akif qızı Mustafayevanın katibliyi, İddiaçı, Cavabdeh Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə əsassız hesablanmış 230 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində məskunlaşmışdır. Onlar 1993-cü ildə Qubadlı rayonunun Mahruzlu kəndini məcburi tərk etmiş və məcburi köçkün statusu almışlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın qanuni qüvvəyə minməsinədək onlar kommunal xərclərdən azad olmuşlar.Həmin Qaydanın qanuni qüvvəyə minməsi ilə dövlət büdcəsindən onlara kommunal və digər xərclərin ödənilməsi ilə bağla olaraq aylıq müavinət verilmiş bə bununla bağlı hər ay kommunal xərclərini ödəməyə başlamışlar.O, vaxtı-vaxtında bütün kommunal xərcləri ödəyir.Lakin həmin Qaydanın qanuni qüvvəyə minməsindən əvvəl yığılan borclar hələ də qalmaqdadır.Halbuki həmin borclar yığılan zaman onlar kommunal xərcləri ödəməkdən azad olmuşlar.Cavabdeh tərəfindən onlara 230 manat məbləğində əsassız olaraq borc hesablanmışdır.Həmin borc ona həmin evi satmağa və yaxud başqasının adına keçirməyə mane olur.O, Cavabdeh ASC-yə müraciət edərək həmin borcun silinməsini xahiş etmiş, lakin bunun nəticəsi olmamışdır.Bu səbəbə görə məhkəməyə müraciət etmək məcburiyyətindədir . «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası qanununun 60.6-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada su təchizatı və kanalizasiya müəssisəsi vaxtı keçmiş ödənişlərin məbləğini istehlakçının akkreditiv hesabından silmək hüququna malikdir. Akkreditiv hesabın məbləği borcların ödənilməsinə kifayət deyildirsə, su təchizatı və kanalizasiya müəssisəsi borcların ödənilməməsi məsələsini məhkəmə qaydasında həll edə bilər. Bu qayda ödənişin hesabın ödənilmək üçün təqdim edildiyi gündən otuz gün keçdikdən sonra tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9-cü maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə məhkəməyə verilə bilər. Göstərilənlərini nəzərə alaraq iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi iddianı rədd edərək göstərdi ki, qeyd olunmuş borc limitdən artıq istifadə olunmuş suya görə hesablanmışdır. Bunları nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan seriya AA N 385600 məcburi köçkün vəsiqəsinin kserosurətindən görünür ki, İddiaçı 1993-cü ildən Qubadlı rayonundan məcburi köçkündür. İş materiallarında olan və 1 sayli MKS tərəfindən İddiaçı verilmiş 25.08.2021-ci il tarixli ailə tərkibli arayışdan görünür ki, İddiaçı 4 nəfər ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində məskunlaşmışdır. İş materiallarında olan və Cavabdeh ASC tərəfindən verilmiş hesab fakturadan görünür ki, İddiaçı dövriyyədən əvvəl 336,38 manat qalıq borcu var. Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanının 1- 1-ci bəndinə əsasən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun. 31.12.2016-cı ilə qədər məcburi köçkünlərin borcunun silinməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən limitdən artıq istifadə olunan su silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə əsassız hesablanmış 230 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar