Məhkəmə qərarları › İş №2(028)-572/2023

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-572/2023

14.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-572/2023 14.11.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı akt əsasında hesablanmış əsassız borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 11-ci mkr, ev 22, 35 saylı mənzildə istifadə olunan elektrik enerjisinə görə 2016-cı ildə əsassız hesablanmış 210 (iki yüz on) manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə iddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, ünvan 1 ünvanda 2011ci il tarixdən xx.xx.2023-cü il tarixdək yaşamış və mülkiyyətə sahiblik etmişdir. O, məcburi köçkün olduğu üçün işıq istifadəsindən pulsuz yararlanmışdır.Lakin limiti keçdiyindən 210 (iki yüz on) manat işıq pulu borcu hesablanmışdır.Qeyd edilən borc 2016-cı ildə tərtib edilib.xx.xx.2023-cü il tarixdə mülkiyyəti satmışdır. Yeni mülkiyyət sahibi hal-hazırda mülkiyyətin kommunal yəni qaz, su, işıq, telefon ödənişlərini öz adına keçirmək istəyir. Bütün kommunal xərclərin ödənişlərini adına keçirib, yalnız işıq sayğacını adına keçirə bilmir. Azərişıq ASC-dən bildirirlər ki, 2016-cı ildə tərtib edilən 210 (iki yüz on) manat cərimə ödənildikdən sonra işıq sayğacı adlarına keçə bilər. O, məcburi köçkün olduğundan ödənişi edə bilməmişdir. Tərtib edilən akt üzrə borcu qanunazidd hesab edir. Qısa müddət limit keçildiyinə görə bu qədər borc tərtib edilə bilməz.Dövlətimiz məcburi köçkünləri pulsuz işıq təchizatı ilə təmin edir. Hal-hazırda qalan borca görə yeni mülkiyyətçi tam mülkiyyəti üzərində əməliyyat apara bilmir.Bunları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq onun səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçını dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası «Elektroenergetika haqqında» qanununun 11ci maddəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. İş materiallarında olan xx.xx.2000-ci il tarixli abunə haqqından görünür ki, abunəçi Etibar İsmayılovun elektrik enerjisinə görə 210 manat borcu yaranmışdir.xx.xx.2015-ci ildən xx.xx.2016-cı ilə kimi qaçqın limiti 210 manat təşkil edir.210 manat qaçqın borcu kimi silinməlidir. Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanının 1- 1-ci bəndinə əsasən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun. xx.xx.2016-cı ilə qədər məcburi köçkünlərin borcun silinməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən limitdən artıq istifadə olunan elektrik enerjisinin dəyəri silinməlidir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, 11-ci mkr., ev 22, 35 saylı mənzildə istifadə olunan elektrik enerjisinə görə 2016-cı ildə əsassız hesablanmış 210 (iki yüz on) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar