Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-628/2023 06.12.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Ruvinovun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, İddiaçı Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına (abunəçi kodu **********08100) Cavabdeh İB tərəfindən hesablanmış 2041 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, cavabdeh təşkilat yaşadığı ünvanda qaz sayğacının yoxlaması barədə 30 may 2023-cü il tarixli akt və təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edərək dəymiş ziyanın bərpasına dair tələbnamə vermişdir.Həmin aktlara və abonent saldosuna, tələbnaməyə görə cavabdehə 17280 m3 qaz sərfiyyatı dəyərində borcu olduğunu göstərilmişdir.Sayğaca baxış zamanı müəyyən olunmuşdur ki, sayğacın daxilindəki plastmas boruda deşik aşkarlanıb.Buna görə də sərfiyyatı normadan artıq-nisbi xətayla işləyir və sayğac istismara yararsızdır və onlara 2041 manat dəyərində borc hesablanmışdır. Onların mənzilinə sayğac 2022-ci ilin avqust ayında quraşdırılmış və sayğaca onlar müdaxilə etməmişlər.Bildirilir ki, onun yaşadığı evə qazdan istifadə üçün quraşdırılmış sayğac evin içərisində deyil, çöldə yerləşir. Mənzilinə kommunal ödənişləri babasının - Məhərrəmov İzzətin və atası - Məhərrəmov Bəhmənin adına ödənildiyindən aktlar və tələbnamə babanın adına tərtib olunmuşdur.Babası 2011-ci ildə, atası isə 2021-ci ildə rəhmətə getmişdir. QİS-nin əməkdaşlarının istədikləri vaxt sayğaca baxış keçirtmək imkanı var. Onun sayğacın salamatlığına nəzarət etməsi mümkün deyil. Cavabdeh tərəfindən 17280m3 sərfiyyat hesablansa da, bunun heç bir hüquqi əsası yoxdur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh İB-nin nümayəndəsi iddianı qəbul etmədi və göstərdi ki, sayğaca müdaxilə olmuşdur.Bunun nəticəsində 17280 m3 qaz itirilmiş və qazın qiyməti 2041 manat təşkil edir. Bunu nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehinin nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DNŞ-nin Cavabdeh İByi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 1602AZ**********19 saylı sayğaca baxış keçirildi. Sayğacın çıxış plastmas borusu deşilib.Xətalar normadan artıqdır.Sayğac minimal sərfiyyatda- 100% nisbi xətayla işləyir.Kamera ilə sayğacın daxilinə baxış keçirildi, plastmas boruda deşik aşkar olundu. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır.Dəymiş ziyan həcmi 17280 m3. İş materiallarında olan Cavabdeh İB-yi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktından görünür ki, Metrologiya Departamentinin rəyinə əsasən G-4 markalı 1602AZ**********19 nömrəli sayğaca baxış keçirildi.Sayğacın çıxış plastmas borusu deşilib. Xətalar normadan artıqdır.Sayğac minimal sərfiyyatda-100% nisbi xətayla işləyir.Kamera ilə sayğaçın daxilinə baxış keçirildi, plastmas boruda deşik aşkar olundu. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir.Sayğac istismara yararsızdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2023-cü il tarixə X2 qalıq və aktlar üzrə 2073,60 manat borcu var. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğaçları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydalarının 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaçlarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydalarının 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin qaydalarının 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli qətnaməsində göstərmişdir ki, fiziki şəxs qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə ümumiyyətlə məsuliyyət daşımır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca cavabdeh tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, sayğac yaşadığı evdən kənarda yerləşdiyindən, itirilmiş qazın bərpası məqsədi ilə iddiaçı tərəfindən cavabdehin abuna koduna borcun hesablanması əsassız olmuşdur. Məhkəmədə qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutları cavabdeh təqdim etməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 2 ünvanına (abunəçi kodu **********08100) Cavabdeh İB tərəfindən hesablanmış 2041 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-628/2023
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-628/2023
06.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver