Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-92/2024 15.03.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X7 Xoşbəxt oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı akt əsasında hesablanmış əsassız borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən hesablanmış (dondurulmuş borc) 556,4 manat məbləğində borcun silinməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakı olmadan baxılmasını və iddiasının təmin edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı 1994-cü ildə Qubadlı rayonundan məcburi köçkün olaraq Sumqayıt şəhərində məskunlaşmışdır. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər kateqoriyasındandır və 2006-cı il tarixindən 2017-ci il tarixinədək rəhmətlik X2 ilə yaşamışdır. X1 istifadəsində **********01781 abunə kodlu sayğac "xxxx" ASC tərəfindən rəsmiləşdirilərək istifadəsinə verilmişdir. X2 məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər kateqoriyasına aid olduğundan aylıq və illik elektrik enerjisindən sərfiyyata görə hər hansı vəsait tərəfindən ödənilmir, əksinə olaraq dövlət tərəfindən bütün xərclər qarşılanırdı. Lakin nənəsi xx.xx.2009-cu il tarixində vəfat etmiş və nəticədə ondan sonrakı dövr ərzində sayğac tərəfindən istifadə edilmişdir. O da həmçinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər kateqoriyasındandır və həmin statusu bu gündə daşıyır. Faktiki istifadəsində olmuş "xxxx" ASC-yə məxsus elektrik sayğacında (abunə kodu **********05866) 2015-ci ilə məxsus 556,40 manat məbləğində dondurulmuş borc mövcuddur. Azərbaycan Respublikası Prezidentinin fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istifadə edilən kommunal xidmətlərə görə aylıq istifadə haqqları 01 yanvar 2017-ci il tarixinədək dövlət tərəfindən qarşılanırdı. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli qərarına əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti , habelə komunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq ödəniş müavinəti müəyyən edilmiş və məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istifadə etdikləri elektrik və digər kommunal ödənişlərə görə xx.xx.2017-ci il tarixindən etibarən ödəniş etməli oldular. Belə ki, faktiki istifadəsində olan elektrik enerjisi sayğacında xx.xx.2017-ci il tarixindən əvvəl dondurulmuş borc olaraq 556,40 manat borc "xxxx" ASC-nin sistemində qalmışdır. Tərəfindən Azərişıq idarəsinə bir neçə dəfə yaxınlaşmasına və şifahi müraciət etməsinə baxmayaraq, həmin borc silinməsini tələb etsə də, bunun yalnız məhkəmə qaydasında silinə biləcəyini bildirilmişlər. Hal-hazırda, yəni 2017-ci il tarixindən sonrakı dövr ərzində istifadə edilən aylıq ödənişlər tam qaydada icra olunub və iş materiallarına əlavə edilmiş onlayn hesablardan çıxarışdan da göründüyü kimi abonent kodunu yazdıqda və Azərişıq tərəfindən ünvanına göndərilən 2017-ci il tarixindən sonrakı dövr ərzində qeyd olunan 556,40 manatlıq borc öz əksin tapmır və aylıq elektrik enerjisindən istifadəyə görə Azərişıq tərəfindən ünvanına göndərilən bildirişdə də 556,40 manatlıq borc öz əksin tapmır. İndiyədək bir dəfə də olsun qeyd olunan borcu ondan tələb edilməmişdir. İş materiallarına əlavə edilmiş elektrik enerjisi ilə bağlı Azərişıqdan aldığı hesabdan çıxarışda da borcun 2017-ci ildən öncəki tarixə yarandığı, hesabdan çıxarışda borcun silinməsi yazısı olsa da, borc silinməmiş və bu günədək "xxxx" ASC-nin sistemində dondurulmuş borc kimi qalmışdır. Bunları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onun səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası «Elektroenergetika haqqında» qanununun 11ci maddəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli abunə haqqından çıxarışdan görünür ki, abunəçi Salatın Zeynalovanın elektrik enerjisinə görə 501,71 manat borcu qaçqın borcu olaraq silinməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Fiziki şəxs olan istehlakçıların yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehliyi işıq paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, sayğac yaşadığı evdən kənarda yerləşdiyindən, cavabdeh tərəfindən iddiaçının abuna koduna borcun hesablanması əsassız olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məhkəmə qeyd edir ki, abunə haqqından çıxarışda qaçqın borcu 501,71 manat olduğundan qalan hissədə iddia təmin edilməməli və həmin borc iddiaçı tərəfindən istifadə olunmuş sərfiyyata aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC tərəfindən hesablanmış (dondurulmuş borc) 501,71 manat məbləğində borc silinsin. Qalan hissədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №2(028)-92/2024
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-92/2024
15.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver